"SOCAR Qaz İxrac idarəsi Astara Magistral Qaz Kəmərlər Sahəsini qəflətən yoxlamaq lazımdır..." "DİA-AZ" xəbər verir ki, bu çağırışı sözügedən qurumun işçisi Ədail Qulamov Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında müzakirələr zamanı edib.
Müraciət müəllifi daha sonra bildirir: "Əsasən ezamiyyətə gedən sürücüləri yoxlamaq lazımdır. Bax onda hər şey üzə çıxar. Qanunla ezamiyyətə bir gün ərzində gedib qayıtmaq olmaz. Amma bəzi sürücülər rəhbərliyə arxayın olub gedib qayıdırlar.
Ona görə də bizdən də tələb edirlər ki bir günə gedib qayıtsın, ya da səhər saat 7-də yola çıxaq. O zaman biz də qanunu pozmalı oluruq... Deyəndə ki səhər tezdən saat 6-da, ya da saat 7-8 radələrində qanun icazə vermir, onda ezamiyyəti ləvğ edirlər və həmin sürücüyə verirlər. Çox istərdim ki, bu idarədə ezamiyyətə çıxışa ciddi şəkildə nəzarət olunsun".








