Fransanın iflasa uğrayan PLANI - ARAŞDIRMA
Oktyabrın əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb.
Bugünlərdə daha bir qrup Ermənistanın Zəngilanla sərhəddə yerləşən Nerkin Hand kəndi yaxınlığına gətirilib.
Yayılan görüntülərdə görünür ki, "müşahidəçilər" Aİ-yə məxsus avtomobillərdə hərəkət edirlər, lakin sərhədə gələn üç avtomobildən birinin üzərində Fransanın bayrağı dalğalanıb. Avtomobillərdə altı mülki geyimdə şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olması ehtimal olunur.
Fransa Ermənistan üzərində diqqətini cəmləşdirərək, bu ölkəni silahlandırmağa və hərbi bazalar yaratmağa çalışır. Azərbaycanla sərhəd ərazilərdə fransız kəşfiyyatçılarının aktiv olması, Parisin regionda mövqelərini gücləndirmək istəyinin bir göstəricisidir. Regionda gərginliyin artdığı bir şəraitdə Aİ-nin müşahidəçilərinin Azərbaycanla sərhəddə aktivləşməsi bir çox suallar doğurur. Fransız kəşfiyyatçılarının varlığı və onların Azərbaycan əraziləri haqqında məlumat toplaması, yeni provokasiyaların başlanması ehtimalını artırır. Azərbaycan öz maraqlarını və təhlükəsizliyini qoruyaraq, Fransanın bu planlarını həyata keçirməsinə imkan verməyəcək.
İlk zamanlar müşahidə mexanizminə hərbi kəşfiyyatçılardan ibarət Aİ-nin monitorinq missiyası daxil idi. Lakin bu, Fransa üçün kifayət etmədi. Paris Gürcüstanda hakimiyyət dəyişikliyinə ümid edirdi. Fransada kəşfiyyatla əlaqədə ittiham olunan Salome Zurabişvilinin rəhbərliyi altında müxalifət qüvvələrinin parlament seçkilərində hakimiyyəti ələ keçirə biləcəyi güman edilirdi. Yəni, Fransa Gürcüstana müdaxilə etmək niyyətində idi. Amma hakim partiyanın seçkilərdə qalib gəlməsi bu ümidləri puç etdi.
Ona görə də indi diqqət yenidən Ermənistana yönəlib. Fransa Ermənistanı silahlandırır və hərbi bazaların yaradılması istiqamətində addımlar atır. Fransa kəşfiyyatçılarının sərhəddə peyda olması da məhz bu məqsədə - Azərbaycanla bağlı məlumatların toplanmasına xidmət edir.
Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov “Cümhuriyət”-ə bildirib ki, Aİ-nin müşahidə missiyasında aktivləşən kəşfiyyatçılar təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Rusiyanın maraqlarına qarşı da aktivləşiblər:
"Tezliklə ABŞ-də seçkilər keçiriləcək. Hər kəs seçki nəticələrinə əsaslanaraq müəyyən tədbirlərə hazırlaşır. Mən düşünürəm ki, Azərbaycan da seçkiləri diqqətlə izləyir və siyasi qərarlar qəbul etməyə hazırlaşır, çünki Zəngəzur dəhlizi və həll edilməmiş məsələlər var.
Hazırda Türkiyə, Rusiya və Azərbaycan Cənubi Qafqazda stabilləşmədə müəyyən rol oynayırlar. Bu, Fransanın marağında deyil. Fransa bizim ortaq düşmənimizdir və Ermənistana dəstək verir. Afrikadan fransızlar çıxarılıb, indi onlar Zəngəzur dəhlizindəki uran ehtiyatlarına ümid edirlər. Əgər bu dəhliz razılaşma çərçivəsində açılarsa, fransızlar orada heç bir şey edə bilməyəcəklər. Buna görə də böyük təxribatlar gözlənilir”.
Politoloq Türk Hava və Kosmik Sənaye şirkətinin (TUSAŞ) Ankaradakı KahramanKazan bölgəsindəki terrora işarə edib:
“Bu hadisə Prezident Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİCS forumunda iştirakı zamanı baş verdi. Bu, Ərdoğan üçün bir mesajdır. Beləliklə, əslində, bu missiya artıq üç ölkəyə qarşı işləyir”.
Türkiyəli ekspert, Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar açıqlamasında Cənubi Qafqazın qlobal güc mübarizəsində son dərəcə vacib kəsişmə nöqtəsi olduğunu deyib:
"Bir tərəfdən, Ukrayna müharibəsi və İranla bağlı məsələlər, yəni Cənub-Qərb Dəhlizi, digər tərəfdən də Şimaldan Cənuba, Rusiyadan Aralıq Dənizinə enən yollar məsələsi var. Bu yolların hamısı Cənubi Qafqazdan, xüsusilə də Zəngəzur dəhlizindən keçir.
Bu aspektdən baxanda, Fransanın və digər ölkələrin bu məsələdə öz mənfəətlərinə uyğun təsir göstərməyə çalışmaları aydındır. Məsələ yalnız bu deyil. Yəni, hər kəsin bir hədəfi, bir hesabı var, amma digər tərəfdən də edə biləcəkləri, yəni gücləri ortadadır. Gücləri nə qədər yetərlidir? Bu, vacib bir sual olaraq qalır. Gördüyümüz budur ki, Fransa bu bölgəyə Ermənistan üzərindən daxil olmaq istəyir. Yalnız Fransa deyil, Avropa Birliyi, Rusiya, İran, ABŞ, Hindistanın da öz hesabı var.
Burada vacib onların nə etdikləri deyil. Vacib olan Türkiyə və Azərbaycanın baş verənlərə qarşı necə fəaliyyət və siyasət aparacağı, hansı strategiyanı ortaya qoyacaqlarıdır. Yəni bir reallıq var- yüksələn Türk dünyası. Qərb Türkiyə və Azərbaycanın mübarizəsindən, Qarabağdakı qələbədən, müharibənin yaratdığı nəticələrdən son dərəcə narahatdırlar. Müharibənin yaratdığı və yaradacağı nəticələri əngəlləmək üçün əlindən gələni edəcək. Buna hazır olmalıyıq, bu reallıqdır. Mübarizə müharibə ilə bitmədi. Mübarizə daha yeni mübarizələri tətiklədi. Bu nöqtədə Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı və bu əməkdaşlıq bir çox oyunu pozacaq”.
Ekspert qeyd edib ki, bölgədə hər kəsin bir hesabı var:
“Amma burada ən vacib məsələ Azərbaycanın və Türkiyənin bütün bəşəriyyətin xeyrinə əldə edəcəyi nəticədir. Bunun üçün çalışırıq, əlimizdən gələni edirik, amma bizi rahat buraxmayacaqları dəqiqdir. Bu səbəbdən Türkiyə ilə Azərbaycan ittifaqı son dərəcə əhəmiyyətlidir. İndi aramızdakı birliyin davam etməsi gələcəyin formalaşması üçün də son dərəcə önəmlidir.
Bu baxımdan, Aİ həm fikrimizi yayındıracaq, həm də güc göstərəcək. Yəni, nəticədə Ermənistana gəlmək, bayrağı dalğalandırmaq, bir sıra provokativ işlərin altına imza atmaq edə biləcəklərinin bir işarəsidir. Bu baxımdan, sülh müqaviləsi çox vacibdir, yəni Ermənistanı onların əlindən qurtarmaq son dərəcə önəmlidir".
Ekspert hesab edir ki, dünyada hazırda geosiyasi fırtına var:
“Bu baxımdan, yüksələn və çökən, uğurlu və uğursuz dövlətlər olacaq. Bəziləri öz maraqları üçün sərhədləri dəyişməyə çalışacaqlar. Bunların hamısına hazır olmaq lazımdır. Bunu etməyə çalışan, bunu istəyən bir çox riski gözə alır. Biz də öz haqqımızı müdafiə etməliyik. Torpaqlarımızı qorumaq üçün çalışmalıyıq. Əslində isə bütün bəşəriyyəti müdafiə etməliyik. Mən inanıram ki, qalib biz olacağıq”.
Türkiyəli siyasi analitik Engin Özer isə bu cür müşahidəçi, observer vəzifəsi yerinə yetirən hərbi mütəxəssislərin sərhəddə müşahidə aparmasının normal olduğunu deyib. Onun sözlərinə görə, hərbi kəşfiyyatda çalışmış insanların bu bölgədə işləməsi peşə baxımından doğrudur və orada bir qəribə heç nə yoxdur:
"Bu missiya nümayəndələri hansı ölkəyə bağlıdırsa, həmin ölkənin hökumətləri tərəfindən istifadə edilirlər. Bu, yeni bir şey deyil və sadəcə Avropa İttifaqı ilə bağlı olmur. Yəni, bunu ABŞ də edə bilər. Mənim fikrimcə, Fransanın orada kəşfiyyat vəzifələri yerinə yetirməsinin səbəbi Azərbaycanın üzərinə hücum etmək deyil. Logistika baxımından Fransanın o bölgəyə çatması mümkün olmaz. Onlar Azərbaycandakı hərbi hərəkətliliyi Ermənistan tərəfinə bildirmək və Ermənistanın onlara daha çox ehtiyac duyacağı mühit yaratmaq istəyirlər. Yəni, Ermənistan tərəfini daha çox asılı vəziyyətə salmağa çalışırlar.
Düşünürəm ki, bundan başqa Fransanın hansısa hücum planı və ya təxribatı mümkün deyil. Çünki təxribat Ermənistanın xeyrinə olmaz. Avropa İttifaqı müşahidəçiləri Qarabağ müharibəsindən əvvəl də orada idilər. Mənim fikrimcə, indiki halda təxribat törətmək və ya münaqişəli mühit üzərindən diplomatik addım atmağı düşünməzlər".
Ekspert hesab edir ki, Avropa İttifaqının bölgədə təxribat etmək üçün nə hərbi, nə də siyasi gücü var:
“Sadəcə bu cür məlumatlar verərək Ermənistan hökumətini təsir altında saxlamağa çalışırlar. Fransa ilə Rusiya ciddi qarşıdurmadadır. Bu, Fransa və Rusiya arasındakı Gürcüstanda Zurabaşvili məsələsinə, Ermənistan, Livan, Afrikaya qədər uzanan ciddi bir proksi qarşıdurmadır. Lakin Türkiyə ilə Fransa arasında gərgin münasibət yoxdur. Suriya siyasətində bir-birinə hətta çox yaxındırlar. Livan məsələsində də Fransa ilə Türkiyə artıq birlikdə çalışır.
Bu baxımdan, Türkiyə və Fransa arasında böyük bir gərginlik olduğunu demək olmaz. Fransanın Türkiyəni bölgədən çıxarmaq planı varsa, bu, ancaq Azərbaycan ilə Türkiyə arasında problem yaranacağı təqdirdə mümkündür. Fransanın Türkiyəni bölgədən çıxarmaq kimi bir niyyətinin olduğunu düşünmürəm. Çünki belə bir gücü yoxdur.
Lakin Rusiyaya ilə bağlı vəziyyət başqadır. Fransanın Ermənistanda, son günlərdə isə həm də Gürcüstanda ciddi bir qarşıdurma meydanı var".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kəbirə Məmmədovanın işini məhkəmə araşdırır - TƏFƏRRÜAT
Bu gün, 07:13 |
|
|
|
• "MisterChoc Şokoladlı Peçenyelər" marketlərdən geri yığılır: - "Ağız və dildə yanma, yaralar yaradır..."
Bu gün, 07:10 |
|
|
|
• Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir? - ÖZBAŞINALIQ!
Bu gün, 07:06 |
|
|
|
• "Hərə bir işi görsəydi, bəxtəvər olardım..."
Bu gün, 07:05 |
|
|
|
• ABŞ-da seçki başladı: qalib o olacaq – Səbəblər
Bu gün, 07:02 |
|
|
|
• Rusiyanın baş tutmayan planı: diaspor Sandunu qalib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:56 |
|
|
|
• "Belə çürük akademik təfəkkürlə pula, mal-mülkə yiyələnmək olar, amma..." - ETİRAZ
Bu gün, 06:54 |
|
|
|
• Zurabişvilinin “Lori” paylaşımı ermənilərə “od qoydu” - İLGİNC
Bu gün, 06:54 |
|
|
|
• BU NƏDİ BELƏ: Naxçıvanda nazir əvəzi büdcədəki vəsaiti vaxtından əvvəl xərclədi – İşçilər əməkhaqqı ala bilmir
Bu gün, 06:51 |
|
|
|
• Azərbaycan özünü şəkərlə tam təmin edə bilərmi? - AKTUAL
Bu gün, 06:46 |
|
|
|
• COP29 ərəfəsi Bakını nələr gözləyir? – AÇIQLANDI
Bu gün, 06:42 |
|
|
|
• Rusiya-Ukrayna savaşı bitəcəkmi? – O, Prezident seçilsə...
Bu gün, 06:37 |
|
|
|
• Naxçıvanda kapitalı 270 min manat olan şirkət yaradılıb
Bu gün, 00:05 |
|
|
|
• Nazirliyin əməkdaşlarının xarici ölkələrə səfərlərini bu şirkət - TƏŞKİL EDƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• “Moldovadakı seçkilər ən qeyri-demokratik seçkilər oldu” – Zaxarova
Dünən, 23:19 |
|
|
|
• “Ermənistan COP29-da bu şərtlə iştirak edə bilər” – Simonyan
Dünən, 23:15 |
|
|
|
• SP Maya Sandunu tanımadı: - Qalib Stoyanoğludur!
Dünən, 23:11 |
|
|
|
• Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Dünən, 21:54 |
|
|
|
• COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...”
Dünən, 20:29 |
|
|
|
• Mövlam Şıxəliyev işində 585 minlik qalmaqal - TƏFƏRRÜAT
Dünən, 20:26 |
|
|
|
• "Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.." - Türkoğlu ildönümü öncəsi xəstələndi...
Dünən, 20:24 |
|
|
|
• İlkindən AYNA-ya irad - "Niyə tələsirdiniz ki?"
Dünən, 20:20 |
|
|
|
• Bakıya gələn ermənilər belə qorunacaq - Mühafizənin təşkilində vacib detal
Dünən, 20:17 |
|
|
|
• Cərimə qorxusu keçdi: - “Kupça”sız evlər “unuduldu”
Dünən, 19:02 |
|
|
|
• Sürücüləri düşündürən suala cavab: Gün ərzində cərimələr necə yazılır? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Azərbaycanda Monqolustan ətləri - QİYMƏTLƏR
Dünən, 18:04 |
|
|
|
• Ət indikindən 30 faiz baha ola bilərdi: - “Daha da bahalaşacaq...”
Dünən, 18:02 |
|
|
|
• "Ermənilər başa düşür ki, arxivlər açılsa..." - ŞƏRH
Dünən, 18:01 |
|
|
|
• İrəvanın konkret vaxtı var: ƏGƏR BU VAXTA QƏDƏR... - RƏYLƏR...
Dünən, 17:54 |
|
|
|
• Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycan Avstraliyadan 12 ton qızıl alıb – İdxal 103 dəfə artıb
Dünən, 17:50 |
|
|
|
• Ermənistan bundan imtina etdi: - Razılaşmanın imzalanacağı tarix...
Dünən, 17:49 |
|
|
|
• “Azfinance İnvestisiya Şirkəti” adını dəyişib - BUNDAN SONRA...
Dünən, 17:35 |
|
|
|
• “Rüfət Həmzəyevin səmərəli fəaliyyətindən xəbərdaram” - Rəşad Məcid
Dünən, 17:29 |
|
|
|
• Nazir şöbə rəisinə yüksək vəzifə verdi - ƏMR
Dünən, 17:23 |
|
|
|
• Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ
Dünən, 17:20 |
|
|
|
• Fırıldaqçılar ölüdən 1.2 milyon oğurladılar - "Baza"
Dünən, 17:18 |
|
|
|
• İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək - Bakıdakı səfirlik də TƏSDİQLƏDİ
Dünən, 17:09 |
|
|
|
• MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib
Dünən, 17:03 |
|
|
|
• Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...
Dünən, 17:00 |
|
|
|
• Aİ-nin Ermənistanla sövdələşməsi çətinləşib - KİV
Dünən, 16:54 |
|
|
|
• Ermənilərə Qarabağ vədinin arxasındakı hiylə - Trampın “artsax” bəyanatı ortalığı qatdı
Dünən, 16:51 |
|
|
|
• Türkiyə ilə anlaşma bir milyarda başa gəldi - Badasyan
Dünən, 16:49 |
|
|
|
• Rusiya üçün döyüşən 3 min əcnəbi vətəndaşlıq aldı
Dünən, 16:48 |
|
|
|
• Maya Sandu Moldovanın prezidenti seçilib - 55.33 faiz səslə
Dünən, 16:45 |
|
|
|
• “Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq - DİQQƏT
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda uşaq evində QOTURLUQ - AÇIQLAMA
Dünən, 16:34 |
|
|
|
• Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular: "Arvadına de ki..." - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
• Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir - DETALLAR
Dünən, 16:27 |
|
|
|
|