
"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi "Constructor Supply Services" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalayıb.
32gun.az-ın əldə etdfiyi digər vacib məlumata görə, tenderin qalibi olan "Constructor Supply Services" MMC-nin dövlət büdcəsinə ciddi məbləğdə vergi borcunun olduğu üzə çıxıb. Belə ki, nizamnamə kapitalı cəmi 20 AZN olan şirkətin hazırda dövlətə dəqiq olaraq 44172.56 AZN vergi borcu var.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 8, mənzil 38 olaraq qeydiyyata alınan şirkətin vergi borcu olduğu halda satınalmada iştirakına necə yol verilməsi və bu borcun hansı səbəbdən ödənilmədiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanuna əsasən, vergi və digər icbari ödənişlər üzrə gecikdirilmiş öhdəlikləri olan iddiaçıların satınalma prosedurlarında iştirakı məhdudlaşdırılır.
"Regional Su Meliorasiya" QSC-nin İdarə Heyətinin sədri Zakir Bəybala oğlu Quliyevdir.















