" "Azərpoçt"dan şikayətim var. 2-ci dəfədir ki göndərdiyim məktub ünvana çatmır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Başa düşmürəm 1 məktubu neçə dəfə göndərim ya neçə dəfə poçta gedim. 1-inin üstündə tranzaksiya nömrəsi də yoxdu. Qaynar xətt ancaq poçta get deyir.
Nə vaxt bu poçtlar sovet sistemindən çıxacaq? Sarı kağızların içində rütubət iyindən birtəhər olublar..."