Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elan etdiyi tenderi yekunlaşdırıb.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətinin satın alınması məqsədilə keçirilib. Tender çərçivəsində 70 binada yerləşən 69 tip üzrə cəmi 1 162 mənzilin qiymətləndirilməsi həyata keçiriləcək.
Tenderin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” MMC (VÖEN: 2005567601) olub və şirkətə xidmətlər üçün 9 770 AZN məbləğində ödəniş ediləcək.
Qeyd edək ki, “Açar Qiymətləndirmə Mərkəzi” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Çingiz Qasımov Qurban oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 44, m.45 ünvanında yerləşir.