Qərbi Azərbaycan İcmasının rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirilib.
Ajans.az -ın əldə etdiyi məlumata görə, tədbirdən yayımlanan fotoda tanınmış ictimai-siyasi xadimlər bir arada görüntülənib. Fotoda keçmiş maliyyə naziri Əvəz Ələkbərov, sabiq təhsil naziri Misir Mərdənov və “Azərişıq” ASC-nin sabiq mətbuat katibi Tanrıverdi Mustafayev diqqət çəkib.
Tədbirdə, həmçinin millət vəkili, Qərbi Azərbaycan İdarə Heyətinin sədri Əziz Ələkbərli də kollektivlə birgə iştirak edib.









