İmişlidə mal bazarı deyilən ərazinin durumu sakinləri narahat edir. Hər halda, görüntülərdən də aydın olur ki, əslində xəstəlik məkanını xatırladan bu Mal Bazarında nəinki insanların, hətta satışa təqdim olunan heyvanların belə hərəkət etməsi imkansızdır.
"DİA-AZ" bildirir ki, bu barədə videogörüntü paylaşan yerli sakinlər sosial şəbəkə istifadəçilərinə "Bura Banqladeş bazarıdırmı" deyə sual da edirlər.
Görüntülərdən də aydın olur ki, adi bir yağış yağmasından sonra sözügedən bazarda hərəkət imkansız olur. Nəzərə alaq ki, qarşıdan yağışlı-qarlı günlər gəlir. Hər halda, yerli rəhbərlik bu gileyi diqqətə almalıdır. İnsanlarımıza xidmət marağı səbəbindən...