Keçən günlərdə məlumat verərək bildirmişdik ki, “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyəti təftiş olunur və vəziyyət hətta o həddədir ki, onun vəzifədən alınması da gündəmdədir. Bununla bağlı "DİA-AZ'"a daxil olan son məlumatlara görə, Qağaməli Seyfullayev özünü o qədər çətinə salıb ki, hətta onun barəsində hüquqi ölçü də götürülə bilər.
Məlumatlı mənbə bildirir: "Məlumdur ki, Sahil Babayev maliyyə naziri təyin olunandan sonra əksər dövlət qurumlarının maliyyə əməliyyatları ciddi şəkildə nəzarət altına alınıb. Onların sırasında SOCAR-a məxsus qurumlar ilk yerdə gəlir.
Bu yoxlamalar zamanı Qağaməli Seyfullayevin rəhbəri olduğu “Neftqaztikinti” Testində ciddi maliyyə pozuntusu aşkarlanıb. Bu səbəbdən ümumi yoxlama qərarı verilib. Qağaməli Seyfullayev də məhz bu səbəbdən hələlik vəzifə başında saxlanılıb. Ola bilsin ki, kürsüdən birbaşa həbsə getsin..."
Məsələ diqqətimizdədir....








