"Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                 

Dövlət–vətəndaş etimadını sarsıdanların "Azəriqaz" nümunəsi - AXI NİYƏ?
Tarix: 3-01-2026, 12:26 | Çap et

Son bir neçə gündür "Azəriqaz" rəhbərliyinin etinasızlığı vətəndaşlarda soyuq duş effekti yaratdı. Ona görə yox ki, insanlar ilk dəfə idi belə münasibətlə rastlaşırdılar. Onsuz da əksər dövlət qurumları cəzasızlıq mühitindən istifadə edərək bürokratik fəaliyyətlərini davam etdirir. Amma “Azəriqaz” İB-nin sayğac və smart kartlarla bağlı yeni il ərəfəsində xalqa “hədiyyəsi” əslində bu sahədə vəziyyətin nə qədər dəhşətli hal aldığından xəbər verir. “Soyuq duş” dedikdə o başa düşülməlidir ki, əhali daha sərt münasibətlə qarşılaşır və bu, adi hal kimi dövriyyəyə daxil olur.
Son aylarda TƏBİB-in və Səhiyyə Nazirliyinin ayrı-ayrı qurumlarında çalışan şəxslərin davranışları, Röyanın Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təntənəli qarşılanması, son smart kart olayları ölkə üçün yaxşı heç nə vəd etmir. Bu, onu deməyə əsas verir ki, kadrlarda və onların idarəçiliyində ciddi qüsurlar var. Bu mənada dövlət başçısının zəfər tonu ilə bir sıra məmurların fəaliyyətindəki uğursuzluq özünü qabarıq şəkildə büruzə verir. Ümumiyyətlə, müvafiq strukturların bu yanaşması nə ilə izah edilir? Nə üçün insanlar süründürməçiliklə üzləşir, bir çox qurumlar DTX, DİN kimi hadisələrə, müraciətlərə operativ reaksiya vermir? Müşahidələr göstərir ki, məsələ təkcə fərdi məsuliyyətsizlik deyil. Burada bir neçə əsas struktur səbəblər də var. Belə ki, bir çox qurumlarda məmur öz fəaliyyətinə görə real cavabdehlik hiss etmir. Şikayətlərin nəticəsiz qalması, intizam tədbirlərinin formal xarakter daşıması bu laqeydliyi daha da dərinləşdirir. Rəqəmsallaşma və islahat çağırışlarına baxmayaraq, bir çox strukturlar hələ də sovet dövründən qalma bürokratik düşüncə ilə işləyir: vətəndaş xidmət alan tərəf deyil, sanki "xahiş edən" mövqeyindədir. Ona görə də Prezident Administrasiyası və digər mərkəzi icra strukturlarında qəbul edilən qərarların yerlərdə icrası çox vaxt ya ləngiyir, ya da tamamilə formal icra olunmur. Bu isə vətəndaşlarda haqlı narazılıqlara səbəb olur. Dövlət-vətəndaş münasibətləri təhlükə riskinə daxil olur. Məsələnin ən xoşagəlməz və qorxulu tərəfi budur ki, problemlər getdikcə qabarır, hətta ən yuxarı instansiyalar belə bu kimi hallara qarşı sükut nümayiş etdirir. Doğrudur, Prezident dəfələrlə müvafiq situasiyalarda məsələlərə sərt reaksiya verib, onun göstərişlərinə uyğun olaraq problemin səbəbləri və həll edilməməsi məsələləri detallarına qədər müəyyən edilib. Amma hər dəfə dövlət başçısından reaksiya gözləmək, təşəbbüslərlə çıxış etməmək kimi dövlət qurumlarında ciddi “xəstəlik” yaranıb. Çox yaxşı olardı ki, bu dövlət qurumları, xüsusən də TƏBİB, “Azəriqaz”, Səhiyyə, Elm və Təhsil, Mədəniyyət nazirlikləri, ucra hakimiyyətləri, AMEA kimi elmi müəssisələr ölkənin bir sıra güc strukturlarının, xüsusən DTX və DİN kimi qurumların fəaliyyətini nümunə kimi götürərdilər.
Hər kəsə bəllidir ki, bu güc qurumları əsasən fövqəladə, təhlükəsizlik və ictimai asayişlə bağlı məsələlərdə olduqca çevik fəaliyyət göstərir. Lakin digər dövlət qurumlarına bu sözləri aid etmək olmaz. Çünki hər birimiz belə hallarla dəfələrlə qarşılaşırıq. Vətəndaş müraciətləri qulaqardına vurulur, məmur özbaşınalığı və ya sosial xarakterli problemlər ciddi qəbul edilmir. Görünən odur ki, ölkədə hələ də belə hesab edirlər ki, təhlükəsizlik yalnız xaricdən gələn təhdidlərlə bağlıdır. Sosial ədalətsizlik isə dövlət üçün risk hesab edilmir. Tamamilə yanlış bir fikirdir. Bu yanaşma Azərbaycan Prezidentinə xəyanət kimi qiymətləndirilməlidir. Dövlət başçısının bununla bağlı xeyli çıxışları var. Ölkənin məhkəmə hakimiyyərindən tutmuş bank sisteminə qədər hər yerdə dərin islahatlar keçirilməlidir. Əks təqdirdə çoxpilləli bürokratik sistem xərçəng xəstəliyi kimi ayrı-ayrı sahələrdə arzuolunmaz nəticələr yaradacaq. Məmurlarda dövlət əxlaqının olmaması “ədalət mülkün təməlidir” prinsiplərini məhv edəcək. Biz bu gün bəzi hallarda “məmur məmuru qoruyur” halları ilə də rastlaşırıq. Tam əminəm ki, bu kimi halların üstü açıldıqca, ölkə rəhbərinin qəzəbi ilə qarşılaşacaq. Çünki məmur məmuru qoruyursa, süründürməçilik bir sistem kimi dövlətin təməl prinsiplərini darmadağın edəcək. Bunun real vəziyyəti belədir: Əgər məmur üçün ən təhlükəsiz yol heç bir qərar verməmək, prosesi uzatmaqdırsa, belələri nəticədə məsuliyyətsiz davranış kodeksi formalaşdırır. Belə məmurlara görə təşəbbüs göstərmək riskdir. Bu riskdən qaçanda isə vətəndaş aylarla, bəzən illərlə eyni qapıları döyməli olur. Beləliklə, dövlət–vətəndaş etimadı sarsılır, bu isə özünü nə vaxtsa ən kəskin şəkildə büruzə verir. Sosial narazılığın yığılması bu gün dövlət qurumlarını narahat etməyə bilər. Çünki Azərbaycan hələ də işğaldan azad edilmiş torpaqlarda böyük miqyasda quruculuq işlərinin təsiri altındadır. Amma sabah bu prosesin özü qatılaşmış və həll edilməmiş problemlər girdabında görünməyəcək. Prezidentin elan etdiyi islahat xəttinə belə etinasızlıq, yumşaq desək xəyanət nəticəsiz qalmayacaq. Beləliklə, uğursuz məmurların fəaliyyəti dövlətin uğur hekayəsini kölgədə qoyacaq.
Əgər, bu gün və ya sabah məmurların fəaliyyətinə görə fərdi və ictimai hesabatlılıq mexanizmləri gücləndirilməsə, şikayətlərə baxılma müddəti və nəticələri sərt nəzarətə götürülməsə, yerli icra strukturlarında kadr islahatları formal deyil, məzmunlu aparılmasa, Azərbaycan üçüncü Qarabağ problemi yaşayacaq. Bu gün məmurların belə davranışları milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir. Artıq bu məsələ ayrı-ayrı qurumların və ya şəxslərin problemi deyil. Bu, dövlət idarəçiliyində əxlaq problemidir.
Ötən yazılarımızda bildirdiyimiz kimi, “Dövlət əxlaqı anlayışı yalnız korrupsiyadan uzaq olmaqla bitmir. Bu anlayış həm də davranışın mahiyyətini, statusların düzgün ayırd edilməsi və ictimai həssaslığın nəzərə alınması deməkdir. Bu tip davranışlar uzunmüddətli perspektivdə dövlət institutlarına olan etimadı zəiflədir. Çünki vətəndaş dövlət qurumunda öz problemini çözə bilmir.
Əgər mərkəzdə elan olunan zəfər və islahat ruhu yerlərdə real icra mexanizmləri ilə dəstəklənməsə, vətəndaş üçün dövlət anlayışı kağız üzərində qalacaq. İslahatın əsas ölçüsü isə statistik rəqəmlər deyil, vətəndaşın gündəlik həyatında hiss etdiyi ədalətdir.
KONKRET.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru