"Bir neçə gün əvvəl "Aloe aptek"dən 21 manata dərman aldım..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı rəyində Ramil Memmedov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
" "Leo kart"la ödəniş etdim. "Leo kart"la alış-verişə görə, 4 faiz keşbek verməli idi.
Heç nə vermədi... "Leo bank"a yazıram... deyir, bu aptekin problemidir. bizim yox. Mən də deyirəm, 0.81 qəpik keşbeki də əlimizdən alırsınız...
Sadəcə utancvericidir..."