"Ekolizinq" MMC-nin yeganə sahibi Elnur Rəsulov təsis paylarının 99 %-ni Elçin Quliyevə ötürüb.
"Report" xəbər verir ki, bununla da, onun şirkətdəki payı 1 %-ə düşüb.
Yeni əsas təsisçi həm də "Bank Respublika" ASC-nin səhmlərinin 18,46 %-nə nəzarət edir.
Xatırladaq ki, "Ekolizinq" 2014-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.









