Ermənistanda Nikol Paşinyanın Azərbaycana mümkün səfəri ilə bağlı sərt fikirlər səslənməkdə davam edir.
Musavat.com xəbər verir ki, Erməni ictimai fəalı Alen Qulyan sosial şəbəkə paylaşımında Nikol Paşinyanın Azərbaycana mümkün səfərini tənqid edib.
Qulyan yazıb ki, Paşinyan təkcə Bakıya getməyəcək, həm də Xocalı abidəsi önündə diz çökəcək, Şəhidlər xiyabanında baş əyəcək və ümummilli lider Heydər Əliyevin məzarı önündə göz yaşları axıdacaq.
Qulyan bildirib ki, belə bir addım Ermənistan cəmiyyətinin bir hissəsi tərəfindən tarixi uğur kimi təqdim olunacaq və hakimiyyət tərəfdarları bunu böyük coşqu ilə qarşılayacaqlar.
Onun sözlərinə görə, artıq belə bir ssenarinin mümkünlüyünə şübhə ilə yanaşanların sayı xeyli azalıb.








