“Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir!” .....                     Bu qurum niyə 350 min manata siçan-siçovul alır? .....                     "O qədər pulu bəs nəyə xərcləyiblər?.." .....                     Dələduzluqda təqsirləndirilən qardaşlarla bağlı qərar verildi .....                     Taksi kəskin bahalaşdı: İctimai nəqliyyat yüklənəcək, tıxaclar isə... .....                     Ukrayna Kerçi vura bilər, .....                     "Baku Electronics"in zəmanət nağılı .....                     ABŞ dünya çempionatına ev sahibliyində özünü pis tərəfdən göstərib .....                     Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? .....                     Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq .....                     Milyonluq TENDER: Ekoloji risk yaranır? .....                     "Moskva regionu hələ də “nəzarət zonası” kimi görür" .....                     Tofiq Zülfüqarovdan sensasion müsahibə: .....                     Yarım milyonluq borcu olan "Mavi İşıq" görün kimindir .....                     " Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur..." .....                     Rusiyaya 40 milyard dollar zərər vurmuşuq .....                     Onlar hərbi təlimlərə çağırılır: müddət uzadılacaq? .....                     ABŞ bu gün İrana qarşı 49 "Tomahawk" raketindən istifadə edib .....                     Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik .....                     Partiya sədri Dəmir Yolları İdarəsini ƏLƏ SALDI .....                     Paşinyan sülh prosesini daha da gərgin məcraya gətirib... .....                     Qağaməli Seyfullayev həbs oluna bilər .....                     Əgər bu idarədə TƏFTİŞ APARILSA... .....                     İşçilərin məzuniyyət pulu KƏSİLİR .....                     Tramp İranla saziş istəyir, lakin güc variantına da hazırdır .....                     Tramp İran rəsmiləri ilə telefon danışığı apardığını bildirib .....                     Neft qiymətləri 150 dollara qədər yüksələ bilər .....                     İranın BMT-dəki nümayəndəsi Trampı Tehranı təhdid etməkdən çəkinməyə çağırıb .....                     Neftin qiyməti SÜRƏTLƏ BAHALAŞDI .....                     Araz Nəsirov TƏBİB-dən getdi .....                     Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: .....                     Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir .....                     Nazir Olimpiya Kompleksinin direktorunu işdən çıxardı .....                     “Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi, .....                     Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb .....                     “Xalqı dövlətə qarşı qaldırır” .....                     “Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım” .....                     Faizsiz kredit, yoxsa yeni borclanma? .....                     "İndi deyəcəklər ki, bu qədər şikayətçisənsə, niyə dəyişmirsən?" .....                     Ermənilərin Başkənd iddiası .....                 

Paşinyan sülh prosesini daha da gərgin məcraya gətirib... - BU FAKTDIR!
Tarix: Bu gün, 06:57 | Çap et

Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl xüsusilə Azərbaycanda bir çoxları düşünürdü ki, Nikol Paşinyan qalib gələcək və qısa zamanda həm sülh müqaviləsi imzalanacaq, həm konstitusiya dəyişdiriləcək, həm də işğal altındakı digər 4 kənd (Kərki və Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndləri) Azərbaycana təhvil veriləcək.
Əslində, Paşinyanın hələ bir il öncə bu addımları atmaq üçün hüquqi və siyasi imkanları var idi. Çünki parlamentdə kifayət qədər səsə malik idi və istənilən sənədi maneəsiz keçirə bilərdi. Ancaq o, öz kreslosunu qorumaq və yenidən baş nazir olmaq üçün prosesi şüurlu şəkildə uzatdı. Çünki yaxşı anlayırdı ki, daxildə kiçik və orta sahibkarlığı nə qədər inkişaf etdirsə də, bu güzəştləri seçkidən əvvəl reallaşdıracağı təqdirdə müxalifət ona "xain" damğası vuraraq hakimiyyətdən devirə bilərdi. Ona görə də, Paşinyan maksimum riskləri sığortalayaraq prosesi iyun seçkilərinə qədər gətirib çıxardı.
Seçkinin nəticələri bəzilərində yenidən nikbinlik yaratsa da, Ermənistan qanunvericiliyi və mövcud siyasi reallıq qarşıdakı dövrün son dərəcə ağır və çətin keçəcəyini ortaya qoyur.
Paşinyan bundan əvvəl Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının sovet dövründə Ermənistan SSR-in tərkibində olmadığını əsas gətirərək, prosesi "sərhədin dəyişdirilməsi" kimi deyil, sadəcə sovet xəritələrinə əsasən "sərhədin dəqiqləşdirilməsi" (delimitasiya) kimi təqdim etdi və parlament yan keçərək işi bitirdi. Ancaq o, yerdə qalan digər dörd kəndi eyni üsulla – sadəcə icra hakimiyyətinin birtərəfli qərarı ilə Azərbaycana verə bilməz. Bunun konkret hüquqi və praktiki səbəbləri var.
Əsas səbəb odur ki, Kərki (Naxçıvan istiqaməti) və Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndləri Ermənistan ərazisi ilə tamamilə mühasirəyə alınıb (anklavdır). Ermənistanın daxili hüququna və Müstəqillik Bəyannaməsinə görə, bu ərazilər de-fakto Ermənistanın inzibati idarəçiliyində olan və onun "ərazi bütövlüyü" daxilində qəbul edilən yerlərdir. Ermənistan Konstitusiyasının 205-ci maddəsinə görə isə respublikanın ərazisinə aid olan dəyişikliklər mütləq ümumxalq referendumu yolu ilə həll olunmalıdır. Əgər ərazi mübadiləsi (məsələn, Başkəndlə dəyiş-düyüş) və ya birtərəfli qaytarılma baş verərsə, bu, birbaşa sərhəd dəyişikliyi sayılacaq. Yəni, Paşinyan istəsə belə, bu kəndləri Azərbaycana qaytarmaq hüquqi baxımdan asan olmayacaq. Əslində Azərbaycana geri qaytarılan kəndlər də asanlıqla qaytarılmamışdı. O zaman yaşanan hadisələr hər kəsin xatirindədir.
Paşinyan Azərbaycanla bu kəndlərin qaytarılma mexanizmini razılaşdırsa belə, imzaladığı beynəlxalq müqavilə Ermənistan Milli Assambleyasında (parlamentində) ratifikasiya olunmalıdır. Yeni parlamentdə Paşinyanın "Mülki Müqavilə" partiyası sadə çoxluğa (60+ deputat) sahibdir. Bu güc sadə qanunları və müqavilələri keçirmək üçün yetərlidir, ancaq radikal müxalifət bu addımı "torpaq vermək" kimi qələmə verərək prosesi Konstitusiya Məhkəməsinə daşıyacaq. Bu kəndlərin parlamentdən və referendumdan keçmədən birtərəfli təhvil verilməsi isə ölkədə birbaşa konstitusiya çevrilişi və ya baş nazirin impiçmenti iddialarına hüquqi zəmin yarada bilər.
Ümumiyyətlə, Paşinyan Ermənistandakı seçkiləri Avropa İttifaqı (Aİ) ilə Rusiyanın növbəti mübarizə meydanına çevirməyi bacardı. Bu gedişlə o, Qərbdən həm siyasi, həm də maliyyə dəstəyi qopardı. Eyni zamanda, Moskva ilə münasibətləri tarım çəkərək Rusiya ilə əlaqələri tamamilə kəsəcəyi təqdirdə Qərbin necə davranacağını və nələr vəd edəcəyini test etdi. Paralel olaraq, Rusiya ilə də pərdəarxası təmasları saxlayaraq rəsmi Moskvanın dözüm həddini yoxladı və anladı ki, Moskvadan tamamilə qopmaq həm onun özü, həm də Ermənistan üçün faciəvi sonluqla yekunlaşa bilər.
Seçkilərin nəticələrinə baxdıqda Paşinyanın həm Rusiyanı, həm də Avropa İttifaqını eyni dərəcədə razı sala biləcək bir balans yaratdığının şahidi oluruq: Rusiya Paşinyanı devirməsə də, parlamentdə onun qarşısında çox güclü bir müxalifət formalaşdırdı; Paşinyan isə hökumət qurmaq üçün lazımi sayı əldə etdiyindən Qərb və Aİ ilə əməkdaşlığı rahatlıqla davam etdirəcək. Fransanın seçkilərə Rusiyanın müdaxilə etdiyini bəyan edərək canfəşanlıq göstərməsi isə məsələni Paris-Moskva davasına çevirir ki, bu da Paşinyanın daxili məsuliyyətdən yayınması üçün əlverişli zəmindir.
Ancaq 7 iyun 2026-cı il seçkilərinin əsas nəticəsi odur ki, Paşinyan sadə səs çoxluğu qazansa da, konstitusiya çoxluğunu əldə edə bilmədi. Bu isə Bakı üçün Paşinyanın "vaxt qazanmaq oyununun" artıq tükəndiyi mənasına gəlir. Rəsmi Bakı Ermənistanın daxili siyasi gərginliklərinin girovuna çevrilmək niyyətindədirmi? Əgər Ermənistanın bu daxili qeyri-müəyyənliyi qəbul olunarsa, region 2020-ci ilin 27 sentyabrından öncəki dönəmə – bitməyən danışıqlar, nəticəsiz görüşlər və imitasiya mərhələsinə qayıdacaq.
Yox, əgər Azərbaycanın mövqeyi qəti olacaqsa, Bakının masada və sahədə ata biləcəyi konkret addımlar var:
Birincisi, rəsmi Bakı Paşinyanın "parlamentdə gücüm çatmır" bəhanəsini qəbul etməyəcək. Azərbaycan açıq şəkildə bəyan edə bilər ki, konstitusiya dəyişikliyi Ermənistanın daxili işi yox, dayanıqlı sülhün əsas hüquqi təminatıdır. Çünki rəsmi Bakının sülhlə bağlı fundamental tələbi Ermənistan konstitusiyasından Azərbaycana qarşı torpaq iddialarının çıxarılmasıdır və Azərbaycanın indiki geosiyasi şərtlərdə bu şərtdən geri addım atması qeyri-mümkündür.
İkincisi, Azərbaycan Paşinyanı dəstəkləyən ABŞ və Avropa İttifaqının qarşısında birbaşa məsələ qaldıra bilər: "Bəslədiyiniz lider sülhə hazırdırsa, hüquqi öhdəliklərini yerinə yetirsin, əks halda yaranacaq gərginliyə görə məsuliyyət tamamilə İrəvanın üzərindədir".
Üçüncüsü, əgər Paşinyan (Fitch-in son hesabatlarında da qeyd olunduğu kimi) referendumu mütləq şəkildə 2027-ci ilə keçirmək istəyirsə, Bakı onun qarşısına şərt qoya bilər: Sülh müqaviləsin mətni imzalanır, lakin orada ayrıca bənd qeyd olunur: "Müqavilə yalnız Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları rəsmən çıxarıldıqdan və referendum təsdiqləndikdən sonra hüquqi qüvvəyə minir". Bu gediş Paşinyanı daxili siyasi alverə məcbur edəcək – o, referendumu keçirmək üçün parlamentdəki digər qüvvələrlə (məsələn, müxalifətin biznes qanadı ilə) kompromis və güzəştlər axtarmalı olacaq.
Dördüncüsü, Paşinyan prosesi uzatdıqca Azərbaycan regional kommunikasiyalar mövzusunda İrəvanı tamamilə oyundan kənar (ofsayd) vəziyyətdə saxlamağa davam edə bilər. Düzdür, hazırda Azərbaycan Ermənistana benzin satır, digər ölkələrdən gələn mal və məhsulların keçidinə şərait yaradır. Rəsmi Bakı bu iqtisadi yumşalmanı tamamilə dayandıra bilər.
Eyni zamanda, Bakı Araz çayı üzərindən İran ərazisi ilə Naxçıvana gedən yolu (Ağbənd dəhlizi) sürətlə tamamlayır. İrəvan prosesi uzadarsa, Bakının regional təhlükəsizlik naminə Tehranla əlaqələrini daha da sıxlaşdırmaqdan başqa yolu qalmır, çünki müstəqillikdən bəri Naxçıvana tək quru yolu məhz İran üzərindən keçir. Ermənistan iqtisadiyyatının blokadadan çıxması və regional layihələrə (məsələn, Qərbin dəstəklədiyi yeni TRIPP layihəsinə) inteqrasiyası birbaşa sülh müqaviləsinə bağlıdır. Bakı İrəvanı bu böyük iqtisadi dividendlərdən məhrum etməklə daxili auditoriyanın Paşinyana "sülhü tezləşdir" təzyiqi etməsini təmin edə bilər. Ancaq burada Çin və ABŞ kimi qlobal güclərin maraqları və mümkün təzyiqləri də nəzərə alınmalıdır, çünki bu layihələrin sahibləri regional deyil, qlobal oyunçulardır.
Beşincisi, əgər İrəvan anklav kəndləri parlament baryeri ucbatından qaytara bilmirsə, Bakı demarkasiya prosesini birtərəfli qaydada dondura və ya həmin kəndlərin ətrafındakı strateji yüksəkliklərdəki hərbi mövqelərini daha da gücləndirə bilər.
Paşinyan öz hakimiyyətini qorumaq üçün prosesi bura qədər "yaxşıca oynadı". Ancaq o, artıq bu taktikaların sonuna gəlib çıxıb. Seçki bitdi, bəhanə qalmadı. İndi Azərbaycan növbəti mərhələdə topu tamamilə Ermənistanın meydanına ataraq konkret zaman qrafiki tələb etməlidir. Paşinyan ya parlamentdəki digər deputatları bir şəkildə razı salıb referenduma getməlidir, ya da Azərbaycan regional layihələri onsuz icra edib, İrəvanı növbəti geosiyasi və iqtisadi böhrana sürükləməlidir.
Ermənistandakı seçkinin nəticələri Azərbaycan üçün yeni bir qeyri-müəyyənlik mərhələsi yaratdı. Bu qeyri-müəyyənliyin ucunda isə sülhdən hərbə qədər hər şey var...
Müəllif: Səxavət Məmməd - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir!” - “Vəhdət”in qurucusu
Bu gün, 08:37
Bu qurum niyə 350 min manata siçan-siçovul alır? - AÇIQLAMA
Bu gün, 08:34
"O qədər pulu bəs nəyə xərcləyiblər?.." - ETİRAZ VAR!
Bu gün, 08:33
Dələduzluqda təqsirləndirilən qardaşlarla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 08:20
Taksi kəskin bahalaşdı: İctimai nəqliyyat yüklənəcək, tıxaclar isə... - NƏ BAŞ VERİR?
Bu gün, 08:18
Ukrayna Kerçi vura bilər, Rusiya qarşısını ala bilməyəcək
Bu gün, 08:16
"Baku Electronics"in zəmanət nağılı - Pulu alana kimi xan-bəysən, alandan sonra...
Bu gün, 08:14
ABŞ dünya çempionatına ev sahibliyində özünü pis tərəfdən göstərib - "USA Today"
Bu gün, 07:55
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
Bu gün, 07:53
Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq - Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir...
Bu gün, 07:48
Milyonluq TENDER: Ekoloji risk yaranır? - FOTO
Bu gün, 07:22
"Moskva regionu hələ də “nəzarət zonası” kimi görür" - ONA GÖRƏ DƏ...
Bu gün, 07:19
Tofiq Zülfüqarovdan sensasion müsahibə: - "Bizə tanklar da lazım olacaq"
Bu gün, 07:17
Yarım milyonluq borcu olan "Mavi İşıq" görün kimindir - TƏFƏRRÜAT
Bu gün, 07:14
" Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur..."
Bu gün, 07:11
Rusiyaya 40 milyard dollar zərər vurmuşuq - Zelenski
Bu gün, 07:09
Onlar hərbi təlimlərə çağırılır: müddət uzadılacaq? – Detallar açıqlandı
Bu gün, 07:08
ABŞ bu gün İrana qarşı 49 "Tomahawk" raketindən istifadə edib - "Fox News"
Bu gün, 07:06
Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik - SEPAH
Bu gün, 07:04
Partiya sədri Dəmir Yolları İdarəsini ƏLƏ SALDI - FOTO
Bu gün, 07:02
Paşinyan sülh prosesini daha da gərgin məcraya gətirib... - BU FAKTDIR!
Bu gün, 06:57
Qağaməli Seyfullayev həbs oluna bilər - İLGİNC İDDİA
Bu gün, 06:53
Əgər bu idarədə TƏFTİŞ APARILSA... - MÜRACİƏT
Bu gün, 06:42
İşçilərin məzuniyyət pulu KƏSİLİR - GİLEY
Bu gün, 06:26
Tramp İranla saziş istəyir, lakin güc variantına da hazırdır - Pentaqon
Bu gün, 04:53
Tramp İran rəsmiləri ilə telefon danışığı apardığını bildirib - KİV
Bu gün, 04:52
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər - "Rystad"
Bu gün, 04:38
İranın BMT-dəki nümayəndəsi Trampı Tehranı təhdid etməkdən çəkinməyə çağırıb
Bu gün, 00:59
Neftin qiyməti SÜRƏTLƏ BAHALAŞDI - ŞOK RƏQƏM
Bu gün, 00:57
Araz Nəsirov TƏBİB-dən getdi - BUNDAN SONRA...
Bu gün, 00:56
Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: - Bu havada nəfəs almağı da qadağan edin
Dünən, 18:11
Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir - NAZİR
Dünən, 17:56
Nazir Olimpiya Kompleksinin direktorunu işdən çıxardı - ƏMR
Dünən, 17:48
“Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi, dünya ulduzları ilə səhnə aldım”
Dünən, 17:39
Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Dünən, 17:33
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
Dünən, 17:25
“Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım” - TƏFƏRRÜAT
Dünən, 17:20
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
Dünən, 17:15
"İndi deyəcəklər ki, bu qədər şikayətçisənsə, niyə dəyişmirsən?" - GİLEY
Dünən, 17:11
Ermənilərin Başkənd iddiası - Anklav kəndlər nə vaxt qaytarılacaq...
Dünən, 17:06
"Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?" - GİLEY
Dünən, 17:02
Azərbaycanda psixi xəstəliklər sürətlə artır - Psixoloqdan AÇIQLAMA
Dünən, 16:55
Türkiyə partiyası Paşinyanı təbrik etdi
Dünən, 16:53
“Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər? - NƏ BAŞ VERİR?
Dünən, 16:49
Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 16:45
Çarukyan İstintaq Komitəsində dindirildi - KİV
Dünən, 16:44
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - SİYAHI
Dünən, 16:41
Bakıda FACİƏ: - 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxılıb ÖLDÜ
Dünən, 16:37
Əli Kərimlinin həbs müddəti uzadıldı - 5 ay
Dünən, 16:35
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru