"Sözüm Azərbaycan Dəmir Yollarınadır (ADY)... sizin gördüyünüz iş bundan artıq olmayacaq ki..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Mikayıl Cəbrayılzadə adlı istifadəçi yazır.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Təsəvvür edin, 1 ay sonraya yəni avqustun 11-nə qatara geri dönüş bileti almaq istəyirəm. Dünən bilet satışa çıxdı. Çıxan anda 5 dəqiqə ərzində mən girdim. Portala daxil olanda hələ qayıdış üçün yüzlərlə bilet var idi. Düz 3 dəfə bilet alıb ödəniş etdim və hər səfərində pulu avtomatik geri qaytardılar.
4-cü səfərdə yenə bilet almaq istədim, hansı yerə vurdum, bron etmək istədim yazildı ki, yer satılıb. Yalan olmasın 200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı. Əvvəl geri dönüş bileti yox idi, indidə olan kimi yoxa çıxır.
Zəng edib operatora bildirirəm, deyir alıcı həddən artıq çoxdu, onun üçün tez qurtarır. Amma nə qədər çox olsada bilet 1-2 dəqiqəyə qurtara bilməz, çünki 3 dəfə pulu verib yeri alan kimi, pulu geri qaytardılar.
Lap Midada ki, kimi ev satışlarina döndü, o da, saniyəsinə qurtarırdı.
Amma əgər doğurdanda alıcı minlərlədisə qatar sayın artırsınlarda (vaqon yox ha qatar)
Onsuzda quru sərhədlərini açmaq fikiriniz yoxdu, 6 ildi ölkəni qapalı yerə çevirdiz, heç olmasa qatar səfərlərini düzgün təşkil edində. Niyə od bahasına Azal bileti almalıyıq?!
Tək ölkə xarici məsələsidə deyil, hər "Bayram vaxtı" rayon taksiləri od qiyməti qoyur. Avtovağzala baxırsan ölüxanadı. Sonra deyirlər camaat niyə bu qədər maşın alır, alarda.
İndi bu gün yenə bilet satışa çıxacaq, yenədə eyni hoqqa olacaq yenə altdan-altdan bilet satılacaq, millətdə qalacaq baxa-baxa. Çünki normal idarəçilik yoxdu, millətin yiyəsi yoxdu..."
















