“Bilirsiniz ki, ürəyimə stend qoyulub. Hazırda səhhətim normaldır. Dərman qəbul edirəm. Bir də həkim açıq havada gəzməyi məsləhət görün. Deyir ki, nə qədər çox gəzsən bir o qədər yaxşıdır. Artıq yaşla bağlı xəstəliklər bir-bir üzə çıxır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.
O daha sonra həyatın faniliyini nəzərə alaraq daim övladına vəsiyyətlər etdiyini bildirib:
“Bu həyatdır. Həyatda bizim dəqiq bildiyimiz bir məsələ var. O da ölümdür. Qalan hamısı bizim ehtimalımızdır. Bəzən ölümdən söz düşəndə deyirlər ki, “Allah gecindən versin”. Bu düzgün ifadə deyil, alnımıza nə yazılıbsa odur. Həyat qısadır. Vəsiyyətimi də etmişəm. Tək övlada demirsən ki, dosta, qohuma da deyirsən. Çox təəssüf ki, insana ölümündən sonra qiymət verməyə başlayırlar. İnsan əsl qiymətini ölümündən sonra alır. Bizdə belədir”.










