Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu .....                     100 dollarlıq neft dolların taleyini həll edəcək: .....                     Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal .....                     ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb .....                     “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı .....                     Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... .....                     Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB .....                     Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş .....                     Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı .....                     Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI .....                     Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                 

Obyektlərini Ədliyyə nazirliyinə icarəyə verən fiziki şəxslər əslində kimlərdir - İLGİNC FAKTLAR
Tarix: 12-02-2026, 10:50 | Çap et

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bir mənbədən satınalma metodu tətbiq etməklə Bakı şəhərində və bölgələrdə yerləşən bəzi tabeli qurumlara icarə xidmətinə dair satınalmaların nəticələrini açıqlayıb. Məlumatlar dövlət satınalmalarının portalında 11.02.2026-cı ildə dərc edilib.

Mediada yayılan məlumatlara görə Ədliyyə Nazirliyinin icarə xidmətinin satınalması üzrə müqavilə bağladığı fiziki şəxs Mahmudova Təranə Abid qızı (VÖEN – 1405433592) Baş nazirin sabiq müavini Abid Şərifovun qızıdır. Ədliyyə Nazirliyi Binəqədi rayon icra şöbəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən, ümumi sahəsi 340,2 m² olan qeyri-yaşayış binasını icarəsi üçün xanım sahibkara 34.800 manat ödəyəcək.

Medianın məlumatlarına görə Təranə Mahmudova eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Abid Şərifovun qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “Güvən 2017” MMC-lərin, həmçinin Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktoru da olub.

Ədliyyə Nazirliyi ilə icarəsi xidmətlərinin satınalınması üzrə müqavilə bağlamış bəzi fiziki şəxslər ətrafında ətraflı araşdırmalar apardıq. Məlum oldu ki, onlar heç də sıradan şəxslər deyil, bəziləri sahibkar, bəziləri isə keçmiş məmurların övladlarıdır. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Ədliyyə Nazirliyi Yevlax rayon icra və probasiya şöbəsi üçün Yevlax şəhəri, Zərdabi küçəsi, 1V ünvanında yerləşən, ümumi sahəsi 131,61 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Hüseynov Şahin Elbrus oğlu ilə 14.400 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Fiziki şəxsin vergi ödəyicisi kimi VÖEN-i yoxdur.

Apardığımız araşdırma zamanı məlum oldu ki, fiziki şəxs Şahin Hüseynov İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri olmuş Elbrus Hüseynovun oğludur. Xatırladaq ki, Aran Regional Bölməsi Yevlax şəhərində yerləşir. Elbrus Hüseynov uzun müddət bu bölməyə rəhbərlik edib. Medianın 22.09.2020-ci ildə yaydığı məlumata görə İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri Elbrus Hüseynov vəzifəsindən azad edilib.

Ədliyyə Nazirliyi Sabirabad rayon icra və probasiya şöbəsi üçün Sabirabad şəhəri H.Əliyev pr.106A ünvanında yerləşən, ümumi sahəsi 271,3 olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Əsgərov Vasif Əfras oğlu ilə 28.800 manat dəyərində satınalma müqaviləsi bağlayıb.

Fiziki şəxs Əsgərov Vasif Əfras oğlu (VÖEN: 6800950232) vergi ödəyicisi kimi 26.01.2026-ci ildən kiçik sahibkar kimi dövlət qeydiyyatına alınıb. Sabirabad rayonun Zəngənə kəndində daimi qeydiyyatdadır.

Vasif Əsgərov Sabirabad rayonunda fəaliyyət göstərən fermer Əfras Əsgərovun oğludur. Qeyd edək ki, Əfras Əsgərov pambıqçılıq təcrübəsi böyük olan, hər il yüksək məhsuldarlıq əldə etməyi ilə tanınan fermerlərdəndir. Kənd Təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonuna 2019-cu ildə etdiyi səfərdə fermerlə görüşmüşdü.

Ədliyyə Nazirliyi Göyçay RƏİ və Göyçay rayon icra və probasiya şöbəsi üçün Göyçay şəhəri, H.Əliyev pr.30 ünvanında yerləşən, ümumi sahəsi 750,1 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Muradov Azad Əzim oğlu ilə 69.600 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Fiziki şəxs Azad Muradov həm də “ATF” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Göyçay rayonunda yerləşən ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Muradov Azad Əzim oğludur.
Muradov Azad Əzim oğlu (VÖEN: 6001208102) vergi ödəyicisi kimi 28.02.2019-cu həm də fiziki şəxs kimi dövlət qeydiyyatına alınıb. Göyçay rayonu Potu kəndində daimi qeydiyyatdadır.
Ədliyyə Nazirliyi Göygöl rayon Məhkəməsi üçün Göygöl şəhəri S.Vurğun küçəsi 45A ünvanında yerləşən, ümumi sahəsi 945,1 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Seyidov Sabir Arif oğlu ilə 36.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Fiziki şəxsin vergi ödəyicisi kimi VÖEN-i göstərilmir.
Fiziki şəxs Sabir Seyidov 23 fevral 2006-cı ildən 22 may 2020-ci ilə qədər Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Arif Seyidovun oğludur. Onun Göygöl rayonuna 14 illik rəhbərliyi dövründə heç də müsbət səciyələndirilmir. Hələ başçı işlədiyi dövrdə Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyat sürməsini əks etdirən fotolar sosial şəbəkələrdə və mediada müzakirə obyektinə çevrilmişdi.

Ədliyyə Nazirliyi Gəncə Kommersiya Məhkəməsi üçün Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 104 ünvanında yerləşən, ümumi sahəsi 407,4 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Orucov Bəxtiyar Əbülfəz oğlu ilə 60.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb.

Bəxtiyar Orucov 2021-ci ilə qədər Gəncə Telekommunikasiya İdarəsinin rəisi olmuş Əbülfəz Orucovun oğludur.

Fiziki şəxs Orucov Bəxtiyar Əbülfəz oğlu (VÖEN: 2301508422) vergi ödəyicisi kimi 22.11.2010-cu ildən kiçik sahibkar kimi dövlət qeydiyyatına alınıb. Gəncə şəhəri Vəlu Xuluflu ev 102 ünvanında daimi qeydiyyatdadır. Vergi ödəyicisi kimi passiv durumdadır. Buna baxmayaraq 05.03.2025-ci ildə Ədliyyə Nazirliyi ilə icarə xidmətinin satın alınması üzrə 60.000 manat dəyərində müqavilə bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi obyektlərini Ədliyyə Nazirliyinin qurumlarına icarəyə verən şəxslər heç də sıradan şəxslər deyil, hamısı sabiq məmurların övladlarıdır. Təbii ki, Ədliyyə Nazirliyi icarə müqavilələrini qanun çərçivəsində bağlayıb. Amma bu obyektlərin sahibi olan məmur övladları onları hansı yollarla əldə edərək leqallaşdırıb, o ciddi suallar doğurur.

Aktualinfo.net









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Bu gün, 17:30
100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Bu gün, 17:28
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Bu gün, 17:26
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Bu gün, 17:23
“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Bu gün, 17:18
Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Bu gün, 17:16
Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Bu gün, 17:14
Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Bu gün, 17:10
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Bu gün, 17:01
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Bu gün, 16:58
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru