Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106 ünvanında yerləşən binada 25 martdan istilik sisteminin verilməsi dayandırılıb. Bu barədə "DİA-AZ"a həmin binada yaşayan sakinlər gileylənir.
Narazı vətəndaşların etiraz dolu müraciətində deyilir:
"Azəristiliktəchizat ASC ilə əlaqə saxlamaq mümkün deyil, amma sonra 62 manatlıq qəbz gətirəcəklər...
Bildiyimizə görə, istilik 15 aprelədək təmin olunmalıdır. Xahiş edirik, bu məsələni araşdırın..."








