Ölkənin ən iri bankı olan ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Veys Nuhbalayev “ABB”nin Qeyri-işlək kreditlər departamentində direktor müavini təyin edilib.
O, buna qədər bankda Qeyri-işlək kreditlər departamentinin Məhkəmə işləri və icra şöbəsinin müdiri kimi çalışıb.
Veys Nuhbalayev bakalavr təhsili “Azərbaycan Dövlət İqtisad Universiteti”ndə iqtisadiyyat üzrə, magistr təhsilini isə “Bakı Dövlət Universiteti”ndə hüquqşünaslıq üzrə alıb.