MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                 

Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Tarix: 19-08-2025, 10:25 | Çap et

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazası avqustun 17-dən 18-nə keçən gecə Odessa vilayətində “Şahed” tipli pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. 

Zərbələr nəticəsində irimiqyaslı yanğın baş verib. Bazadakı bütün 17 yanacaq çəni, nasos stansiyası, operator və çəki otaqları, həmçinin texniki tikililər zədələnib.

Bu ilk hücum deyil…

Qeyd edək ki, daha əvvəl avqustun 6-da Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına zərbə endirmişdi. Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu.

Avqustun 7-dən 8-nə keçən gecə isə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib. Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb.

Bundan əvvəl də, Rusiya tərəfindən oxşar hücumlar təşkil edilib. Məsələn, iyulun 10-da Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Bütün bunlar isə onu göstərir ki, Rusiya hər fürsətdə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmağa çalışır. Bu isə Kremlin Bakıya qarşı düşmənçilik siyasətinin əyani göstəricisidir.

Rusiyanın azərbaycanlılara qarşı hücumları

Ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasını heç birimiz unutmamışıq. Onu da yaxşı xatırlayırıq ki, Rusiya hələ də bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Moskva nə öz günahını etiraf edib, nə də bu işdə əli olanları cəzalandırıb.

Bu ilin fevralında Azərbaycanın bəzi media resurslarına yönələn kütləvi kiberhücumun da arxasında Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupunun dayandığı müəyyən edilib.

Bir müddət əvvəl millət vəkili Azər Badamovun Rusiyada başına gətirilənlər də yaddan çıxa bilməz. Rəsmi tədbirdə iştirak üçün Rusiyaya gedən Azər Badamov Moskvada hava limanında saxlanılıb və ölkədən deportasiya olunub.

İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Ümumilikdə, 50-ə yaxın azərbaycanlı həmin əməliyyat çərçivəsində saxlanılıb. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərirdi. Sonrakı həftələrdə Azərbaycan diasporunun bir neçə üzvü də qondarma ittihamlarla tutulub.

Hitlerizmin 21-ci əsr versiyası

Adolf Hitlerin rəhbərliyi altında nasist Almaniyası almanların ari irq olduğu, digər bütün xalqların isə onların köləsi kimi qəbul edildiyi siyasi konsepsiyanı əsas götürürdü. Hazırda Rusiyanın siyasətinə nəzər saldıqda, oxşar tendensiyanı müşahidə edə bilərik.

Belə ki, Rusiyada təzyiqə, hücumlara məruz qalan təkcə azərbaycanlılar deyil. Orta Asiyadan gələn miqrantlar da oxşar hücumların hədəfindədir. Onlarla xalqımızı birləşdirən ortaq nöqtə isə həmin xalqların da türk və müsəlman olmasıdır.

Məlum olduğu kimi, Rusiyada yüzminlərlə qeyri-türk, müsəlman olmayan miqrantlar da var. Amma onlara “gözün üstə qaşın var” deyən yoxdur. Əgər olsa idi, hazırda baş verənlərə ümumi anti-miqrasiya siyasəti donu geydirmək olardı. Lakin real vəziyyət göz önündədir.

Yəni, Moskvanın gözündə ruslar “ari xalq”, türk-müsəlmanlar isə onların əmrinə müntəzir olan “qullar”dır. Bu isə Hitlerin xəstə ideyalarından heç nəyi ilə fərqlənmir. Hitlerin gözündə yəhudilər nə idisə, Rusiyanın gözündə türk-müsəlman miqrantlar da odur…

Diplomatik məğlubiyyətin qisası?

Göründüyü kimi, Rusiyada türk-müsəlmanlara qarşı sistemli hücumlar reallaşdırılır. Bu isə siyasi sifarişin Kremldən gəldiyinin, daha doğrusu, Moskvanın islomofob, türkofob siyasətinin göstəricisidir.

Bu cür siyasi xəttin açıq şəkildə özünü büruzə verməsi isə Rusiyanın beynəlxalq arenada düşdüyü durumla birbaşa əlaqəlidir. Belə ki, 2022-ci ildə 3 günə Kiyevi alıb, Ukraynada iqtidarın faktiki sahibi olmaq istəyən Rusiya 3 il yarımdır savaşsa da, istədiyi heç bir nəticəyə nail olmayıb. Ötən həftə Putin nəhayət Alyaksa görüşündə ciddi nəticə qazanmağı düşünürdü ki, bu ümidlər də puça çıxdı. Alyaska səmasında Putini qarşılayan “B2”lər hələlik Moskvaya bomba yağdırmasalar da, Rusiyanın nüfuzuna nüvə zərbəsi vurdular.

Beynəlxalq arenada “offside”a düşmüş, sanksiyaların girovuna çevrilmiş Rusiya sanki düşdüyü bataqlıqdan çıxa bilməməyin intiqamını dinc miqrantlardan alır.

Çünki nə NATO-ya güc göstərə, nə də Ukraynanı məğlub edə bilirlər. Rusiyanın gücü ancaq dinc insanlara, miqrantlara çatır. Azərbaycana qarşı düşmənçilik siyasəti apardıqları üçün də soydaşlarımızı daha çox hədəf alırlar.

Ancaq bu heç bir halda Rusiyaya fayda gətirməyəcək. Ona görə də Moskva Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkib, ən qısa zamanda münasibətlərin normallaşdırılmasına çalışmalıdır…

Bizim.Media











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru