Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı Dəstəmizin giziri Pəncəli Teymurovun Astara şəhəri Pedoqoji kollecindəki xatirə güşəsi kollec direktoru tərəfindən sökdürülüb.
Bu haqda Moderator.az -a Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov məlumat verib. Xəyal Bağırov şikayətində bildirib ki, Şəhidimizin xatirə güşəsi kollecin direktoru Ağabala müəllim tərəfindən sökdürülüb.
Xatırladaq ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndində anadan olub. Ordumuzun giziri olan Pəncəli aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Məsələylə bağlı əməkdaşımız araşdırmaya başlayıb. Hadisənin necə baş verməsi ilə bağlı ətraflı məlumat verəcəyik.