Yeni güzəştli ticarət rejiminə dair Ermənistanın Avropa İttifaqı ilə apardığı danışıqlarda çətin irəliləyiş müşahidə olunur. AzVision.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyanın sözlərinə görə, “Ümumi Ticarət Preferences” (GSP+) güzəştli ticarət rejimi 2021-ci ilin sonuna kimi qüvvədə olub və bir sıra qeyri-əmtəə malları üçün rüsumların sıfırlanmasını nəzərdə tuturdu. 2022-ci ildən bu rejim fəaliyyətini dayandırıb, çünki Ermənistan adambaşına düşən ÜDM-ə görə orta gəlirli ölkə hesab olunmağa başlayıb.
“Ermənistan yeni rejim – “Muxtar Ticarət Tədbirləri (MTT)” haqqında danışıqlar aparır, lakin avropalı tərəfdaşlar onun tam fəaliyyət göstərə bilməyəcəyi barədə xəbərdarlıq edirlər. Ona görə də onun qismən tətbiqi ilə bağlı danışıqlar aparılır”, - Papoyan əlavə edib.
Beləliklə də, Ermənistanın Avropadan güzəştlər qoparmaq siyasətinin də tədricən iflasa uğradığı nəzərə çarpır.