Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                 

Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Tarix: 19-08-2025, 08:24 | Çap et

Azərbaycan-Rusiya münasibətlərində gərginlik yeni mərhələyə qədəm qoyur. Kremlə bağlı təbliğat ruporları, Dövlət Dumasının deputatları Bakını “xüsusi hərbi əməliyyat” keçirməklə, “Çeçenistanın aqibətini” yaşatmaqla təhdid edirlər. İkitərəfli münasibətlərin 30 illik tarixində ilk dəfədir ki, Azərbaycana qarşı bu cür ritorikadan istifadə edilir.

Bu arada, Rusiya ordusu Ukraynaya qarşı növbəti raket və dron hücumları həyata keçirib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 17-də gecə saatlarında endirilən zərbələr nəticəsində Odessada “Nova Poçta” şirkətinə məxsus terminallardan biri və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi hədəfə alınıb. Hücumdan sonra şəhərdə güclü partlayış qeydə alınıb. Dağıntıların miqyası və itkilər barədə dəqiq məlumat açıqlanmayıb. Qeyd edək ki, bu, Rusiyanın SOCAR-ın Ukraynada yerləşən obyektlərinə ilk zərbəsi deyil. Bundan öncə də həm Odessadakı digər yanacaqdoldurma məntəqələri, həm də Azərbaycanın Ukraynaya qaz nəql edən infrastrukturu Rusiya raket hücumlarının hədəfinə çevrilmişdi. Beləliklə, Moskvanın ardıcıl olaraq Azərbaycan şirkətinə aid obyektləri vurması diqqət çəkir. Musavat.com-a görə, bu zərbələr təkcə hərbi əməliyyatların tərkib hissəsi deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Rusiya açıq şəkildə Azərbaycanı Ukraynaya göstərdiyi enerji və humanitar dəstəyə görə hədəfə alır. Bu yanaşma təkcə hərbi sahədə deyil, informasiya müstəvisində də özünü göstərir. Son günlər Rusiya mediasında və siyasi dairələrində Azərbaycanın ünvanına sərt açıqlamalar səsləndirilir.

Xüsusilə Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanovun son açıqlamaları diqqət çəkib. O, Azərbaycanı Ukraynaya yardımı dayandırmağa çağıraraq, kobud və təhqiramiz ifadələrlə bizi işğalla hədələmişdi. Rusiya məmuru Azərbaycan rəhbərliyini Ukrayna Prezidenti Volodimir Zelenskiyə mənəvi dəstək verməkdə ittiham edib və bunun Rusiyaya qarşı açıq mövqe olduğunu vurğulayıb. Kabanov Moskvanın atmalı olduğu “addımlar” barədə də danışıb. O, Azərbaycan diasporunun Rusiyada iqtisadi təsirini azaltmağı, Qafqazda mövqeləri gücləndirməyi və Azərbaycanın “Dağıstana təzyiq ehtimalına hazırlaşmağı” təklif edib.

Daha sonra isə o, Rusiya adından Azərbaycanı işğal etmək zərurətini söyləyib. Dumanın digər üzvü Qurulev də “dağları aşaraq” Azərbaycanı işğal edə biləcəkləri iddiasını irəli sürmüşdü. Gedişat göstərir ki, Rusiya rəhbərliyi təhdid siyasətini dayandırmaq niyyətində deyil, əksinə, ona yeni çalarlar əlavə edir. Belə bir situasiyada Xəzərdə cari ilin hazırlıq planına əsasən, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirməsi diqqət çəkib.

Məlumata görə, plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.

Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib. Təlimin gedişatını izləyən müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qeyd olunduğu kimi, Xəzərdə Azərbaycan tərəfindən keçirilən hərbi təlimlər əsasən əvvəlcədən hazırlanmış illik və ya çoxillik plan üzrə aparılır. Bu təlimlər həm Dəniz Qüvvələrinin taktiki hazırlığını, həm də su üzərində əməliyyatların, o cümlədən digər qoşun növləri ilə koordinasiyanın yoxlanmasını nəzərdə tutur.

Azərbaycanın enerji infrastrukturuna qarşı şimaldan hədələrin səsləndirildiyi vaxtda Xəzərdə döyüş təliminin keçirilməsi yerinə düşür. Böyük ehtimalla, bu, Moskvada Bakının cavab tədbirlərindən biri kimi qəbul olunacaq.

Xəzər Azərbaycanla sərhəd olan strateji əhəmiyyətli su hövzəsidir. Hərbi təlimlərin vaxtı və intensivliyi, bəzi ekspertlərin fikrincə, rəsmi məqsəddən əlavə, Azərbaycanın hərbi potensialı barədə xəbərdarlıq və mesaj xarakteri daşıya bilər. Tarixi nümunələr göstərir ki, regionda gərginlik artdıqda Rusiya hərbi təlimlər vasitəsilə güc nümayişi edir. Beləliklə, Xəzərdəki təlimlər həm hərbi hazırlığın göstəricisi, həm də Azərbaycanın və qonşu dövlətlərin diqqətinə çatdırılan strateji siqnaldır. Təlimlər zamanı Türkiyənin “Dearsan” şirkəti tərəfindən hazırlanmış və pilotsuz “Salvo” gəmisi hərbi ekspertlər tərəfindən görüntülənib.

Müdafiə Nazirliyinin yaydığı videoda uzaqdan idarə olunan pulemyotlu döyüş qayığının donanmanın digər gəmiləri ilə birlikdə təlim zonasına doğru hərəkət etməsi əks olunub. Türkiyə mənbələrinin məlumatına görə, “Salvo” Dearsanın aparıcı müdafiə sənayesi müəssisələri ASELSAN, ROKETSAN və YALTES ilə əməkdaşlıqda yaratdığı pilotsuz döyüş gəmisidir. Uzunluğu 15 metr, eni isə təxminən 4 metrdir. Mühərrikin növündən asılı olaraq maksimal sürət saatda 80-110 kilometrə çatır. Qayıq ROKETSAN istehsalı olan YALMAN raket sistemini və ASELSAN istehsalı olan 12,7 mm-lik pulemyotu daşımaq qabiliyyətinə malikdir. Pilotsuz qayığı həm sahildən, həm də dəniz platformasından idarə etmək mümkündür. Aydındır ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə potensial rəqiblərin iri hərbi gəmilərinə qarşı dəniz pilotsuz təyyarələrinin potensialını qiymətləndirir və Ukrayna təcrübəsini nəzərə alaraq, dərhal bu yeni silah sistemlərini əldə edib.

Pressklub.az mövzu ilə bağlı təhlilində yazır ki, görünür, Rusiyanın Azərbaycana qarşı təhdidləri Xəzərdə qeyd olunan əməkdaşlığın da sonunu gətirə bilər. Azərbaycanın hədələnməsinin qarşılığında Hərbi Dəniz Qüvvələrinin “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim"ə başlaması Kremlə və dünyaya mesajdır. Azərbaycan şimaldan təhlükə gözləyir və ona qarşı imkanlarını səfərbər etməyə çalışır. Xəzərdə böyük maraqları və yatırımları olan Qərb ölkələri, müttəfiq Türkiyə də Rusiyanın bu hədələrini ciddiyə alıb, Azərbaycana dəstək verməlidirlər.

Siyasi ekspert Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya ilə Azərbaycan arasında silahlı qarşıdırmanın olacağı ağılabatan deyil və buna heç bir ciddi əsas da yoxdur: “Təəssüf ki, Rusiyada olan bəzi məsuliyyətsiz şəxslər, o cümlədən jurnalistlər, deputatlar, istefada olan keçmiş hərbiçilər və s. anti-Azərbaycan ritorikasını nəinki dayandırmır, əksinə, onsuz da yaxşı olmayan münasibətləri daha da korlamağa çalışırlar. Bununla belə, Rusiya ilə Azərbaycan arasında olan bütün dövlətlərarası razılaşmalar qüvvədədir. Rusiya tərəfinin "pomidor sanksiyası"na baxmayaraq, iqtisadi münasibətlər də davam edir. Rusiyanın ərazicə Azərbaycandan 200 dəfədən çox böyük, əhali sayına görə 15 dəfəyə yaxın çox olması ona Azərbaycanın haqlı tələblərinə etinasız yanaşmağa əsas vermir".

S.Məmmədov xatırlatdı ki, Rusiya ərazisində Azərbaycana məxsus sərnişin təyyarəsi vurulub: “Ölkə Prezidenti bir daha ABŞ-yə səfəri zamanı bu ölkənin "Fox News" telekanalına müsahibəsində də qeyd edib ki, “Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür”. Bununla belə, təyyarəmiz Rusiya hava məkanında vurulub və Rusiya vətəndaşları da daxil olmaqla, 38 nəfər sərnişin həlak olub. Rusiya ədalətli araşdırma aparmalı, cinayətkarcasına səhlənkarlıq etmiş şəxsləri istintaqa cəlb etməlı, sərnişinlərə və aviadaşıyıcıya kompensasiya verməlidir. Bunun əvəzinə bəzi media orqanları, deputatlar və s. siyasətçilər və keçmiş hərbçilər anti-Azərbaycan təbliğatı aparır və Azərbaycanı hədələyirlər. Əlbəttə, bu yolverilməzdir və bu ritorikaya son qoyulmalıdır".

O ki qaldı hərbi təlimlərə, siyasi ekspertin fikrincə, bu, plan üzrə həyata keçirilən tədbirlərdir: “Həmçinin Xəzərin Azərbaycan sektorunda istismarda olan yataqların təhlükəsizliyinin təmin olunmasına yönələn təlimlər həmişə olub və olacaq da. Azərbaycan dövlətinin ordumuzun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq üçün həyata keçirdiyi işlər də əvvəlcədən planlaşdırılmış fəaliyyətdir. Xəzər flotiliyası və sərhəd qoşunlarının dəniz hissəsinin texniki təchizatı da bu sıradan həyata keçirlən tədbirlərdəndir”.

Ekspert vurğuladı ki, Azərbaycan bütün qonşularla sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir: “Ermənistanla sülh prosesinin müsbət istiqamətdə inkişafı da məhz Azərbaycan dövlətinin və Prezidentinin səylərinin nəticəsidir. Rusiya hakimiyyəti yaxşı bilir ki, indiyədək heç bir dövlət Azərbaycan dövləti ərazisindən nə hərbi, nə siyasi, nə iqtisadi, nə də idoloji baxımdan heç bir qonşu dövlətə qarşı platsdarm kimi istifadə etməyə imkan verməyib və bundan sonra da verməyəcək. Ona görə də Rusiyanın bəzi media orqanları, siyasətçiləri və ya özünü ekspert adlandıranları ritorikanı dəyişməlidir. Cənubi Qafqazda sülhün bərqərar olunmasında ən böyük səylər Azərbaycan tərəfindən həyata keçirilir. Bu prosesə yardım edənlərə - məsələn, hazırda ABŞ-yə - "çox sağ ol" deyirik. Mane olanlar da bilsinlər ki, niyyətlərinə çata bilməyəcəklər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru