Əsas Səhifə > Manşet / Siyasət > Sonra da əllərində 62 manatlıq çeklə gələcəklər ki...

Sonra da əllərində 62 manatlıq çeklə gələcəklər ki...


31-03-2026, 06:27

Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106 ünvanında yerləşən binada 25 martdan istilik sisteminin verilməsi dayandırılıb. Bu barədə "DİA-AZ"a həmin binada yaşayan sakinlər gileylənir.

Narazı vətəndaşların etiraz dolu müraciətində deyilir:

"Azəristiliktəchizat ASC ilə əlaqə saxlamaq mümkün deyil, amma sonra 62 manatlıq qəbz gətirəcəklər...

Bildiyimizə görə, istilik 15 aprelədək təmin olunmalıdır. Xahiş edirik, bu məsələni araşdırın..."


Geri qayıt