Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                 

Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR
Tarix: 25-12-2025, 10:39 | Çap et

Aygün Əliyeva Saatlı rayonunda fəaliyyət göstərən bir QHT-ni satın alıb və öz yaxın rəfiqəsini onun formal sədri edərək, qrant ayırıb

 QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən qanunsuzluqlar barədə araşdırmalarımızı davam etdiririk. Heç şübhəsiz ki, araşdırmalarımızda hər zaman olduğu kimi hansısa şəxsi mülahizələrə deyil, konkret faktlara, sənəd və fotolara istinad edirik.

Bu gün təqdim edəcəyimiz araşdırma isə əvvəlki “Rəfiqə qrantları”ndan bir qədər fərqlidir. Belə ki, əvvəlki araşdırmalarımızda təqdim etdiyimiz “Rəfiqə qrantları” QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əlaqəsi olduğu rəfiqələrinin QHT-lərinə verdiyi qrant yardımlarından bəhs edirdik. Bu dəfə təqdim etdiyimiz araşdırmamızda isə Aygün Əliyevanın Saatlı rayonunda fəaliyyət göstərən bir QHT-ni necə satın alması və öz yaxın rəfiqəsini onun formal sədri edərək, həmin QHT-yə qrant ayırması yer alacaq.

Öncə qeyd etmək istəyirik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi əvvəlki illərdən fərqli olaraq son illər bütün qrant müsabiqələrində QHT rəhbərlərinin adlarını gizli saxlayır. Bunun əsas səbəblərindən biri də korrupsiya araşdırmalarının qarşısını almaqdır. Konkret faktlar var ki, son 1 ildə 54 satın alınmış QHT qrant müsabiqələrində qalib olub. Bu mövzunun araşdırmasını növbəti ildə geniş formada təqdim edəcəyik.

Lakin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə qrant müsabiqəsinin qaliblərinin siyahısında QHT rəhbərlərinin adlarının göstərilməsi araşdırmalar zamanı yardımçımız oldu. Diqqətimizi “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” adlı QHT çəkdi. Məlum oldu ki, əvvəlki illərdə Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasından davamlı qrant alan həmin QHT sədri Əlicabbar Əhmədov olub. Lakin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant qalibləri siyahısında isə həmin təşkilatın sədri Nahidə Mahmudovadır(?)

Əsaslı şübhələr yarandığı üçün, bu təşkilatla bağlı ciddi araşdırmaya başladıq.

“Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” 21 iyul 2006-cı ildə dövlət qeydiyyatından keçib. Hüquq ünvanı Saatlı rayonu, H.Zərdabi küçəsi 102-dir. Təşkilatın təsisçiləri Əlicabbar Əhmədov, Mehman Əhmədov və Gülbala Əhmədovdur. Qanuni təmsilçisi isə qeyd etdiyimiz kimi Əlicabbar Əhmədovun özü olub.

Pandemiya səbəbindən bir çox təşkilatlar kimi, “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” də “ölü təşkilatlar” siyahısına salınıb.

Nəhayət, 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva həmin vəzifəyə təyin edildikdən 3 ay sonra, bir neçə “ölü QHT”ni diriltmək qərarına gəlib. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, o, QHT sədrlərindən birinin vasitəçiliyi ilə bir neçə QHT-ni 6 min manata alaraq, onlara yenidən nəfəs verib. Beləliklə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tarixində ilk dəfə yeni mərhələ, “ölü QHT”lərin dirilməsi mərhələsi başlayıb.

Aygün Əliyeva yaxın rəfiqələrindən biri, əvvəllər Binəqədi rayonunda, daha sonra TƏBİB-də birgə çalışdığı rəfiqəsi Nahidə Mahmudovanı aldığı təşkilatlardan birinə, “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi”nə sədr təyin edir. Sözsüz ki, belə bir təyinat qanuni deyil, bunun üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməlidir. Lakin, burada nəinki qanunsuzluq, eləcə də ciddi korrupsiya faktı ortadadır.

Nəhayət, təqdim etdiyimiz fotodan da göründüyü kimi, 2022-ci ilin qrant müsabiqəsində Nahidə Mahmudovanın sədr kimi göstərildiyi “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi”nə 9500 manat vəsait ayırır.

Fotolarda təqdim etdiyimiz kimi, Nahidə Mahmudova Aygün Əliyevanın dəstəyi ilə əvvəllər Binəqədi rayonunda, daha sonra isə TƏBİB sistemində onunla birgə işləyib.

Araşdırmalar zamanı o da məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant nəticələrindən narazı qalan bir neçə QHT Aygün Əliyevanın yaxın rəfiqəsi Nahidə Mahmudovaya qrant verilməsi faktını bir neçə dəfə işıqlandırsalar da, aidiyyəti şəxslər bu məqama reaksiya verməkdən yayınıblar.

Ortada konkret faktlar olduğu halda, belə bir qanun pozuntusunun gizlədilməsi və ona reaksiya verilməməsi ciddi suallar doğurur.

Artıq bir müddətdir ki, yenixeber.org olaraq, kiçik komanda ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən qanun pozuntularını, “rəfiqə qrantlarını”, bir neçə şirkət vasitəsilə dövlət satınalmalarının hansı şərtlər altında qalib olduğunu araşdıra biliriksə, demək ki, hüquq-mühafizə orqanları daha böyük və ciddi faktların üstünü aça bilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru