Əsas Səhifə > Ana xəbər / Güney Press > "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıbBu gün, 05:55 |
|
"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi "Constructor Supply Services" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalayıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, müqavilə sayğacların quraşdırılması üçün alətlər və avadanlıqların satın alınmasını nəzərdə tutur. Bağlanmış müqavilənin maliyyə dəyəri 75 019.68 AZN təşkil edir.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanuna əsasən, vergi və digər icbari ödənişlər üzrə gecikdirilmiş öhdəlikləri olan iddiaçıların satınalma prosedurlarında iştirakı məhdudlaşdırılır. "Regional Su Meliorasiya" QSC-nin İdarə Heyətinin sədri Zakir Bəybala oğlu Quliyevdir. Geri qayıt |