"Şikayətim "Birmühasib" və "Edu company" (Nizami filialı) kurslarındandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə gileylənən narazı vətəndaş anonimliyini qoruyaraq daha sonra başına gələnləri belə nəql edir:
"Bunların ikisi birlikdə fəaliyyət göstərir. Hardasa keçən il dekabr ayında "Hr" təlimi üçün müraciət etmişdim. 2 aylıq təlim müddəti aylarla çəkdi. Müəllim Aysel Ələkbərova o qədər laqeyd yanaşır ki... həm dərslərə və həm də həm tələbələrə. Dərsləri tam keçmir, bir mövzunun yarısını izah edir, yarısını yox.
Düşünün ki, özüm araşdırıb tapıb soruşuram... ondan sonra deyir ki, həə... filan şeyi deməmişəm sizə.
Bir sözlə, bərbad kurs və müəllimdir o şəxs.
Mart ayını sonuna kimi biz dərsə getdik. Elə olub yarıyoldan zəng edib qaytarıb ki bu gün dərsə gələ bilmirəm.
Yəni ora müraciət etməzdən öncə düşünün..."











