Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib .....                     Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir .....                     Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı .....                     AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? .....                     "AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                     SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb .....                     "Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." .....                     Tərbiyəsiz MOTSART... .....                     Astroloqdan iddia: .....                     Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir .....                     Siyasətdə istefalar adi haldır, AMMA... .....                     "Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" .....                     Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qatarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                     Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? .....                     ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır .....                     Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır .....                     Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də .....                     Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... .....                     "Qanunun tələbləri niyə yerinə yetirilməyib?" .....                     İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək .....                     "Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı .....                     Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi .....                     ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib .....                     Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək .....                     "Bu heç də yaxşı bir gələcək vəd etmir..." .....                     Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır .....                     Uşaqların müdafiəsi kimə həvalə olunub? .....                     “Premium Bank”ın nağd vəsaitləri azalıb .....                     Ukrayna hökuməti istefaya göndərildi .....                     Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub .....                     Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti .....                     Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı .....                 

FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Tarix: 29-07-2025, 10:33 | Çap et

Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu başlıca prioritet sahələrdən biri də məşğulluğun səmərəli və düzgün təmini istiqamətidir. Bildiyimiz kimi, hazırda Şimal qonşumuzla yaranan gərginliyin fonunda hamını düşündürən məsələlərdən biri və bəlkə də birincisi Rusiya Federasiyasından kütləvi şəkildə deportasiya oluna biləcək soydaşlarımızın Azərbaycana mümkün axını və onların vətəndə məşğulluqlarının təmin edilməsidir. Bəs bu gözlənilən problemin tam da olmasa, qismən həllinə nail olmaq üçün sahənin rəhbərliyində görəvləndirilmiş vəzifəli şəxslərin dövlətə sədaqətinə nə dərəcədə güvənmək olar?

Bu günlərdə gundemxeber.az informasiya portalının redaksiyasına daxil olan məlumatların çoxsaylı oxucularımızın marağına səbəb olacağını nəzərə alıb araşdırmalara başladıq.

Öncə qeyd edək ki, haqqında söz açacağımız Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olub.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. Məsələnin maraqlı halı ondan ibarətdir ki, Sadiq Əliyevin hansı və neçə mömrəli orta məktəbi bitirməsi haqda heç bir məlumat yoxdur.

Beləliklə, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xatırlatmağa dəyər ki, Sadiq Cabir oğlu Əliyev Fətullah Gülənə bağlı olan "Çağ Öğretim işletmeleri Mingeçevir özel türk Lisesi"ni 2001-ci ildə bitirib. Elə buna görə də Universitetdən öncə hansı orta məktəbi bitirməsi haqda heç bir yerdə məlumata rast gələ bilmədik. O, bu liseyin 5 illik şagirdi olub və 2001-ci ildə də qurtarıb. Hər kəs yaxşı bilirdi ki, bu təhsil ocağı FETÖ-çulara bağlı olub və Mingəçevir şəhərində lisey kimi fəaliyyət göstərib.

29 may 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlardan aydın olur ki, bu adam rəhbərlik etdiyi Agentlikdə bacarıqlı kadrların işlərini itirmələrinə səbəbkar olur və böyük korrupsiya “çetesi” yaradır.

Gəlin Sadiq Əliyevin əməlləri ilə tanış olaq: Sadiq Əliyevin bacardığı ən gözəl fəaliyyət, işçilərin dediyinə görə, əvvəlki sədr Mustafa Abbasbəylinin qurub-yaratdıqlarını dağıtmaqdan ibarətdir. Onu da yada salaq ki, Mustafa Abbasbəyli hal-hazırda Mədəniyyət Nazirliyində Aparat rəhbəridir. Eyni uğurlarını çalışdığı sahədə davam etdirir. Sadiq Əliyev isə dağıdıcılıq, dövlətə və Prezidentə bağlı şəxsiyyətlərə qarşı şəxsi qərəzçiliklə məşğuldur. Bütün bu fəaliyyətlərini pərdələmək üçün Nəzarət Şurasının sədri Elşad Məmmədovun oğlunu işə almaqla, ona nəzarət edənlərin də nəzarətsizliyinə nail olub. Onu da bildirək ki, Bakı Regional Məşğulluq Xidmətinin sədri Habil Alıyevin əslən Elşad Məmmədovun həmyerlisi (Gədəbəyli) olması göstərir ki, yerliçilik də Sadiq Əliyevin idarəçiliyində xüsusi əhəmiyyət daşıyır. Bu barədə də, heç kimin fərqində olmadığı bəzi faktlara gələcək sayılarımızda toxunacağıq. Təsəvvür edin ki, dövlətin xidmət mexanizmlərini necə şəxsi mənafeyi uğrunda fəaliyyətə istiqamətləndirir. Bir tərəfdən uydurma səbəblərlə işçiləri işdən çıxarır, digər tərəfdən isə İctimai Şura sədrinin oğlunu işə götürməklə, baş verən haqsızlıqlara səs çıxarmamağın "tədbirini" həyata keçirir. Son zamanlarda məhkəməyə müraciət edənlərin sayı ona görə də artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etdiyi xidmətlər olsa da, Sadiq Əliyevin ağılasığmaz və dövlət quruluşunu öz şəxsi istəkləri kontekstində idarə etməsi dövlət başçımızın da siyasətinə vurulan zərbədir. Bütün Dövlət Qurumlarının şəffaflaşdırılması prosesi getdiyi halda, Sadiq Əliyevin nəzarət mexanizmlərini susdurmaq üçün atdığı addım dövlətçilik ənənələrinə ziddir.

Görün, Sadiq Əliyev hansı metodla qurumların fəaliyyətini istismar edir?!... İşçilərini müxtəlif özəl və dövlət müəssisələrinə göndərir. Onlara təklif edirlər ki, siz işçilərinizin müqavilələrini yeniləyərkən göstərin ki, bu işçilər Məşğulluq Xidmətinin vasitəsilə işə alınıb. Nəticə etibarilə heç bir fəaliyyət göstərmədən, “hazırın naziri”, Məşğulluq Xidmətinin iş yerləri də bu şəkildə "artmış" olur. Bu barədə əlimizdəki materialları daha sonrakı saylarımızda dərc edəcəyik.

İşçiləri işə alarkən mövsümi iş adı altında müqavilə imzalatdırır, onları işdən çıxararkən isə “müqavilənin müddəti bitdi” deyilərək, özünə hüquqi zəmin yaratdığını düşünür. İllərlə Məşğulluq Agentliyinin işçiləri olan vətəndaşların bu şəkildə xəyalları alt-üst edilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi qayğıya və ailə qurmalarına əngəl yaradılır.

Əgər işlər mövsümidirsə, o zaman Sadiq Əliyevin sədr təyin edildiyi gündən günümüzədək neçə işçi çıxardığını və əvəzində neçə işçi aldığını da ayrıca diqqətinizə çatdıracağıq. Bizi maraqlandıran işin hüquqi və məntiqi tərəfidir. Əgər Vəli işdən çıxırsa, Əli də onun yerinə işə alınırsa, bu iş mövsümi iş ola bilməz. Mövsümi olmayan işə isə müddətli əmək müqaviləsi imzalatmaq həm qanuna meydan oxumaq, həm də məntiqsizlikdir.

Sadiq Əiliyev öz əsas və birbaşa vəzifələrini isə unudub – bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edə bilmir, vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünü yetərincə müdafiə etmir, əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə şərait yaratmır, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirləri görmür, məşğulluq sahəsində fəaliyyəti iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirə bilmir, dövlətin məşğulluq siyasətinə dəstək verməyə həvəsli olan işəgötürənləri həvəsləndirmir və s.

Ardı var...

GundemXeber.Az

P.S. Aprel döyüşləri və 2-ci Qarabağ müharibəsi iştirakçısı olan şəxsin pozulmuş hüquqlarını bərpa etmək üçün Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə işdən qanunsuz və əsassız olaraq çıxarıldığına və işə qəbulla bağlı etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, uzun müddətdir öz həllini tapmaması məyusluq doğurur. Agentlikdə pozulmuş hüquqlarını bərpa edə bilməyən Qazimiz məcburiyyətdən ölkə başçısı cənab İlham Əliyevə müraciət edib.

Həmin müraciəti növbəti günlərdə çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib - “Nikkei” qəzeti
Bu gün, 08:12
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema
Bu gün, 08:10
Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı - GƏLİŞMƏ
Bu gün, 08:09
AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? - İLGİNC FAKT
Bu gün, 08:06
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qatarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək - Zelenski belə deyir
Bu gün, 05:24
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır - AÇIQLAMA
Bu gün, 00:07
Uşaqların müdafiəsi kimə həvalə olunub? - İLGİNC
Bu gün, 00:03
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Dünən, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Dünən, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Dünən, 17:14
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti TƏKMİLLƏŞDİRİLİR
Dünən, 17:11
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb - QƏRAR
Dünən, 17:08
Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı - FOTO
Dünən, 17:00
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57
Ermənistan əhalisini ikiqat artırmaq istəyir - KİV
Dünən, 16:45
Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 16:39
Flora Kərimovanın müalicəsi ev şəraitində DAVAM EDİR
Dünən, 16:34
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:30
Antiinhisar Agentliyi “Kontakt Home” barəsində inzibati protokol tərtib edib
Dünən, 16:26
“Xalq Sığorta”da yeni təyinat olub - ƏMR
Dünən, 16:24
Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 16:21
Bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
Dünən, 16:04
"Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" - Əməkdar artist üzləşdiyi təhlükəli anlardan DANIŞDI
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru