"Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                 

QHT sektorunda YEYİLƏN BÜDCƏ PULLARI... - Buralara nəzarət edən yoxdursa...
Tarix: 14-01-2026, 05:42 | Çap et

Dövlət büdcəsi hesabına maliyyələşən qrant layihələri cəmiyyət üçün yalnız qısa müddətli tədbirlər, seminarlar və hesabatlarla yekunlaşmamalı, ciddi təsir imkanlarına və davamlılığa malik olmalıdır. Bu layihələrin əsas məntiqi davamlı dəyişiklik yaratmaq, yəni layihə başa çatdıqdan sonra da onun təsiri qalmalıdır. Əks halda qrant, sadəcə vaxtı bitən bir kampaniyaya çevrilir.

Təəssüf ki, bu gün Azərbaycanda QHT-lərin böyük əksəriyyətinin həyata keçirdiyi qrant layihələri vaxtı bitən tədbir kimidir. Layihə bitdi, onun davamlılığına nəzarət yoxdur.

Bu gün vətəndaşlarımızın verdiyi vergilərdən formalaşan büdcə əsasında ayrılan qrantların taleyi yalnız aidiyyəti qurumları deyil, eləcə də bütün cəmiyyəti düşündürməlidir.

Apardığımız müşahidələrdən və əldə etdiyimi konkret faktlardan da görürük ki, bu gün əksər qrant layihələri real dəyişiklikl yaratmır, keyfiyyət və davamlılıq yoxdur.

Davamlılıq ona görə vacibdir ki, dövlət vəsaiti bir neçə günlük effekt üçün deyil, uzunmüddətli ictimai fayda üçün xərclənir. Əgər layihənin nəticələri maliyyələşmə dayanan kimi yoxa çıxırsa, bu zaman nə sosial problem həll olunur, nə də dövlətin ayırdığı vəsait öz məqsədinə çatmış sayılır. Davamlılığı olmayan layihə ideya baxımından da məna itirir: o, problemin həllinə deyil, yalnız müvəqqəti görüntü yaratmağa xidmət edir.

Belə bir məqamda sual yaranır: qrantlar real dəyişiklik yaradırmı, yoxsa sadəcə hesabat üçün icra olunan formal fəaliyyətlər toplusudur?

Dövlət büdcəsi hesabına maliyyələşən qrant layihələrinin əsas məqsədi yalnız birdəfəlik tədbirlər keçirmək deyil, uzunmüddətli sosial fayda yaratmaqdır. Lakin mövcud mənzərə göstərir ki, bu layihələrin böyük hissəsi davamlılıq baxımından ciddi suallar doğurur.

Pafoslu hesabatlar, zəif nəticələr:

Diqqət etmisinizsə, rəsmi çıxışlarda və yekun hesabatlarda tez-tez "kəmiyyət", "səmərəlilik" və "geniş təsir imkanları" kimi ifadələr səsləndirilir. Rəqəmlər çoxdur, tədbirlərin sayı boldur, təqdimatlar parlaqdır. Amma sual sadədir: bu layihələr başa çatdıqdan sonra nə qalır?

Əksər hallarda cavab məyusedicidir. Layihə bitir, maliyyələşmə dayanır və onunla birlikdə bütün fəaliyyət faktiki olaraq yox olur. Nə institusional yaddaş formalaşır, nə də real dəyişikliklər davam edir.

İşləməyən saytlar – simvolik problem:

Bu vəziyyətin ən aydın göstəricilərindən biri layihələr çərçivəsində yaradılmış internet resurslarıdır. Bir zamanlar təqdim olunan, açılışları təntənə ilə keçirilən saytların böyük hissəsi bu gün ya tamamilə fəaliyyətsizdir, ya da illərdir yenilənmir.

Bu saytlar təkcə texniki məsələ deyil. Onlar layihələrin davamlılığının, ictimaiyyətə hesabatlılığının və real təsirinin göstəricisi olmalı idi. Yenixeber.org olaraq bu istiqamətdə apardığımız araşdırmalarla məlum olur ki, bir çoxu büdcə vəsaitinin qısamüddətli formal nəticələrə xərcləndiyini göstərən səssiz sübutlara çevrilib.

Konkret faktlardan bir neçəsini təqdim edirik:

Məsələn: 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən “Qərbi Azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı Virtual Muzeyin yaradılması” layihəsi icra olunub. Sonda təntənəli mərasim keçirilib və virtual muzey sayılan “deport.az” saytı təqdim edilib. Lakin, bu gün ölkəmiz üçün prioritet məsələlərdən birincisi olan Qərbi Azərbaycanla bağlı bu cür layihələrə biganə yanaşılır və davamlılığına heç bir nəzarət həyata keçirilmir. Artıq xeyli vaxtdır saytın “hosting” pulu ödənilmədiyi üçün fəaliyyət göstərmir. Sübut üçün saytın görüntüsünü də təqdim edirik.


Digər bir sayt nümunəsini də göstərmək istəyirik. Orada isə sayt layihə maliyyələşməsi bitdikdən bir müddət sonra yenilənməyib.

Məsələn: 2022-ci il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” qrant müsabiqəsi çərçivəsində “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi “loveshusha.com” saytı yaradıb. Lakin sayta ən son material 2 iyun 2023-cü ildə qoyulub. Faktiki olaraq sayt yenilənmir.

Təkcə sayt layihələri deyil, təlim, seminar, film çəkilişi layihələrində də bənzər problemlər çoxdur.

Bu problemlərin kökündə əsasən yanaşma dayanır. Çünki, qrant mexanizmi layihələrin sayına üstünlük verir, ölçüləbilən, lakin dərinliyi olmayan göstəriciləri önə çəkir və davamlılıq planlarını formal sənəd kimi qəbul edir.

Nəticədə icraçılar əsas diqqəti real təsirə deyil, hesabat üçün lazım olan rəqəmlərə yönəldir. Bu isə həm dövlət vəsaitinin səmərəliliyinə, həm də ictimai etimada zərbə vurur.

Nə dəyişməlidir?

Tənqid yalnız problemi göstərmək üçün deyil, həll yollarını müzakirə etmək üçün vacibdir.

Qrant layihələri yalnız kağız üzərində və təqdimat slaydlarında qalırsa, deməli problem maliyyədə yox, yanaşmadadır. Davamlılıq olmadan isə heç bir layihə real ictimai dəyər yarada bilməz.

Odur ki, dövlət büdcəsindən ayrılan qrant layihələrində davamlılıq əsas qiymətləndirmə meyarlarından biri olmalı, layihə bitdikdən sonra real təsirin monitorinqi aparılmalı və işləməyən məhsullar (saytlar, platformalar və başqaları) üçün məsuliyyət mexanizmi yaradılmalıdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və digər donor institutları belə məsələlərdə obyektiv yanaşma sərgiləmədikləri və maraqlı tərəf olduqları üçün, nəzarət mexanizmi başqa quruma həvalə edilməlidir.

Əks halda pafoslu çıxışlar davam edəcək, amma cəmiyyəti eyni sual düşündürəcək: qrant layihələri bizə nə verdi?

Yenixeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru