Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR "Azəriqaz" İstehsalat Birliyində yaşanan bir faicəvi olayla bağlı açıqlama yayaraq, əlaqədar qurum və şəxslərdən hesabat tələb edib. "DİA-AZ" xəbər verir ki, M.Qəhrəmanlı yazır:
"17.08.2025-ci il tarixdə Lənkəran RQİİ-nin Masallı XS-nə 104 cagrı mərkəzi tərəfindən 8 sifariş daxil olub. Daxil olan sifarişlər Masallı XS-nin Qəza Dispetçer xidmətinin növbədə olan çilingərinə - Sayadulla Əhmədova mobil telefon vasitəsiylə icra üçün yönləndirilib. Çilingər öz şəxsi avtomobili və ya taksi xidmətlərindən istifadə edərək bu sifarişləri qəbul edib və icra edib.
Bu barədə Masalı XS-nin rəisinə və xidmətin rəisinə şikayət etsə də, buna məhəl qoyulmayib. Baş mühəndis hər sifarişin
40 dəqiqəyə icra olunmasını göstəriş verib: istəyirsən islə... iş budur! İstəmirsənsə, sənə yaxşı yol...

Növbədə olan çilingər Əhmədov Sayadulla şikayət üçün Lənkəran RQİİ-nin baş mühəndisi Aqşin Ağayevə dəfələrlə zəng etsə də, onun telefonuna cavab verilməyib. Çilingər məcbur olub öz şəxsi avtomobili ilə Aqşin Ağayevin yaşadığı Yardımlı rayonuna - birbaşa evinə şikayət üçün gedib. Və evində baş mühəndis tərəfdən
təhqir olunub.

Qayıdanda Yardımlı rayon ərazisində idarəetməni itirərək qəza törədib və şəxsi "Niva" markalı avtomaşın
dərəyə yuvarlanıb, Təcili tibbi yardımın dəstəyi ilə xəstə dərhal xəstəxanaya çatdırılıb.

Hal-hazırda xəstənin vəziyyəti kafi kimi qiymətləndirilir.
Qeyd edək ki, Əhmədov Sayadulla 40 ildən artıqdır ki, çilingər peşəsində çalışırdı və 2026 ci ilin yanvar ayında təqaüdə göndəriləcəkdi..."