
"Bir ay əvvəl "Baku Electronics"dən robot tozsoran almışıq..." "DİA-AZ" xəbər verir ki, bunu "müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yunis adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
" Aldığımız gündən dedilər internetsiz işləmir... internet də çəkdik evə.
Sonra qoşduq işləmədi... 10 gündür servisinə də vermişik: nə zəng edən var... nə məlumat verən var.
Bir ayının ödənişini və komissiya xərcini də ödəmişik. Hələ də bir xəbər yoxdur.
10 ildən çoxdur burdan məhsullar alırıq: görünür, sonuncu alış olacaq..."