Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib .....                     “Rusiya hər zaman etdiyi əməlin məsuliyyətindən yayınmağa çalışıb” .....                     Misir Mərdanov vəzifəsini itirdi .....                     Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox .....                     “Oğlu rəhmətə getmişdi, özü isə 8 il xərçəng xəstəliyindən əziyyət çəkdi” .....                     "İllərdi anamı görmürəm" .....                     Ermənistanda Azərbaycan benzininin satışı başladı .....                     Azərbaycan vətəndaşı xarici orduda döyüşə bilərmi? .....                     4 ildir müharibə gedir, tərəvəz qiymətləri təəccübləndirdi .....                     22 il sonra barışdılar .....                     Putinin Paşinyanla bağlı planı fiaskoya uğradı .....                     Qarabağ canisi sərsəmlədi .....                     Dünyada ilk dəfə iki pilotsuz döyüş təyyarə avtonom şəkildə uçub .....                     Lavrovun ilsonu HƏDƏSİ... .....                     Quru sərhədləri ONA GÖRƏ BAĞLIDIR Kİ... .....                     "Bu nə məsuliyyətsizlikdir?" .....                     AYNA öz fəaliyyəti ilə nəyi yaradıb: Xaos, tıxac, cərimə, əsəb, gərginlik... .....                     Rusiya qoşunları Qulyaypoleni ələ keçirdi .....                     “Səhər TV”-nin qara üzü .....                     “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar” .....                     Keçmiş xanımı Ağadadaş Ağayevdən dəbdəbəli villanı geri istəyir .....                     “Polad Bülbüloğlu nazir olanda mənə dedi ki…” .....                     Yaxın gələcəkdə Ermənistandan da Azərbaycana ixrac mümkündür .....                     Bağlanan “Rus Evi”nin binasını 40 milyona kim satır? .....                     1000 manatı səhvən başqasının kartına köçürdü .....                     "Qarabağ"ın futbolçusu İspaniyanın bu klubunda .....                     “Qax-Taxıl” ASC-nin vergi borcu üzə çıxıb .....                     Elxan İbrahimovun bundan XƏBƏRİ YOXDUR? .....                     Rusiya Avropya xəbərdarlıq etdi .....                     Erməni qaraçıların Qafqaza gəlişi .....                     Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı .....                     Görün, bizə nə içirdirlər... .....                     Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar? .....                     Naxçıvan Mədəniyyət Nazirliyində qanunsuz PUL YIĞIMLARI... .....                     Almaniyanın daşıma şirkəti Azərbaycan bazarından gedir .....                     Moskvadan Bakıya qarşı məkrli həmlə: Rusiyanı ağır cavab gözləyir .....                     Talıb Əlixanbəyovun oğlu Bentley ilə qəza törədib qaçdı .....                     Əvəz Ələkbərov, Misir Mərdənov və Tanrıverdi Mustafayev BİR ARADA .....                     Putin niyə susur? .....                     Gömrük Komitəsinə sərt sözlər .....                 

DİM sədri repetitorsuz qəbulun yolunu göstərdi: Bəs məktəb? - AKTUAL
Tarix: Bu gün, 07:44 | Çap et

Son illər ölkədə ali məktəblərə qəbul imtahanı ilə bağlı müzakirələrə səbəb olan məsələlərdən biri də dərs vəsaitləridir.

Belə ki, məktəblərdə şagirdlərin dərs vəsaitlərindən öyrəndikləri ilə qəbul imtahanlarında təqdim edilən materiallar arasında uyğunsuzluq olduğu deyilir. Bunu isə müvafiq qurumlar onunla izah edirlər ki, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı proqramla məktəb proqramı uyğun gəlmir. Nəticədə isə şagirdlər çıxış yolu kimi repetitorlara üz tuturlar. Bugünlərdə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib:

“Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir. Uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur. Erkən yaşlardan müstəqilliyi, özü qərar verməyi, informasiyanı əldə etməyi, oxumağı, dərslərinə məsuliyyətlə yanaşmağı uşaqlarda formalaşdıra bilsək, repetitorluq da sıradan çıxacaq".

Maraqlıdır, şagirdlər məktəb dərsliklərini, DİM-in hazırladığı dərs vəsaitlərini, yoxsa repetitorların öyrətdiklərini mənimsəsinlər?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki, təhsil işçiləri, valideynlər birmənalı şəkildə Azərbaycan təhsilinin məqsədinin ali məktəbə hazırlıq olmadığını bilməlidir:

“Ali və digər məktəblərdə kadr hazırlığı həyata keçirilir. Sadəcə bizim cəmiyyətdə ali təhsil almaq hər bir valideyn üçün prioritetdir. Məsələnin ikinci bir tərəfi ondan ibarətdir ki, burada ən böyük problem bizim dərsliklərin bərbad gündə olmasıdır. Hətta DİM uzun müddət dərsliklərin monitorinqini həyata keçirdi. Eyni zamanda, dərsliklərin hazırlanmasına məsuliyyət daşıyan Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəhbərliyi dərsliklərin bərbad vəziyyətdə olmasını etiraf edirlər. Ancaq reallıq ondan ibarətdir ki, dərsliklərlə yanaşı, proqramlar da əlçatan deyil. Bu baxımdan, 1-ci sinifdən 11-ci sinifə qədər hamı repetitor yanına üz tutmağa məcbur olub. Günümüzün acı reallığı budur”.

Ekspertin fikrincə, məsələnin digər mahiyyəti indiki dərsliklərlə hər hansı nəticə əldə edilməməsidir:

“Nə etməliyik? İlk növbədə orta məktəbdən başlamaq lazımdır. Çünki burada ən böyük kritik məqam ondan ibarətdir ki, biz ümumtəhsil məktəblərində dərslikləri normal şəkildə hazırlamağı bacarmalıyıq və bu dərsliklər şagirdlər tərəfindən oxunub anlaşılmalıdır. Ancaq bunu edə bilmirik. Səbəb ondan ibarətdir ki, dərsliklərin hazırlanması konkret olaraq repetitorlara həvalə olunur. Repetitorluğun mahiyyəti ondan ibarətdir ki, az bir zaman içərisində daha çox şablon xarakterli informasiya versin, qəbul imtahanlarına hazırlaşsın. Yəni onun iş üslubu budur. Düşünürəm ki, Təhsil İnstitutu ölkədə pedaqoji sahədə yeganə elmi-tədqiqat müəssisəsidir.

Ancaq reallıq da ondan ibarətdir ki, bu gün Təhsil İnstitutu özünün iş istiqamətini bir kənara qoyaraq imtahanlar həyata keçirməklə məşğuldur. O ki qaldı DİM-ə, buraxılış imtahanları ilə qəbul imtahanlarını qarışıq salmamalıyıq. Buraxılış imtahanları ilə bağlı müəyyən iradlarda haqlı tərəflər var. Haqlı tərəf ondan ibarətdir ki, buraxılış imtahanı şagirdin bilik və bacarığına, məktəb mühitinə uyğunlaşdırılmalıdır. Qəbul imtahanı isə daha fərqli ola bilər. Çünki burada əsas məsələ artıq müsabiqədir. Onun şərtlərini də müsabiqəni keçirən müəyyən edir. Ümumilikdə mən DİM-ə uzun illərdir ki, təkliflərimi vermişəm və fikrimcə, gec-tez belə də olacaq.

DİM imtahanları keçirən texniki quruma çevrilməlidir. Yəni DİM özü test hazırlamamalıdır. İndi DİM həm test hazırlayıb, həm də test keçirir. Düşünürəm ki, ölkə başçısı yanında, yaxud Nazirlər Kabineti yanında Testologiya institutu yaradılmalı və testlərin hazırlanmasına məsul olmalıdır”.

Ekspertin fikrinə, reallıq bu gün ondan ibarətdir ki, Azərbaycan məktəblərində dərsliklə ali məktəblərə qəbula hazırlaşmaq mümkün deyil:

“Bu, mümkün deyil. Bunu hamıdan yaxşı Məleykə Abbaszadə bilir. Çünki DİM uzun müddət dərsliklərin monitorinqini aparan qurum olub. Bildiriblər ki, dərsliklər normal səviyyədə yazılmır. Dərslik çox mühüm sahədir və biznes layihəsi olmalı deyil. Çox təəssüf ki, bu gün dərsliklər biznes layihəsinə çevrilib. Bu gün dərslikləri kim yazır? Onların dərslik yazmaq sahəsində hansı pedaqoji araşdırmaları var? Ona görə də vəziyyət bərbaddır.

Nə qədər ki, Azərbaycan təhsilində biznes düşüncəli insanlar olacaq, nəticələr də belə olacaq. Bu gün təhsilimizdə ən böyük problemlərdən biri olan repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri məhz dərsliklərdir. Bu, “kölgə” təhsilini minimuma endirmək olar. Bunun üçün dərsliklər şagird üçün yazılmalı, dərsliyi yazan və yaxud yazdıran üçün olmamalıdır.

Hər bir dərsliyin arxasında böyük maliyyə durur və mənimsənilir. DİM və onun rəhbəri də bilir ki, bu gün reallıqda tətbiq olunan dərsliklər şagirdlərin potensialına, o cümlədən də təhsil proqramlarına uyğun deyil. Bu baxımdan, dərsliklərdən hazırlaşıb ali məktəbə qəbul olmaq anlayışı yoxdur. Belə olsaydı, bu gün ali məktəbə qəbul olan hər 100 abituriyentin 100-də repetitor yanında hazırlaşmazdı”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Bu gün, 19:50
“Rusiya hər zaman etdiyi əməlin məsuliyyətindən yayınmağa çalışıb” - FAKT BUDUR!
Bu gün, 18:45
Misir Mərdanov vəzifəsini itirdi - QƏRAR
Bu gün, 18:41
Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox – Zunuzi
Bu gün, 17:36
“Oğlu rəhmətə getmişdi, özü isə 8 il xərçəng xəstəliyindən əziyyət çəkdi”
Bu gün, 17:34
"İllərdi anamı görmürəm" - Samir Bağırov
Bu gün, 17:32
Ermənistanda Azərbaycan benzininin satışı başladı - FOTO
Bu gün, 17:30
Azərbaycan vətəndaşı xarici orduda döyüşə bilərmi? - Cinayət Məcəlləsi nə deyir...
Bu gün, 17:27
4 ildir müharibə gedir, tərəvəz qiymətləri təəccübləndirdi
Bu gün, 17:23
22 il sonra barışdılar
Bu gün, 15:06
Putinin Paşinyanla bağlı planı fiaskoya uğradı – Türk lideri hədəf aldı
Bu gün, 15:01
Qarabağ canisi sərsəmlədi - Rəsmən qaşınır...
Bu gün, 14:59
Dünyada ilk dəfə iki pilotsuz döyüş təyyarə avtonom şəkildə uçub
Bu gün, 14:56
Lavrovun ilsonu HƏDƏSİ... - NƏ BAŞA DÜŞƏK?..
Bu gün, 14:51
Quru sərhədləri ONA GÖRƏ BAĞLIDIR Kİ... - AKTUAL
Bu gün, 14:45
"Bu nə məsuliyyətsizlikdir?" - DİQQƏT, təhlükə var..!
Bu gün, 14:40
AYNA öz fəaliyyəti ilə nəyi yaradıb: Xaos, tıxac, cərimə, əsəb, gərginlik... - BUNDAN ARTIQ HEÇ NƏ...
Bu gün, 14:30
Rusiya qoşunları Qulyaypoleni ələ keçirdi
Bu gün, 12:36
“Səhər TV”-nin qara üzü - İran rejiminin Azərbaycan dilində danışan ideoloji silahı
Bu gün, 12:32
“Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”
Bu gün, 11:58
Keçmiş xanımı Ağadadaş Ağayevdən dəbdəbəli villanı geri istəyir - “Qızıma verməli idi, indiki arvadına bağışladı”
Bu gün, 11:56
“Polad Bülbüloğlu nazir olanda mənə dedi ki…” – Samir Bağırov ölkəni tərk etməsindən danışdı
Bu gün, 11:52
Yaxın gələcəkdə Ermənistandan da Azərbaycana ixrac mümkündür - Papoyan belə deyir...
Bu gün, 11:49
Bağlanan “Rus Evi”nin binasını 40 milyona kim satır? - İLGİNC
Bu gün, 11:46
1000 manatı səhvən başqasının kartına köçürdü - TƏFƏRRÜAT
Bu gün, 09:27
"Qarabağ"ın futbolçusu İspaniyanın bu klubunda OYNAYACAQ
Bu gün, 09:24
“Qax-Taxıl” ASC-nin vergi borcu üzə çıxıb
Bu gün, 09:21
Elxan İbrahimovun bundan XƏBƏRİ YOXDUR? - Nəsimidə tam özbaşınalıq...
Bu gün, 09:00
Rusiya Avropya xəbərdarlıq etdi - Silahlı qüvvələrin qanuni hədəfinə çevriləcəklər
Bu gün, 08:52
Erməni qaraçıların Qafqaza gəlişi - Tarixi mənbələr...
Bu gün, 08:50
Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı - TASS
Bu gün, 08:47
Görün, bizə nə içirdirlər... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:37
Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar? - PROBLEM
Bu gün, 08:34
Naxçıvan Mədəniyyət Nazirliyində qanunsuz PUL YIĞIMLARI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
Almaniyanın daşıma şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:02
Moskvadan Bakıya qarşı məkrli həmlə: Rusiyanı ağır cavab gözləyir - İNCƏLƏMƏ
Bu gün, 07:58
Talıb Əlixanbəyovun oğlu Bentley ilə qəza törədib qaçdı - TƏFƏRRÜAT
Bu gün, 07:56
Əvəz Ələkbərov, Misir Mərdənov və Tanrıverdi Mustafayev BİR ARADA - FOTO
Bu gün, 07:50
Putin niyə susur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:49
Gömrük Komitəsinə sərt sözlər - "İşçilər qorxu içindədir"
Bu gün, 07:47
DİM sədri repetitorsuz qəbulun yolunu göstərdi: Bəs məktəb? - AKTUAL
Bu gün, 07:44
Paşinyan “əxlaqsız” II Qaregini necə və nə vaxt devirəcək? - GƏLİŞMƏ
Bu gün, 07:42
Sərhəddə “yol” qarşıdurması: Hazırlıq başladı – 5 il sonra yeni gərginlik
Bu gün, 07:38
Gürcüstanda yaşayan soydaşlarımız əgər bizim üçün əzizdirsə... - partiya sədri deyir ki...
Bu gün, 07:30
"Bunlardan kimə şikayət edəsən ki..." - AXI NİYƏ?..
Bu gün, 07:25
Rzayevlər xanədanının yönəltdiyi İmişli... - daha kimlər MEYDAN SULAYIR...
Bu gün, 07:17
MİLLƏTİN PULU, PARASI hara gedir? - NARAZILIQ VAR...
Bu gün, 07:12
'Azəriqaz'la nə edək... necə edək?.. - daha bir ETİRAZ!
Bu gün, 07:09
"23 gündür məhsullardan xəbər yoxdur" - GİLEY
Bu gün, 07:02
“Siyəzənneft”də dövlətə ZƏRBƏ VURANLAR - Əgər cəzalanmasa...
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru