“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                 

Bu da Sahil Babayevin TENDER HOQQASI: Maliyyə nazirimizi Səxavət Səfərova NƏ BAĞLAYIR? - obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində
Tarix: 9-04-2026, 11:13 | Çap et

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Emil Vidadi oğlu Orucov ilə 97.200 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib. Müqavvilənin müddəti 01.04.2026-cı ildə başlayır, 01.04.2027-ci ildə bitir.

Şərlər toplusuna görə ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 450 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 5 – 6 otaq və hər mərtəbədə 1 mətbəx və minimum 2 sanitar qovşağı olmalıdır. Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır. Ofis sahəsində 1 sürətli sərnişin lifti olmalıdır. Minimum 3 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır. Ofis sahəsində 24 saat isti və soyuq su ilə təminat mövcud olmalıdır. İnzibati binanın ofis sahəsinə aid şüşə və fasad hissələrinin yuyulması ildə 2 dəfədən az olmamaqla təmin edilməlidir. Təklif olunan sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq Zona 4, Zona 5, Zona 6 (Zona 6.1,6.2,6.3), Zona 7-dən təklif edilməlidir. Ofis sahəsinin icarə 12 ay üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ofis icarəsi xidmətinin satınalınması üzrə bir müqavilə də 24.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 97.200 manat təşkil edib.

Xatırladaq ki, fiziki şəxs Emil Vidadi oğlu Orucov ictimaiyyətə son illərdə barəsində yayılmış məlumatlardan tanışdır. Belə ki, fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat dəyərində.

Aktualinfo-nun hələ iki il əvvəl apardığı araşdırmada məlum olmuşdu ki, Emil Orucov uzun müddət təhsil sistemində çalışmış, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-2024-cü iilərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru olmuş Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü?

Əldə etdiyimiz ən son məlumatlara görə fiziki şəxs Emil Vidadi oğlu Orucovun icarəyə verilən obyektlərlə heç bir bağlılığı yoxdu. Sözügedən obyektlər əslində “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərova məxsusdur. Əldə etdiyimiz məlumata görə Səxavət Səfərovla Kollec direktoru olmuş Vidadi Orucov qudadırlar. Səxavət Səfərov da ona məxsus obyektlərin bir neçəsini Emil Orucovun adına rəsmləşdirib.

Yuxarıda qeyd etdiyimizdən də göründüyü kimi Emil Vidadi oğlu Orucov 2020-2024-cü illərdə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat dəyərində müqavilə bağlayıb.

Satınalmaların portalında 01.10.2024-cü ildə dərc edilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati binanın icarəsinin satın alınması üzrə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 2.752.453 manat dəyərində müqavilə bağlayıb. Müqavilənin müddəti 01.10.2024-cü ildən 01.08.2027-ci ilə nəzərdə tutulub.

Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi (DOST İş Mərkəzi) isə 06.11.2020-ci ildən 24.07.2024-cü ilə qədər fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla ümumi dəyəri 2 398 867 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Burada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla bağladığı müqaviləni xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 31.03.2026-cı ildə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 1.073.010 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov hazırda “Kia Motors Az” MMC-nin qanuni təmsilçisidir. Yuxarıda qeyd etdiyimiz kimi “Kia Motors Az” MMC-nin əsl sahibi Səxavət Səfərovun oğludur. Fiziki şəxs kimi Bakı şəhəri, Xətai rayonu, Y.Səfəroğlu, ev 35, mənzil 19 ünvanında vergi uçotuna alınıb.

Qeyd edək ki Prezident İlham Əliyevin 6 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə Sahil Babayev təyin edilib. Xatırladaq ki, Sahil Babayev 21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.

Göründüyü kimi Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduqda sözügedən nazirliyə tabeli qurumlar, Maliyyə naziri vəzifəsinə keçdikdən cəm iki ay sonra isə Əşrəf Səfərovla icarə müqavilələri bağlayıb. Bu heç də bir təsadüfə oxşamır və Sahil Babayevlə sahibkar Səxavət Səfərov arasında işbirliyidir.

Qeyd edək ki, iki gün əvvəl medianın yaydığı məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.

Odur ki, aidiyyatı qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlar tərəfindən bağlanan icarə müqavilələrini də ciddi yoxlasalar dövlət vəsaitlərinin haralara yönəldildiyi də bəlli olar.

Aktualinfo.net









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru