Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                 

Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Tarix: Bu gün, 09:47 | Çap et

“Fars” agentliyində dərc olunan məqalədə bildirilib ki, cənub marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran ölkənin şimalı və Xəzər dənizi vasitəsilə xarici ticarəti inkişaf etdirmək imkanlarını araşdırır.

Nəşr yazır ki, bu şəraitdə bəzi ekspertlərin “Xəzər Ekspresi” adlandırdığı yol xüsusilə vacibdir. Bu, İranı şimal limanları vasitəsilə Rusiyaya və daha sonra Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirə biləcək və ölkənin cənub ticarət yollarından asılılığını qismən azaldacaq bir yoldur.

Xəzər dənizinin həmçinin Rusiya və Qazaxıstandan zəruri malların, taxılın, kənd təsərrüfatı məhsullarının, ağacın və xammalın idxalı, eləcə də İranın kənd təsərrüfatı, sənaye və tikinti məhsullarının ixracı üçün vacib bir marşruta çevrilə biləcəyi vurğulanıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, sentyabrda Tehranda Xəzəryanı ölkələrin 7-ci Zirvə görüşü keçiriləcək:

“Zirvənin əsas məqsədi Xəzərdə təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi olacaq. ABŞ-İran və Rusiya-Ukrayna müharibələri fonunda ənənəvi qlobal enerji və nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin məhdudlaşdırılması bütün tərəfləri təhlükəsiz alternativ axtarmağa vadar edir. Bu vəziyyət həm Şərq-Qərb dəhlizində yer alan Orta Dəhliz üçün, həm də Şimal-Cənub dəhlizi üçün əhəmiyyət daşıyan Xəzərin təhlükəsizliyi məsələsini ön plana çıxarır. İran Hörmüzdəki blokada şəraiti ilə əlaqədar Xəzəryanı dövlət olaraq bu dənizin əvvəlki dövrlə müqayisədə daha aktiv istifadəsinə yönəlməkdədir. Başqa sözlə Xəzər İranın təhlükəsizlik siyasətinə inteqrasiya olunmağa başlayıb. Bu, təbii ki, digər Xəzəryanı ölkələrlə müzakirələri və əməkdaşlığı şərtləndirir. Xatırlatmaq olar ki, iyulda Xəzərdə İran gəmiləri Rusiyaya hərbi təchizat daşıması iddiası ilə Ukrayna tərəfindən vurulmuşdu. Ondan öncə isə mart ayında İsrail İranın Xəzərdəki ən iri limanı Ənzəlini hədəf almışdı. Bu fonda həm İran, həm də Rusiya, həmçinin Qərb və Çin Xəzərin qlobal enerji və nəqliyyat dəhlizi, o cümlədən alternativ marşrut olaraq strateji əhəmiyyətinin artdığını dərk edir və qorunmasına çalışır. Bu isə tərəfləri Xəzər üzərində konfrontasiyaya deyil, əməkdaşlığa sövq edir”.

Siyasi şərhçinin sözlərinə görə, İran “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı imzaladıqdan 8 il sonra, məhz keçiriləcək Zirvə görüşü ərəfəsində ratifikasiya olunması üçün parlamentə təqdim edib:

“2018-ci ildə imzalanan Konvensiyaya qədər Xəzərin statusu məsələsində tərəflər arasında uzun illər davam edən mübahisə olub. İran və Türkmənistan Xəzərin statusunun göl kimi müəyyən olunmasını, dibinin beş bərabər sektora bölünməsini və özlərinin Xəzərin dibində 20% paya sahib olmasını tələb edirdilər. Halbuki 1935-ci ildəki SSRİ-İran razılaşması əsasında Astara-Həsənqulu xətti üzrə İran Xəzərin təqribən 12% hissəsində pay sahibi idi. SSRİ-nin dağılmasından sonra Xəzərin müstəqil dövlətlər arasında bölünməsi İrana yeni iddialar qaldırmaq üçün bəhanə oldu. Əslində, 2018-ci ildə əldə olunan konvensiya tərəflərin pay məsələsini həll etmir və dəniz sularında delimitasiya hələ də aparılmayıb. Bununla belə, dəniz statusunun qəbul olunması İranın faktiki olaraq 20%-lik iddiasından imtina etməsi deməkdir. İranın pay bölgüsünə dair hər hansı rəsmi iddiası yoxdur. Bəhs olunan konvensiya daha çox Xəzərdə təhlükəsizlik, üçüncü tərəflərin hərbi mövcudluğunun rədd edilməsi, sahilyanı dövlətlərin əməkdaşlığı, ticarət sərbəstliyi kimi məsələləri təsbit edir. Bu məsələlər indiki dövrdə xüsusilə mühüm əhəmiyyət kəsb edir”.

Ş.Cəlilzadə qeyd edib ki, İran və Rusiyanın Xəzər üzərində əməkdaşığa yeni qapı açması tərəfləri maraqlandıran qlobal layihələri daha təhlükəsiz şəraitdə həyata keçirməyə imkan verə bilər:

“Trans-Xəzər layihələrinin inkişaf etdirilməsi yeni geosiyasi potensialı özündə daşıyır. Nəticə olaraq, Xəzərin bütün tərəflərin maraqlarına xidmət edən sülh və əməkdaşlıq dənizi olması qlobal enerji və nəqliyyat-logistika təhlükəsizliyi baxımından həyati önəm daşıyır və bu, sahilyanı dövlətlərin əməkdaşlığını vacib faktora çevirir. Konvensiyanı indiyədək yeganə ratifikasiya etməyən İran idi ki, o da Xəzərdəki geosiyasi reallıqları qəbul edərək sənədi ratifikasiya edərsə, bu, tərəflərin ortaq fayda üçün əməkdaşlıq niyyətinin artıq tam formalaşdığını göstərmiş olacaq. Lakin rəsmi açıqlamalar onu göstərir ki, İran Konvensiyanı ratifiksiya etməyə tələsmir, prosesi sürətləndirməyə çalışmır. Bu isə, İran siyasi sisteminin radikal qüvvələrinin potensial iddialarının qaldığı, lakin hazırki mərhələdə İran üçün təhlükəsizlik və əməkdaşlıq məsələlərinin prioritet olması ilə bağlı ola bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünən, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Dünən, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Dünən, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru