Azərbaycan Beynəlxalq Bankında, daha dəqiq, bankın filiallarında ciddi xidmət problemləri yaranıb.
Gununsesi.info-ya daxil olan şikayətlərə görə, Azərbaycan Beynəlxalq Bankının bir sıra filiallarında müştəri xidmətləri ciddi problemlə üzləşib.
Belə ki, vətəndaşlar üçün nəzərdə tutulan xidmət masalarında işçilər demək olar ki, görünmür.
Məlumata görə, bu vəziyyətin səbəbi əməkdaşların məzuniyyətdə olmasıdır.
Nəticədə isə vətəndaşlar xidmət üçün saatlarla növbə gözləməli olurlar.
Xüsusilə Xətai rayonundakı ABB filialında yaranmış vəziyyət daha ciddi problem kimi qeyd olunur.










