"Azərbaycan Ermənistanla son müharibəyə hazır olmalıdır" - Fəzail Ağamalı
Tarix: 17-09-2024, 09:24 |
Çap et
Ermənistan 44 günlük müharibə və 2023-cü ilin antiterror tədbirlərindəki zərbədən dərs almayıb. Bu gün erməni cəmiyyətində olan revanşistlər, erməni diasporası ayrı-ayrı ölkələrdən alınan silahlar fonunda yenidən müharibə ab-havasına düşüb. Cənubi Koreya və Yaponiyadan silahların alınması da bu niyyətdən qaynaqlanır. İrandan alınan silahlarla bağlı da yeni faktlar var.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi ətrafında artan gərginlik fonunda Ermənistan “katalizator” rolunda çıxış:
“Rusiya-İran və Qərb arasında dəhliz ətrafında baş verən gərginlik bunun mahiyyətindən qaynaqlanır. Bütün bunlar Cənubi Qafqazda yeni müharibənin olacağına dəlalət edir”.
Partiya sədri bildirib ki, bu gün Azərbaycan daxilində erməni təhlükəsi anlayışı yoxdur:
“Lakin Ermənistanla Azərbaycan həmsərhəddir. Məhz bu hadisələrin gedişi göstərir ki, Azərbaycan Ermənistanla son müharibəyə hazır olmalıdır. Bu müharibənin olması gözləniləndir. 44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız birlik nümayiş etdirməlidir. Məhz bu müharibədə ciddi bir məsələnin həlli reallaşacaq”.
Fəzail Ağamalıya görə, son müharibə Ermənistanın bir dövlət kimi çökməsində həlledici rol oynayacaq:
“Müharibədə Rusiyanın da iştirakı istisna edilmir. Rusiya Ermənistanda qalmaq üçün əlverişli şərait gözləyir. Bu situasiya Azərbaycanın mövqeyinin daha da güclənməsinə imkan yaradacaq.