"Osman Mirzəyev Adina 5 Sayli Uşaq Evi Sosial Xidmət Müəssisəsi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən ayrılıb.
"DİA-AZ" Qaynarinfo-ya istinadla xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun müvafiq əmri ilə Samirə Şahgəldi qızı Quliyeva sözügedən müəssisənin direktoru vəzifəsindən azad edilib.
Ona Sosial Xidmətlər Agentliyində başqa bir qurumda vəzifə verilib.
5 Sayli Uşaq Evi Sosial Xidmət Müəssisəsinin direktoru vəzifəsinə müvəqqəti olaraq Nərmin Əhməd qızı Məmmədova gətirilib.








