Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... .....                     MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ .....                     "Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" .....                     SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. .....                     Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? .....                     Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? .....                     Anasını amansızlıqla öldürən Emilə .....                     Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: .....                     Xəzərə görə Azərbaycan üçün yeni fürsət: .....                     SEPAH və Pezeşkian üz-üzə qaldı .....                     Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək .....                     "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub .....                     “Bu “aferist”lərin əlinə düşməyin” .....                     Paşinyanın Bakıya qarşı ən böyük səhvi: .....                     Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır .....                     Ermənistanda qərargah rəisi saxlanıldı .....                     Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib .....                     Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? .....                     AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib .....                     Problemli kreditlər 723 milyon manata çatdı .....                     İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb .....                     Hərbi möhlətlər bu halda ləğv ediləcək .....                     "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı .....                     Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi .....                     Qaxda 722 min manatlıq yol təmiri .....                     Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? .....                     Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... .....                     Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar .....                     13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? .....                     Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının .....                     “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” .....                     Əməkdar artist KİMİ QINADI: .....                     “Satışa çıxarılan milyonluq villa…” .....                     Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub .....                     MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" .....                     Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır .....                     Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım .....                     Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? .....                     “Barselona”, yoxsa “Qalatasaray”? .....                     Prorektorun vəzifəsi ləğv edildi .....                 

BÜTÜN ÖZBAŞINALIQLARIN ARXASINDA icra başçısı dayanır... - GÖRÜNƏNİ BUDUR...
Tarix: 3-10-2025, 16:32 | Çap et

Mərdəkanda maklerin tikililərə qanunsuz müdaxilə etməsi məsələsini ictimailəşdirmişdik. Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan küçəsi 15/44 ünvanından gedir. Həmin ünvanda yaşayan Günay Rüstəmovanın şikayəti ondan ibarətdir ki, qonşu sahədə tikinti aparan şəxs (makler) ondan icazə almadan 4 il əvvəl tikdiyi hasarına bitişik şəkildə darvaza quraşdırıb və bu zaman qanunvericiliklə müəyyən edilmiş minimal ara məsafəsinə əməl etməyib. Makler həyətyanı sahəni üç hissəyə bölərək əlavə darvazalar quraşdırıb. Bu darvazalardan biri isə birbaşa ona məxsus hasara birləşdirilib və sərhəd xəttinə dirək kimi söykənib.

Xəzər rayon İcra Hakimiyyəti qanun pozuntusuna göz yumur?

Qanunsuz müdaxiləyə dərhal son qoyulmasını və hasarına birləşdirilmiş darvazanın sökülməsini tələb edən şikayətçi bununla bağlı dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciətlər etsə də, məsələ həllini tapmayıb.

Günay Rüstəmova maklerlə aralarında yaranmış tikinti mübahisəsi ilə bağlı yenidən Bizim.Media-ya müraciət edib.

Xanım şikayətçi bu dəfə problemi ilə bağlı aidiyyəti qurumların heç bir addım atmamasından gileylənib.

“Maklerin icazəsiz və qanunsuz hasarıma müdaxilə etməsinə aidiyyəti qurumlar hələ də biganəlik nümayiş etdirir. Bir vətəndaş kimi həm mülkiyyət hüququm pozulub, həm də təhlükəsizlik baxımından narahatlıq yaranıb. İndi də hasara elektrik enerjisi filan qoşulur. Amma Xəzər rayon İcra Hakimiyyəti hələ də qanunsuz addıma heç bir reaksiya vermir. İcra hakimiyyəti belə açıq qanun pozuntusuna necə göz yuma bilər? Bu azmış kimi Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Muqbilov mediaya absurd açıqlama verib ki, guya makler mənə dəymiş ziyanı ödəyəcək. Halbuki makler dəfələrlə etdiyim xəbərdarlıqlara belə məhəl qoymayıb. İcra hakimiyyəti ilə sövdələşməyə gedərək, işini görüb”.

Mənlik deyil…

Günay Rüstəmova şikayəti üzrə üz tutduğu Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyevdən və Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Şahbala oğlu Muqbilovdan gileylənib. O, deyib ki, icra hakimiyyətininin hər iki rəsmisi qanunsuz müdaxiləyə son verilməsi əvəzinə makleri müdafiə edəcək addım atıblar. Xanım şikayətçi baş verəcək təhlükəli hal və hadisələrə görə məhz onların məsuliyyət daşıdığını dilə gətirib.

Qeyd edək ki, İlqar Müqbilov ötən dəfə saytımıza açıqlamasında "mənə aid olan hissəni etdim", "mənim səlahiyyətim bu qədərdir" və "mənlik deyil" kimi ifadələrlə məsuliyyətdən uzaqlaşmağa çalışdı.

Halbuki, əgər o, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi vətəndaşla görüşübsə, onun vəzifəsi sadəcə informasiya vermək deyil, problemin hüquqi və praktiki həllinə yardımçı olmaq, zəruri hallarda digər qurumları da cəlb edərək məsələnin araşdırılmasını təmin etmək idi. Sadəcə "xahişi çatdırmaq" rəsmilərin məsuliyyətini əhatə etmir.


Üstəlik “mənim xəbərim işlər yekunlaşandan sonra olub” deməklə yaxasını kənara çəkən rəsmi şəxs tikinti qanunsuz aparılıbsa, tikinti başa çatsa belə, məsuliyyət daşıyan tərəfə qarşı inzibati və ya hüquqi tədbirlər görə bilərdi.

İcra hakimiyyətinin telefonları “məzuniyyətə çıxıb”

Bənzər addımı Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyev və İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Anar Qəmbərov da atıb. Hər iki rəsmi şəxs Bizim.Media-ya açıqlamalarında məsələnin onların səlahiyyətində olmadıqlarını deməklə kifayətləniblər.

Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyətində bu məsələyə birbaşa cavabdeh olan nə Təsərrüfat Şöbəsi, nə başçının müavinləri, nə də digər rəsmilər telefon zənglərimizə cavab verib. İş saatının ən fəal vaxtında rayon icra hakimiyyətinin şəhər telefonlarının susqun qalması ictimai məsuliyyətdən yayınmadır desək yanılmarıq…

Görünən odur ki, İcra hakimiyyətinin funksiyası yalnız şikayət dinləmək və yönləndirməkdən ibarətdir. Problemi həll etmək üçün koordinasiya etmək, lazımi qurumları hərəkətə gətirmək və və nəticə əldə etməyə maraqlı olmayan Xəzər İcra Hakimiyyətinin bundan əvvəl də ictimailəşdirdiyi məsələyə açıqlama verməkdən yayınması anlaşılan deyil.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Pərviz Aslanov saytımıza bildirib ki, vətəndaşın müraciəti aidiyyəti üzrə yönləndirilərək cavablandırılacaq və müraciət edən şəxsə veriləcək.

Qanundan xatırlatma

Məlumat üçün bir daha qeyd edək ki, fərdi yaşayış evləri tikilərkən mütləq müəyyən minimal ara məsafələri gözlənilməlidir. Bu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və aidiyyəti normativ sənədlərlə tənzimlənir. Qonşu tikililər arasında minimum 3 metr ara məsafəsi saxlanmalıdır (bu məsafə yaşayış zonasına, torpaq təyinatına görə dəyişə bilər); Ara məsafəsi günəş işığı, hava dövranı, yanğın təhlükəsizliyi və şəxsi məxfiliyin qorunması baxımından vacibdir. Əgər qonşunun yazılı razılığı və rəsmi tikinti icazəsi yoxdursa hasara bitişik və ya hasarı divara birləşdirən tikinti qanunsuz sayılır.

Makler və ya hər hansı şəxs (hüquqi və ya fiziki) fərdi ev tikərkən, ərazi üzrə İcra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyindən (təhlükəsizlik qaydalarına uyğunluq) və ya yerli Memarlıq və Tikinti şöbəsindən (layihənin təsdiqi barədə) icazə sənədi almalıdır. Bundan əlavə əgər tikinti hasara sıfır məsafədə və ya ona birləşik aparılırsa, qonşudan yazılı razılıq mütləqdir.


Qeyd edək ki, Günay Rüstəmova bildirib ki, problemi həll olunmadığı təqdirdə məhkəməyə müraciət edəcək.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:54
MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ - KİV
Bu gün, 06:52
"Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" - pa
Bu gün, 06:48
SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:44
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Dünən, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Dünən, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Dünən, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Dünən, 17:32
SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Dünən, 17:30
Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Dünən, 16:45
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Dünən, 16:41
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Dünən, 16:38
Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Dünən, 16:33
Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Dünən, 16:30
Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Dünən, 16:27
Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Dünən, 16:22
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Dünən, 16:18
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 16:14
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Dünən, 16:12
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Dünən, 16:07
Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Dünən, 16:04
"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Dünən, 15:06
Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Dünən, 15:03
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Dünən, 14:57
Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Dünən, 14:48
Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Dünən, 14:43
Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Dünən, 14:38
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Dünən, 14:34
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Dünən, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Dünən, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Dünən, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Dünən, 13:00
Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Dünən, 12:57
MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" - TƏFƏRRÜAT
Dünən, 12:54
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Dünən, 12:47
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Dünən, 12:42
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Dünən, 12:38
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Dünən, 12:34
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Dünən, 12:31
Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Dünən, 12:27
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Dünən, 12:16
“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Dünən, 12:07
Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 12:01
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Dünən, 12:00
AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Dünən, 11:55
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Dünən, 11:49
İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Dünən, 11:48
İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Dünən, 11:45
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru