İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                 

Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Tarix: 20-08-2025, 10:41 | Çap et

Qobu bələdiyyəsinin adı illərdir müxtəlif qalmaqallarla çəkilir. Bir vaxtlar bu quruma rəhbərlik edən Ənvər Əmiraslanov vətəndaşlardan aldadıcı yollarla pul toplamaqla, dövlət torpaqlarını satmaqla və saxta sənədləşmələr aparmaqla ittiham olunmuşdu. Məhkəmənin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edildi. Lakin bütün bu acı təcrübələr sanki yalnız keçmişdə qalmadı, əksinə, bugünkü bələdiyyə idarəçiliyinə də miras qaldı.

İddialara əsasən, hazırda uzun illərdir Qobu bələdiyyəsinə rəhbərlik edən Araz Nəcəfov da müxtəlif yollarla torpaqlar üzərində manipulyasiyalar aparmaqda adı hallanan şəxslərdən biridir. Deyilənə görə, Nəcəfov daha çox yaxın qohumlarının adına torpaq sahələrinin rəsmiləşdirilməsini həyata keçirir. Bu prosesdə müxtəlif “texniki sənədlər” hazırlanaraq əsasən bazar qiyməti yüksək olan torpaq sahələri əvvəlcə qohumların adında qeyd edilir, sonradan isə müxtəlif üsullarla satışa çıxarılır. Bu mexanizm vasitəsilə həm torpaqlar əldən çıxarılır, həm də əlavə qazanc əldə edilir.

Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdən sonra "DogruXeber.az" əməkdaşları qəsəbənin bir neçə ərazisində araşdırma apardı. Aparılan araşdırmalar nəticəsində məhz bu mexanizmlə “satışa çıxarılan” torpaq sahələrinin bir neçəsi aydın şəkildə müəyyən edildi. Daha da maraqlısı odur ki, həmin torpaqları satan şəxslər öz ifadələrində bələdiyyə sədrinin yaxın qohumları olduqlarını etiraf ediblər. Yəni dövlət torpaqları əvvəlcə qohumların adına sənədləşdirilir, sonra da “özgənin malı” kimi bazara çıxarılır.

Əlimizdə bu faktları təsdiqləyən audio-səs yazıları mövcuddur. Bu səs yazılarında vasitəçi şəxslər açıq şəkildə bildirirlər ki, satış prosesi bələdiyyə sədrinin qohumları vasitəsilə həyata keçirilir. Həmin materiallar "DogruXeber.az" tərəfindən artıq bir neçə dövlət qurumuna rəsmi qaydada göndərilib. Çünki söhbət sadəcə vətəndaşların aldadılmasından deyil, dövlət torpaqlarının qanunsuz zəbt olunub satılmasından gedir.

Qəsəbə sakinləri isə bu gün ironik dillə deyirlər: “Qobu bələdiyyəsində torpaq almaq üçün ya qohum olmalısan, ya da qohumların vasitəsinə düşməlisən. Əks halda sənə quru vəd, havada qalan kağız sənəd qalır”. Deyilənə görə, sədrin ailəsinin bu işlərdən qazandığı gəlirlər artıq gündəlik həyat tərzində də özünü göstərir. Son zamanlar oğluna keçirilən dəbdəbəli toy məclisi də məhz bu “torpaq bazarının” dilə düşən nümunəsinə çevrilib.

Bütün bunlar bir daha sübut edir ki, Qobu bələdiyyəsində adlar dəyişir, kresloda əyləşən şəxslər dəyişir, amma torpaq üzərindən qurulan “oyun” dəyişmir. Ənvər Əmiraslanovun cinayətləri məhkəmə hökmü ilə təsdiqləndi, amma görünür ki, onun qoyduğu “ənənə”ni sanki Araz Nəcəfov da davam etdirir. Dövlət torpaqları “ata mülkü” kimi paylanır, qohumların adına sənədləşdirilir, sonra isə satılır. Ən acınacaqlısı odur ki, bu qanunsuzluqların qarşısını almalı olan qurumların bir çoxu ya susur, ya da görməzdən gəlir.

"DogruXeber.az" olaraq bildiririk: Qobu bələdiyyəsi artıq bir qurum yox, bir simvoldur – dövlət əmlakının şəxsi qazanc mənbəyinə çevrilməsinin simvolu. Sədrlər dəyişir, amma oyun dəyişmir.

P.S.S
- Qeyd edək ki, araşdırmalarımız nəticəsində müəyyən etdiyimiz ərazilərlə bağlı əlavə faktlar, həmin torpaqların satışında adı hallanan şəxslərin siyahısı və dəqiq ünvanları növbəti yazımızda açıqlanacaq. Əldə etdiyimiz məlumatlara görə, bələdiyyə sədri bu əməlləri ilə həm rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirir, həm də tabə olduğu Ədliyyə Nazirliyindən gizli işlər çevirir. Onu da diqqətə çatdırırıq ki, bələdiyyənin fəaliyyəti artıq dövlət qurumları tərəfindən araşdırılır və hazırda onun işi araşdırmada olan məsələlər sırasındadır. Biz inanırıq ki, bu yazımızdan sonra da adıçəkilən şəxs barəsində daha ciddi qanuni tədbirlər görüləcək. Növbəti yazımızda isə mövzu ilə bağlı daha geniş faktları ictimaiyyətə təqdim edəcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Bu gün, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Bu gün, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Bu gün, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Bu gün, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Bu gün, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Bu gün, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Bu gün, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru