İşsizlikdən Naxçıvanı tərk edənlərin İstanbul ümidləri də puça çıxır. Orada iş tapa bilməyən naxçıvanlılar pulsuzluqdan günlərlə ac-susuz qalır, avtovağzallarda və ya məscidlərdə gecələməli olurlar.
Buna səbəb kimi son dövrlər Türkiyənin özündə də işsizlik səviyyəsinin artması göstərilir. Naxçıvan sakinlərinin bildirdiyinə görə, əvvəlki kimi iş tapmaq artıq mümkün deyil.
Naxçıvanda iki ildir işsiz qalan Şərur rayon sakini Cavid Nemətov deyir ki, Türkiyəyə ümidsizlikdən gedib:
“Birtəhər yolpulu tapıb dostumla oraya getdik. Tanış-bilişdən nə qədər iş soraqlaşsaq da nəticəsi olmadı. Çoxu dedi ki, iş yerlərimiz bağlanıb, biz də gözləyirik. 2 gün gecələr avtovağzalda yatdıq, gündüzlər isə ac-susuz iş axtarmalı olduq. Tapa bilmədik. Avtovağzalda gecələdiyimizi,ac-susuz qaldığımızı görən avtobuz sürücüləri, İğdıra qayıtmağımıza kömək etdilər.Oradan da Naxçıvan maşınlarından xahiş etdik, Naxçıvana qayıtdıq. Öz yerimizdə iş olsa, biz nədən başq yerlərə getmək fikrinə düşməli, niyə gedib küçələrdə qalmalıyıq?”
İstanbul avtovağzalında işləyən Ömər Balaban da deyir ki, son vaxtlar iş dalınca gəlib çətin vəziyyətdə qalan naxçıvanlılara tez-tez rast gəlinir:
“Burada da uyğun iş tapmaq çətinləşib. Qiymətlər bahalaşıb. Naxçıvanlılar iş dalınca gəlib, tapa bilmirlər. Geri qaytmaq üçün də pulları olmur. Ya aburada avtovağzalda gedcələyirlər, ya da məsçidlərdə.
Yaxşı ki, insanlıq ölməyib. Ara-sıra yaxşı insanlar ac qalmamaları,, geri qaytmalarına yardım edirlər. Bizim üçün də çətin olur. Sürcülərdən xahiş edib, bilet almadan yola salırıq. Ac qalmasınlar deyə, dostlarla köməkləşib yeməkpulu da düzəldib veririk. Son bir həftədə 3-4 nəfəri geriyə yola salmışıq. Yaxşı olar ki, qardaş ölkə də öz vətəndaşlarını nəzərə alsın. Öz yerlərində işləmələrinə şərait yarasın.”
"Gündəlik Naxçıvan"









