Siyəzən rayon sakini, Siyəzənneft NQÇİ-nin işçisi Əliyev Zamiq Qüdrət oğlu Sənaye və Energetika şöbəsinin müdiri, İqtisad elmələri doktoru professor Elşən Hacızadəyə müraciət ünvanlayıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Hörmətli Elşən müəllim. Bu müraciətlə Sizi SOCAR-ın strukturuna daxil olan “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsində (NQÇİ) son dövrlərdə idarəetmədə yol verilən səhlənkarlıq və bunun ölkənin energetika təhlükəsizliyinə, regional iqtisadi inkişafa vurduğu zərər barədə xəbərdar etmək istəyirəm. Məsələ əsasən Siyəzənneft NQÇİ -nin Ata–çay və Zarat sahələrinin neft hasilatını yerinə yetirdiyi halda ləğv edilməsi ilə əlaqdardır
Məlumumat üçün bildirim ki, Siyəzənneft NQÇİ-nin bir sıra (Ata çay və Zarat ) sahələri faktiki olaraq hasilat mövcud olduğu halda ləğv edilir, işlək və perspektivli neft quyularında texnoloji və istismar əməliyyatları aparılmır, hasilatın sabit saxlanılması və artırılması istiqamətində Neft hasilatı şöbəsi öz funksiyasını icra etmir. Bu hallar sistemli xarakter daşıyır və istehsalatın bilərəkdən zəiflədilməsinə yönəlmiş məqsədli qərarlar olduğu şübhəsini hər gün dərinləşdirir.
Bunun nəticəsində neft hasilatı süni şəkildə azaldılır, mövcud istehsal potensialı səmərəsiz hala salınır, dövlətə məxsus karbohidrogen ehtiyatlarından istifadədə itkilərə yol verilir, Siyəzən rayonunun sosial-iqtisadi inkişafına ciddi zərbə vurulur.
Məlumunuz olduğu kimi bu hallar Azərbaycan Respublikasının Energetika siyasətinin əsas prinsiplərinə yəni enerji resurslarından səmərəli istifadə,hasilatın davamlılığının təmin edilməsi, enerji təhlükəsizliyinin qorunması tələblərinə açıq şəkildə ziddir. Bu hal eyni zamanda NQÇİ -əsasnaməsinin tələblərini kobud şəkildə pozmaqdır. Bundan əlavə olaraq bu cür yanaşma Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş dövlətin energetika maraqlarının qorunması prinsipinə, SOCAR-ın Nizamnaməsində nəzərdə tutulmuş hasilatın qorunması və artırılması öhdəliklərinə açıq şəkildə ziddir.
İdarə rəhbərliyi tərəfindən atılan bu cür addımlar hasilat sahələrinin əsassız ləğvi və quyuların baxımsız qalması enerji balansının pozulması, daxili enerji resurslarının azalması və uzunmüddətli perspektivdə ölkənin energetika təhlükəsizliyinin zəifləməsi riskini yaradır. Bu isə artıq təkcə bir müəssisənin deyil, dövlət əhəmiyyətli problem hesab olunur.
Qeyd olunanları əsas alıb Sizdən xahiş edirəm ki, Siyəzənneft NQÇİ-də hasilat sahələrinin ləğvi və quyularda əməliyyatların aparılmaması faktları araşdırlsın, neft hasilatı şöbəsinin və məsul vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət verilsin və ən əsası da energetika və dövlət maraqlarına zidd qərarların qarşısı alınsın.
Siyəzən rayon sakini kimi bizə dəstək olun..."









