Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var .....                     "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR .....                     "Guya oğullarını öldürüb qurban kəsmişik" .....                     YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər .....                     Bu təhsil mərkəzinə direktor təyin edildi .....                     Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR .....                     Tapdığı barıtı “laqonda” ilə kəsib .....                     Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı .....                     “Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” .....                     Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi .....                     Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı .....                     Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? .....                     "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" .....                     Sərkisyan Azərbaycanı təriflədi .....                     “Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri .....                     Xalq Bankda yeni müşavirlər təyin edildi .....                     Məni təhdid edirlər .....                     Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ .....                     Rəqsanə həbsdən sonra tanınmaz halda .....                     Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: .....                     Kəşfiyyat Nazirliyi də anlamırsa... .....                     Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi .....                     İranın KƏŞFİYYATI BUDURSA... .....                     Minlərlə azərbaycanlını narahat edən QƏRAR .....                     Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi .....                     Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                     Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması .....                     "Aqroservis" auditor seçib .....                 

Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı - BELƏ HARA GEDİRİK?
Tarix: Bu gün, 17:11 | Çap et

Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiya etirazlara səbəb olub.
“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən bir qrup əməkdaş attestasiya zamanı İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki sualların verildiyini, əvvəlcədən isə bu istiqamətdə təlimlərin keçirilmədiyini bildirir. Onların sözlərinə görə, nəticədə yüzlərlə əməkdaş işdən azad edilib.
Şikayətçilərin fikrincə, belə suallar nəzərdə tutulurdusa, əvvəlcə əməkdaşlar təlimə cəlb edilməli və ya İKT mütəxəssisləri kitabxanalara ezam olunmalı idi.
“Belə sualların tərtibi ədalətli deyil. Məncə, nəticələr ləğv olunmalı, əməkdaşlar kurslara cəlb edilməlidir. Bəsdir aciz insanları çörəklə imtahan etdiz!!! Bu yazıqlar illərini kitab işinə həsr ediblər, az məvacibə qane olublar, şəraitsiz, internetsiz məkanda fəaliyyət göstəriblər. Və qəfildən İKT-yə dair suallar, bu, doğrudan da ədalətin anasını ağlatmaqdır. Yox, məqsəd kütləvi işçiləri işdən çıxarmaq, kitabxanaları bağlamaqdırsa, bu başqa məsələ. Əksər qurum bacardıqca vətəndaşı dövlətdən narazı salmaqda israrlıdır. Sosial partlayışa təkan verirlər...”, - deyə paylaşımlardan birində qeyd olunub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən “Bakupost”un sorğusuna cavab olaraq bildirildi ki, mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların attestasiyası keçirilib. Qeyd olundu ki, Attestasiya ölkə üzrə bu qəbildən olan və yalnız informasiya texnologiyaları və kitabxana proseslərinin avtomatlaşdırılması ilə bağlı vəzifələrdə çalışan əməkdaşları əhatə edib:
“Attestasiyaya cəlb olunan 1100-dən çox əməkdaşın 25 faizi ali, 50 faizi orta ixtisas, 25 faizi isə orta təhsilli olub. Attestasiyanın əsas məqsədi kitabxana sistemində həyata keçirilən rəqəmsal transformasiya prosesinin tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların peşə bilik və bacarıqlarını, tutduqları vəzifələrə uyğunluğunu qiymətləndirmək, eyni zamanda rəqəmsal xidmətlərin keyfiyyətini daha da gücləndirməkdir.
Attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müfaviq Qərarı ilə təsdiq edilmiş işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun təşkil olunub.Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın keçirilməsi, attestasiya proqramı, qiymətləndirmə istiqamətləri və tez-tez verilən suallar bu ilin aprel ayından etibarən Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Attestasiya zamanı informasiya texnologiyaları üzrə sualların verilməsi də məhz attestasiya olunan əməkdaşların vəzifə funksiyalarından irəli gəlib. Kompüter, şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi üzrə baza biliklərinin qiymətləndirilməsi həmin vəzifələrin ayrılmaz tərkib hissəsidir”.
Nazirlikdən əlavə olundu ki, hazırda attestasiya komissiyalarının rəyləri və protokolları ümumiləşdirilir və yekun nətiəcələr əməkdaşlara işəgötürən tərəfindən bildiriləcək:
“Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların müasir tələblərə uyğun inkişafı, rəqəmsal transformasiyası və xidmət keyfiyyətinin artırılması həyata keçirilən islahatların əsas istiqamətlərindəndir. Attestasiya prosesi də bu məqsədlərə xidmət edən, peşə uyğunluğunun qiymətləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş qanunvericiliklə tənzimlənən mexanizmdir. Nazirlik bu prosesi qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və vahid qiymətləndirmə prinsipləri əsasında həyata keçirməkdə davam edəcək”.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Bakupost”a bildirdi ki, bu tip imtahanlarda İKT biliklərinin yoxlanılması kitabxana sisteminin rəqəmsallaşmasının tərkib hissəsidir:
“Müasir dövrdə kitablar artıq elektron formada təqdim olunur və kitabxanalar elektronlaşdırılır. Məhz buna görə də illərlə kitabxana sahəsində işləyən şəxslər mütləq elektron sistemlərdən məlumatlı olmalı, süni intellekt və ya kompüter yönümlü sahələr üzrə müəyyən bilik və bacarıqlara malik olmalıdır. Ona görə də düşünürəm ki, imtahanın keçirilməsi və ya kitabxanaçıların sertifikasiyaya cəlb olunması beynəlxalq təcrübədə də öz əksini tapır. Əks halda, elektron kitabxanalardan istifadə mümkün olmayacaq və bu da həmin şəxslərin fəaliyyət imkanlarını məhdudlaşdıracaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var
Bu gün, 17:58
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 17:54
"Guya oğullarını öldürüb qurban kəsmişik" - Qonşularını öldürən ər-arvadın İŞİ
Bu gün, 17:36
YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər - FOTO
Bu gün, 17:29
Bu təhsil mərkəzinə direktor təyin edildi - ƏMR
Bu gün, 17:26
Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR – FOTOFAKT
Bu gün, 17:23
Tapdığı barıtı “laqonda” ilə kəsib - Xankəndidəki faciənin təfərrüatı
Bu gün, 17:20
Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:11
“Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” - Müğənni
Bu gün, 17:09
Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi – İstixana qarşısında mühafizəçi bıçaqlandı
Bu gün, 17:06
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - BUNA GÖRƏ...
Bu gün, 16:59
Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? - AÇIQLAMA
Bu gün, 16:49
"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" - Mehriban Zeynalova
Bu gün, 16:44
Sərkisyan Azərbaycanı təriflədi - “Biz də elə etməliyik”
Bu gün, 16:42
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - SİYAHI
Bu gün, 16:38
Xalq Bankda yeni müşavirlər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:35
Məni təhdid edirlər - Paşinyanın arvadı
Bu gün, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Bu gün, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Bu gün, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Bu gün, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Bu gün, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Bu gün, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Bu gün, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 15:38
Nanə yeni mövsümdə qayıdır
Bu gün, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Bu gün, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Bu gün, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Bu gün, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Bu gün, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Bu gün, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Bu gün, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Bu gün, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Bu gün, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Bu gün, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Bu gün, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Bu gün, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Bu gün, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Bu gün, 14:01
"Aqroservis" auditor seçib
Bu gün, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Bu gün, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Bu gün, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Bu gün, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru