"Bəlkə də camış göstərsən, tanımazlar..." .....                     Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı .....                     Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                     "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." .....                     Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... .....                     İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb .....                     Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri .....                     Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq .....                     “Eyni xəstəyə fərqli rəylər verilir” .....                     Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" .....                     İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı .....                     Müştərilər təşvişdə: Banklar bağlanır? .....                     AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi .....                     Rusiya İrandan kimi çıxarmağa çalışır? .....                     AQTA-nın yeni qərarı nələrə yol açacaq? .....                     ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər .....                     Əməkdar artist tıxacın əlindən evini satır .....                     "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb .....                     Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı .....                     ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb .....                     Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib .....                     İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: .....                     Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır .....                     Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi .....                     Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi .....                     Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq .....                     ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək .....                     Talehin reklamındakı aktrisa danışdı .....                     Beyləqanda “pambıqla baş kəsirlər” .....                     Səfirlikdə işə düzəlmək istədi, .....                     Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq .....                     Apteklərdə diazolin TAPILMIR .....                     Elm və təhsil nazirinə 5 sual... .....                     Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı .....                     14 il şiddət görən qadının əri saxlanıldı .....                     Ukraynanın adı dəyişdirilib Rus olacaq? .....                     "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" .....                     Mariana Vasileva yeni vəzifəyə təyin olundu .....                 

AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Tarix: Bu gün, 06:01 | Çap et

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal olunan heyvanların daşınması ilə bağlı yeni və sərt qaydalar tətbiq etməyə hazırlaşır. Agentliyin rəsmi məlumatına görə, bundan sonra ölkəyə gətirilən heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə cavab verməlidir. Qurum bu addımı “ölkənin epizootik təhlükəsizliyi və heyvan rifahı” ilə əsaslandırsa da, sahə mütəxəssisləri və fermerlər məsələnin pərdəarxasında tam fərqli mənzərənin dayandığını bildirirlər.

Bəs real vəziyyət necədir? Bu qərar heyvandarlıq sektoruna xeyir verəcək, yoxsa süni bahalaşmaya və bürokratiyaya yol açacaq?

Fermerlərin fikrincə, bu qərar ilk növbədə yerli bazarda ət və ət məhsullarının qiymətinə mənfi təsir göstərəcək. Çünki əvvəla, əsas idxal yaxın qonşulardandır. Azərbaycana kəsim üçün gətirilən heyvanlar əsasən Gürcüstan və Rusiyadan idxal olunur. Yaxın məsafədən gətirilən bu heyvanlar üçün xüsusi bahalı maşınlara elə bir ehtiyac yoxdur. Avropadan gətirilən cins damazlıq heyvanlar isə onsuz da xüsusi şəraitli maşınlarla daşınır.

İkincisi, bu qərar monopoliya və süni qiymət artımına səbəb olacaq. Məlumdur ki, bazarda xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin sayı olduqca məhduddur. Belə maşınlarla daşıma xərcləri adidən ən azı iki dəfə bahadır. Bu isə o deməkdir ki, yeni tələb birbaşa maya dəyərinə təsir edəcək və nəticədə idxal olunan heyvanların qiyməti kəskin qalxacaq.

Rəqəmlərə baxsaq, ölkəyə illik 80-100 min arası diri iribuynuzlu, 120-150 min arası xırdabuynuzlu heyvan idxal edilir. Son illərdə ölkədə yerli istehsalda 1 milyon 410 min baş qoyun və keçi, 230 min başa yaxın iribuynuzlu heyvanın azaldığı bir vaxtda, idxala qoyulan bu cür süni əngəllər birbaşa istehlakçının cibinə vurulan zərbədir.

O da qeyd olunmalıdır ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarından dəm vuran AQTA-nın daxili fəaliyyətində ciddi boşluqlar mövcuddur. Heyvandarlıqda əsas vəzifələrindən biri heyvanların identifikasiyası (birkalanması və qeydiyyatı) olan qurum, 2018-ci ildən bu yana bu prosesi başa çatdıra bilməyib. Bu sahədəki vəziyyəti qonşu ölkələrlə müqayisə etdikdə acınacaqlı mənzərə ortaya çıxır. Belə ki, sözügedən sistemi Gürcüstan hökuməti cəmi 8 aya qurub istifadəyə verib. Ölkədəki bütün heyvanlar qeydiyyata alınıb, hər birinin xəstəlik və peyvənd tarixçəsini əks etdirən məlumat bazası var. Sənədsiz heyvan daşına bilmədiyi üçün ölkədə heyvan oğurluğu tamamilə bitib.

Ermənistanda isə proses 1.5 il vaxt alıb, amma tamamilə pulsuz həll olunub.

Azərbaycanda bu sistem faktiki olaraq mövcud deyil. Rayonlardakı əksər kəsimxanalara gətirilən heyvanın diri ikən sağlamlığı yoxlanılmaq əvəzinə, baytar gəlib rüsumunu alır, artıq kəsilmiş heyvanın qulağına birka vurub şəklini çəkir və yuxarıya hesabat yollayır. Laboratoriya şəraiti bərbaddır, tək bir köhnə mikroskopla ciddi xəstəlikləri təyin etmək qeyri-mümkündür.

Əslində, AQTA yaranmazdan əvvəl bütün təsərrüfatlar rayon kənd təsərrüfatı idarələrinin baytarlıq şöbələrində qeydiyyatda olurdu, heyvanların peyvənd və sağlamlıq vəziyyəti izlənilirdi. Sağlamlıq sertifikatı almaq bir saatlıq iş idi.

Bu gün heyvanların real birkalanması həyata keçirilərsə, şəffaf rəqəmsal baza yaradılarsa, ortadakı böyük rüşvət, süni rüsum və bürokratiya silsiləsi dərhal çökər. Lakin mövcud sistem cərimə və qadağalar üzərində qurulduğu üçün real islahatlara maraq yoxdur.

“Ölkəmizdə geniş təcrübəyə malik olan heyvandarlarımız üçün sivil şəhər-loqistika qaydalarını yox, kəndin öz ənənələrini inkişaf etdirmək daha doğru və faydalı olardı”. Bunu peşəkar zoobaytar Abdulhəmid Həsənov Pressklub.az-a şərhində bildirib.

Ekspert qeyd edib ki, AQTA-nın nəzərdə tutduğu avtomobillərə maksimum yükləmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib.

"Ən əvvəl, belə yersiz qərarlar idxal tədarükçülərinin xərclərini nə qədər artıracaq və bu, nə qədər doğrudur?" – deyə A.Həsənov sual edib.

Mütəxəssis vurğulayıb ki, idxal olunan heyvanlar damazlıq və kəsim məqsədilə nəzərdə tutulur. Rəsmi qurumlar bu qərarı heyvanların damazlıq keyfiyyətlərinin, cins tərkibinin respublikamızın damazlıq strategiyasına uyğunluğu və heyvanların idxal olunduğu ölkə ilə zonaların xəstəlikdən azad olması ilə əlaqələndirirlər. Hətta Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcəyi bildirilir.

Statistikaya diqqət çəkən ekspert deyib: "2025-ci ildə ölkəyə 115 mindən çox iribuynuzlu, 306 mindən çox xırdabuynuzlu heyvan idxal olunub. Ölkəmizdə bu qədər potensial və ənənələr olduğu halda, qərarı verənlər maliyyənin xarici fermerlərin cibinə axmasında niyə bu qədər maraqlıdırlar? Bu cür süni əngəllər, savadsız qərarlar bazarda ətin, südün, yağın və digər heyvandarlıq məhsullarının qiymətini artırmırmı?"

A.Həsənov sənədləşmə və icazə prosesindəki bürokratiyanı da tənqid edib. O bildirib ki, heyvanların daşınma marşrutu üzrə tranzit icazələrinin alınmasına zərurət yarandıqda, icazənin alınması üçün AQTA tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Sahibkarlar idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq rəyi almaq üçün idxaldan əvvəl AQTA-nın regional bölmələri vasitəsilə elektron formada ərizə, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) razılıq məktubunu, ixracatçı ilə bağlanmış müqavilənin və heyvanların beynəlxalq baytarlıq sertifikatının surətini təqdim etməlidirlər.

AQTA-nın "Fermadan süfrəyə" prinsipi əsasında qida təhlükəsizliyinin təmin edilməsi və heyvanların izlənməsi sisteminə toxunan ekspert, indiyədək cəmi 1 milyon 48 min baş heyvanın identikləşdirildiyini xatırladaraq, "Bu qayda ilə hara gedirik?" deyə narazılığını ifadə edib.

Peşəkar zoobaytar kimi mütəmadi təkliflər verdiyini deyən A.Həsənov əlavə edib: "Gəlin, dayanmadan yerli kəndli-fermer təsərrüfatlarını inkişaf etdirək, onları genetik heyvanla, düzgün baytarlıq xidməti ilə, yem balansı və məhsulun realizasiyası imkanları ilə təmin edək, faizsiz kreditlərin verilməsinə şərait yaradaq".

Ölkədəki epidemioloji vəziyyətdən danışan mütəxəssis, Azərbaycanda zoonoz (heyvandan insana keçən) xəstəliklərə qarşı durumun normal olduğunu, lakin sahədə ciddi səriştəsizliyin hökm sürdüyünü diqqətə çatdırıb: "2025-ci ilin avqust ayında dabaq xəstəliyinin pandemiya halını alması ilə bağlı həyəcan təbili çaldım. AQTA-nın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevə şəxsən zəng edib məlumatlandırdım, sənədlər indi də əlimizdə durur. Lakin əhəmiyyət verilmədi. Nəticədə "Arxadan atılan daş topuğa dəyər" məsəlindəki kimi oldu, fermerlər böyük ziyan gördü".

Təhlükəli xəstəliklərin baş vermə səbəbini kadr peşəkarlığının aşağı olması ilə əlaqələndirən ekspert bildirib ki, səriştəsiz və təcrübəsiz həkimlər vaksinlə davranmağı bilmirlər. Məsələn, istifadə edilən vaksin açıldıqdan sonra altı saat müddətinə vurulub qurtarmalıdır. Bununla yanaşı, təsərrüfatlarda dezinfeksiya, dezinseksiya, deratizasiya, qan parazitar, qurd və yoluxmayan xəstəliklərin müalicəsi, heyvanların çimizdirilməsi, pasterellyoz, bradzot, emfizematoz və zəhərlənmələrə qarşı mübarizə tədbirləri davamlı şəkildə aparılmalıdır.

A.Həsənov yaranan eybəcərliklərin qeyri-peşəkar kadrlar hesabına formalaşdığını vurğulayaraq, aidiyyəti qurumları peşəkarlarla işləməyə çağırıb.

Sonda ekspert sahədəki pərakəndəliyi aradan qaldırmaq üçün konkret təklif irəli sürüb: "Nəticə etibarilə təklif edirəm ki, idarəetmədə çevikliyi və səmərəliliyi təmin etmək üçün AQTA və Kənd Təsərrüfatı Nazirliyi vahid bir nazirlik altında birləşdirilsin".

Ekspertlərin və fermerlərin ümumi rəyi ondan ibarətdir ki, kənd təsərrüfatındakı bu pərakəndəliyi və süni maneələri aradan qaldırmağın yeganə yolu AQTA-nın ləğv edilərək kənd təsərrüfatı sahəsindəki nəzarət funksiyalarının yenidən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyinə qaytarılmasıdır. Yalnız vahid idarəçilik sistemi qurulduqdan sonra həm qida təhlükəsizliyini tam təmin etmək, həm də sahibkarlığı boğan qərarlardan xilas olmaq mümkündür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03
AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01
ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59
Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44
ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Dünən, 17:38
Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Dünən, 17:32
Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Dünən, 17:12
Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Dünən, 17:10
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Dünən, 17:08
Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Dünən, 17:06
Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Dünən, 17:03
Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Dünən, 17:01
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Dünən, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Dünən, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Dünən, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Dünən, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Dünən, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Dünən, 16:04
Expressbankda yeni təyinat - DOSYE
Dünən, 16:03
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Dünən, 15:58
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Dünən, 15:53
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Dünən, 15:45
Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Dünən, 15:34
Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Dünən, 15:26
Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru