Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi... - TƏBİB və İTS-dən iddialara YETƏRSİZ CAVAB
Tarix: 11-09-2024, 17:52 | Çap et
Bakupost.az -ın dərc etdiyi "Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları" başlıqlı yazıya TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən rəsmi münasibət bildirilib. Qeyd edək ki, yazıda İcbari Tibbi Sığorta (İTS) ilə dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının icrası zamanı bir sıra qanunsuz hallara yol verildiyi - fəqərələrarası disk yırtığından əməliyyat olunmaq üçün müraciət edən vətəndaşlara göstəriş olmadan fiksasiya əməliyyatı edilməsi, implant qoyulması, bunun müqabilində onlardan 1000 manat tələb olunmasından bəhs edilirdi. "Fiksasiya əməliyyatı və implant qoyulması yalnız zəruri hallarda, xüsusi göstərişlə icra edilməlidir. Mütəxəssislərin dediyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir. Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər. Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar?
Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə fəqərələrarası disk yırtığı əməliyyatı zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir. Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyatı üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər", - yazıda qeyd olunurdu. Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı və bu iddialar doğrudurmu? İcbari Tibbi sığorta ilə əməliyyat olunan pasiyentlərin müvafiq tibbi göstəriş əsasında, protokola uyğun əməliyyat olunmasına nəzarət edilirmi? Ümumiyyətlə, pasiyentlərə bu cür təkliflər olunmaması üçün hansı tədbirlər görülür?
Bakupost.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu qurumun tabeliyində olan müvafiq tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan “Fəqərənin (bir və ya bir neçə) birləşdirilməsi” əməliyyatları digər tibbi xidmətlər kimi tibbi göstəriş əsasında icra olunmaqdadır: "Həmin tibbi xidmətlərin icrası zamanı istifadə olunan xüsusi tibbi sərflər Xidmətlər Zərfi ilə təminata alınıb və müvafiq cərrahi əməliyyatın tarifinə daxildir. Vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi, gələcəkdə baş verə biləcək əməliyyat sonrası fəsadların qarşısının alınması və vətəndaşın sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərdə istifadə olunan tibbi sərflərin keyfiyyətli tibbi məhsullardan olması əsas məqsədlərdən biri olub. Bu səbəbdən də tibbi göstərişə uyğun olaraq, icra olunacaq əməliyyatın həcmindən, xəsarətin (və ya xəstəlik) növündən, vətəndaşın fərdi konstitusional və anatomik göstəricilərinə uyğun olaraq, tibb müəssisələrinin müraciətinə əsasən, xüsusi tibbi sərflərlə təmin olunma həyata keçirilir. Xidmətlər Zərfi ilə qarşılanan qeyd edilmiş bərpaedici tibbi xidmətlərin icrası zamanı xüsusi tibbi sərflərə görə vətəndaş tərəfindən hər hansı əlavə ödənişin həyata keçirilməsi nəzərdə tutulmayıb". Göründüyü kimi, TƏBİB -in səlahiyyətliləri sorğudakı bəzi suaların üzərindən sükutla keçiblər. Digər tərəfdən, redaksiyamıza daxil olan məlumatlarda, dövlət xəstəxanalarında fəqərələrarası disk yırtığından əməliyyat üçün müraciət edənlərə zərurət olmadığı halda digər bir əməliyyat - fikasasiya əməliyyatı edildiyi vurğulanırdı. Sorğuya cavabda TƏBİB bu məsələyə də aydınlıq gətirməyib. Yəni söhbət TƏBİB-in cavabında deyildiyi kimi, "fəqərənin (bir və ya bir neçə) birləşdirilməsi” əməliyyatından deyil, fəqərələrarası disk yırtığının götürülməsi əməliyyatından gedir...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, fəqərəarası disk yırtığı əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir: "Əməliyyat zamanı istifadə olunan tibbi sərf, o cümlədən implantlar (daxili və ya xarici) icbari tibbi sığorta hesabına qarşılanır və tibbi xidmətin tarifinə daxildir. Qeyd edək ki, icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlərin Agentlik tərəfindən ekspertizası (tibbi xidmətin yoxlanılması və qiymətləndirilməsi) müvafiq tibbi sənədlər əsasında aparılır. Xəstənin anamnezi yəni xəstəlik tarixçəsi, instrumental müayinələri, laborator analizləri, əməliyyat protokolu, epikrizi kimi sənədlər xəstəxana tərəfindən Agentliyə təqdim olunur. Yoxlanılma aparıldıqdan sonra tibbi sənədlər öz təsdiqini taparsa, Agentlik tərəfindən xəstəxanaya ödəniş olunur". Maraqlıdır, fəqərələrarası disk yırtığı əməliyyatı kimi, fiksasiya əməliyyatı (implant qoyulması) da Xidmətlər Zərfinə daxildirsə, cərrahlar niyə pasiyentləri aldadıb onlardan əlavə ödəniş tələb edirlər? İTS-dən bildiriblər ki, vətəndaşlardan qeyri-rəsmi ödəniş tələb olunarsa, onlar bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və ya TƏBİB-ə rəsmi şəkildə müraciət edə bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...”
Bu gün, 20:29 |
|
|
|
• Mövlam Şıxəliyev işində 585 minlik qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 20:26 |
|
|
|
• "Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.." - Türkoğlu ildönümü öncəsi xəstələndi...
Bu gün, 20:24 |
|
|
|
• İlkindən AYNA-ya irad - "Niyə tələsirdiniz ki?"
Bu gün, 20:20 |
|
|
|
• Bakıya gələn ermənilər belə qorunacaq - Mühafizənin təşkilində vacib detal
Bu gün, 20:17 |
|
|
|
• Cərimə qorxusu keçdi: - “Kupça”sız evlər “unuduldu”
Bu gün, 19:02 |
|
|
|
• Sürücüləri düşündürən suala cavab: Gün ərzində cərimələr necə yazılır? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanda Monqolustan ətləri - QİYMƏTLƏR
Bu gün, 18:04 |
|
|
|
• Ət indikindən 30 faiz baha ola bilərdi: - “Daha da bahalaşacaq...”
Bu gün, 18:02 |
|
|
|
• "Ermənilər başa düşür ki, arxivlər açılsa..." - ŞƏRH
Bu gün, 18:01 |
|
|
|
• İrəvanın konkret vaxtı var: ƏGƏR BU VAXTA QƏDƏR... - RƏYLƏR...
Bu gün, 17:54 |
|
|
|
• Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan Avstraliyadan 12 ton qızıl alıb – İdxal 103 dəfə artıb
Bu gün, 17:50 |
|
|
|
• Ermənistan bundan imtina etdi: - Razılaşmanın imzalanacağı tarix...
Bu gün, 17:49 |
|
|
|
• “Azfinance İnvestisiya Şirkəti” adını dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:35 |
|
|
|
• “Rüfət Həmzəyevin səmərəli fəaliyyətindən xəbərdaram” - Rəşad Məcid
Bu gün, 17:29 |
|
|
|
• Nazir şöbə rəisinə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 17:23 |
|
|
|
• Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ
Bu gün, 17:20 |
|
|
|
• Fırıldaqçılar ölüdən 1.2 milyon oğurladılar - "Baza"
Bu gün, 17:18 |
|
|
|
• İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək - Bakıdakı səfirlik də TƏSDİQLƏDİ
Bu gün, 17:09 |
|
|
|
• MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib
Bu gün, 17:03 |
|
|
|
• Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...
Bu gün, 17:00 |
|
|
|
• Aİ-nin Ermənistanla sövdələşməsi çətinləşib - KİV
Bu gün, 16:54 |
|
|
|
• Ermənilərə Qarabağ vədinin arxasındakı hiylə - Trampın “artsax” bəyanatı ortalığı qatdı
Bu gün, 16:51 |
|
|
|
• Türkiyə ilə anlaşma bir milyarda başa gəldi - Badasyan
Bu gün, 16:49 |
|
|
|
• Rusiya üçün döyüşən 3 min əcnəbi vətəndaşlıq aldı
Bu gün, 16:48 |
|
|
|
• Maya Sandu Moldovanın prezidenti seçilib - 55.33 faiz səslə
Bu gün, 16:45 |
|
|
|
• “Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq - DİQQƏT
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda uşaq evində QOTURLUQ - AÇIQLAMA
Bu gün, 16:34 |
|
|
|
• Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular: "Arvadına de ki..." - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
• Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir - DETALLAR
Bu gün, 16:27 |
|
|
|
• Azərbaycan-İran hərbi təlimləri... NƏYƏ XİDMƏT EDİR?
Bu gün, 16:24 |
|
|
|
• Kərəm Həsənovun qohumuna vəzifə verildi - ƏMR
Bu gün, 16:19 |
|
|
|
• Hansı valyuta ucuzlaşsa: Manat dəyərdən düşər? - AKTUAL
Bu gün, 16:10 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
Bu gün, 16:07 |
|
|
|
• Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi? - "The Economist"dən araşdırma
Bu gün, 16:01 |
|
|
|
• Olimpiya çempionu Fazil Mustafaya cavab verdi: - "Medalın iki üzü var..."
Bu gün, 15:58 |
|
|
|
• ABB-də yeni təyinat - ƏMR
Bu gün, 15:53 |
|
|
|
• Zaqatalada yeni doğulan körpə ölüb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Siqaret kötüyünü yerə atanlar daha ağır cərimələnəcək – Yeni qaydalar nəyi dəyişəcək?
Bu gün, 15:49 |
|
|
|
• Əcnəbinin ərzağına möhtacıq – Rekord artım
Bu gün, 15:47 |
|
|
|
• Bakıda orta aylıq əmək haqqı 8 manat 10 qəpik azalıb – Rəsmi
Bu gün, 15:44 |
|
|
|
• Bakı həbsxanasında məhkum ÖLDÜ
Bu gün, 15:42 |
|
|
|
• Yaxın Şərqdə gərginlik yenidən PİK HƏDDƏ – İran İsrailə qarşı quru əməliyyatlarına BAŞLAYIR?
Bu gün, 15:34 |
|
|
|
• Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir - Podolyak
Bu gün, 15:32 |
|
|
|
• İcra başçısının bacısı oğlu qəzada öldü
Bu gün, 15:29 |
|
|
|
• Qarabağ Universitetindən tələbələrin şikayəti ilə bağlı AÇIQLAMA
Bu gün, 15:21 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF
Bu gün, 15:13 |
|
|
|
• “AZIREX-2024” birgə taktiki təlimi keçirilib
Bu gün, 15:11 |
|
|
|
|