Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirdi - FOTO
Tarix: 3-05-2025, 10:32 | Çap et
 Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biri olan qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçılara sağlam məhsulların təqdim olunması məqsədilə, Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələri olan "ARAZ" və "OBA" ilə əməkdaşlıq edən, kərə yağı və süd məhsullarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarlarla “Əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri və qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri” mövzusunda növbəti məhsuldar işçi görüş keçirilib. Görüşdə çıxış edən Qrup CEO-nun qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə 2024-cü il ərzində şirkətin bu sahədə əməkdaşlıq etdiyi tədarükçülərdə aparılmış auditlərin nəticələri, aşkar edilmiş uyğunsuzluqların mahiyyəti, səbəbləri və onların həlli yolları, həmçinin laborator müayinələrə cəlb olunmuş kərə yağı və süd məhsullarının sınaq nəticələri, eləcə də müştəri şikayətlərinin əsas istiqamətləri barədə geniş təhlil təqdim edib. Görüş çərçivəsində iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda yer alan yeni tələblər bir daha izah edilib. Bildirilib ki, qanunun 16.2-ci və 19.3-cü maddələrinə əsasən, qida məhsullarının istehsalı və emalı ilə məşğul olan subyektlər öz obyektlərində təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət sistemini (HACCP) tətbiq etməli və daxili nəzarət sisteminə malik olmalıdırlar. Qanunun 38.6-cı maddəsinə əsasən, kiçik və orta sahibkarlıq subyektləri üçün HACCP sisteminin tətbiqi 2026-cı il mayın 5-dən etibarən məcburi olacaq. Görüşdə məhsul etiketlərindəki uyğunsuzluqların aradan qaldırılması, onların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. İstehlakçının aldanmasının və ya çaşdırılmasının qarşısını almaq, eləcə də insan sağlamlığına zərər vura biləcək riskləri minimuma endirmək məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Müzakirələr qarşılıqlı əməkdaşlıq ruhunda keçib. Yerli istehsalçılarla birgə daha sağlam, təhlükəsiz və etibarlı qida sisteminin qurulması istiqamətində konkret addımlar müəyyən edilib. Görüşün sonunda kərə yağı və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
"DİA-AZ"




|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Dünya bir ovuc tiran tərəfindən viran edilir” – Papadan Trampa cavab
Bu gün, 09:05 |
|
|
|
| • Çin qabaqcıl radiolokasiya komplekslərinin İrana verilməsi imkanını öyrənib - "CBS News"
Bu gün, 08:59 |
|
|
|
| • Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:05 |
|
|
|
| • Yaponiya 2026-cı ildə müdafiəyə rekord həcmdə vəsait ayıracaq
Bu gün, 08:03 |
|
|
|
| • "Azərbaycan bütün təhlükələrə rəğmən "pro-rusiya" olmadı..." - partiya sədri
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-nin Kubaya mümkün əməliyyatı yayındırıcı addımdır - KİV
Bu gün, 07:47 |
|
|
|
| • Həbsdəki sabiq deputat karsa salınıb
Bu gün, 07:36 |
|
|
|
| • "MAHAL MTK" 8 ildir sakinləri süründürür - Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
Bu gün, 07:34 |
|
|
|
| • Təhsilin qarşısıalınmaz EŞQİ MƏHƏBBƏTİ... - Əmrullayev də duruş gətirə bilmədi...
Bu gün, 07:28 |
|
|
|
| • “Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət... - 35 milyonluq mülk necə “əridilib?”
Bu gün, 07:24 |
|
|
|
| • "Gün ərzində 3 dəfə qidalanıram və..."
Bu gün, 07:18 |
|
|
|
| • Ermənistanda bu şəxslər müharibəyə can atır - Görünəni odur ki...
Bu gün, 07:15 |
|
|
|
| • Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
Bu gün, 07:07 |
|
|
|
| • Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? - NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
| • "Məqsəd bölgəyə uzunmüddətli sabitlik və sülhün gətirilməsidir" - deputat
Bu gün, 06:59 |
|
|
|
| • Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:54 |
|
|
|
| • SOCAR-da ibtidai "kağız uçotu" - AXI NİYƏ?..
Bu gün, 06:47 |
|
|
|
| • “Kupça”sız evlərə də sığorta şamil olunacaq? - AKTUAL
Bu gün, 06:37 |
|
|
|
| • Rusiya Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışır - FAKT BUDUR!
Bu gün, 06:36 |
|
|
|
| • Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
Bu gün, 06:34 |
|
|
|
| • Əhalinin borc yükü artacaq: NİYƏ? - Ekspert deyir ki...
Bu gün, 06:28 |
|
|
|
| • Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 06:23 |
|
|
|
| • İsrail atəşkəsə baxmayaraq özünümüdafiə hüququnu saxlayır - Dövlət Departamenti
Bu gün, 06:20 |
|
|
|
| • Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Dünən, 17:49 |
|
|
|
| • Bu telekanal bağlanır - İDDİA
Dünən, 17:01 |
|
|
|
| • Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:59 |
|
|
|
| • “M Bulak” BOKT-un xalis mənfəətində - 2 MİLYON MANATDAN ÇOX AZALMA
Dünən, 16:51 |
|
|
|
| • Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ƏMR
Dünən, 16:47 |
|
|
|
| • ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır
Dünən, 16:45 |
|
|
|
| • ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq edəcək - Den Keyn
Dünən, 16:34 |
|
|
|
| • İran ABŞ-a göz dağı verdi: - Müharibədən sonra on qat artıb
Dünən, 16:30 |
|
|
|
| • Paşinyan rəqiblərinə qarşı hücuma keçdi - ŞOK DETALLAR
Dünən, 16:27 |
|
|
|
| • Satdı, pulunu aldı, indi geri istəyir - Bakıda qalmaqallı əmlak işi
Dünən, 16:25 |
|
|
|
| • "Space" TV-də təcili iclas keçirildi: HALALLIQ İSTƏNİLDİ - "Biz burada olmaya bilərik..."
Dünən, 16:20 |
|
|
|
| • Kinorejissordan Mədəniyyət Nazirliyinə SƏRT ittihamlar - "Belə davam edə bilməz”
Dünən, 16:13 |
|
|
|
| • Həmkəndlisini güllələyən şəxs qərardan narazıdır
Dünən, 16:09 |
|
|
|
| • Agentliyə 10 milyonluq qadağa: - 4 tenderi bir gündə ləğv edildi
Dünən, 16:06 |
|
|
|
| • ABŞ hərbçilərinin İsfahana sızma əməliyyatı - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • “Azərbaycanda ən səmimi aparıcı Elgizdir” - Sərxan Kərəmoğlu
Dünən, 16:01 |
|
|
|
| • Erməni malları Azəbaycan mağazalarında: Siyahıda nələr var? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
| • İran öz xalqı ilə atəşkəs etməyib - İbadi
Dünən, 15:54 |
|
|
|
| • “Azercell” 60 manata görə abunəçisini məhkəməyə çəkdi - MƏHKƏMƏ İSƏ...
Dünən, 15:52 |
|
|
|
| • İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək
Dünən, 15:46 |
|
|
|
| • Anar Məmmədxanov mənə “Moruq” deyirdi - “Bacanaqlar”ın “Qismət”i
Dünən, 15:41 |
|
|
|
| • Mərkəzi Bank “Finoko” BOKT-u cərimələyib
Dünən, 15:40 |
|
|
|
| • Korovinin kürəkənindən Günel Şahmalıqızına: “nə olsun ki, şəhid qızısan?”... - “Kimə və hara istəyirsən, müraciət et”
Dünən, 15:36 |
|
|
|
| • Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib - FOTO
Dünən, 15:32 |
|
|
|
| • "Çalışın bu bankdan kənar durun!.." - MÜRACİƏT
Dünən, 15:30 |
|
|
|
| • Məşhur Məmmədova bağlı olduğu deyilən şirkətə 138 min manatlıq SİFARİŞ
Dünən, 14:39 |
|
|
|
| • Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR
Dünən, 14:37 |
|
|
|
|