" "Azza"dan bu ayın 25-i tort alınıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "İki gün sonra, yəni ayın 27-si yeyilib. Üzərində qeyd edilib ki, saxlama müddəti 96 saatdır.
Tortdan 2 nəfər zəhərlənib. Xəstəxanaya yerləşdilirib.
"AZZA Gastronom"ay müraciət edirəm: bu nə məsuliyyətsizlikdir? Ana və balanın xəstəxanaya yerləşməsinə səbəb oldunuz.
"Azza"dan tort alarkən 5 dəfə düşünün. Növbəti qurban siz olmayın..."









