İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs edildi .....                     Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib .....                     Müsavat hökumətlə dostcasına razılaşdı .....                     Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub .....                     Milli Qəhrəman Allahverdi Bağırov: "Mən bu qisas davasında şəhid olacam" .....                     Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... .....                     Ermənistan MSK-ya seçkilərin nəticələrinin ləğvinə dair ərizə təqdim edildi .....                     BOKT-nin səhmdarı idarəetmədə iştirak səlahiyyəti əldə edib .....                     Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Kreml şamanları rusları orta əsrlərə hazırlayırlar .....                     Zülfüqarov ermənilərin ən böyük mifini dağıtdı: .....                     "Avropa Birliyində ümumilikdə bizim qədər korrupsiya halları yoxdur" .....                     Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı, onu xüsusi amansızlıqla öldürmək istədi, cəzası azaldıldı .....                     Nərə kürüsünü xaricə 1 690 manata satıb, xaricdən 18 manata əvəzedicisini alırıq .....                     “Hacıbaba Bağırova oxşayın, paxıl olmayın, .....                     Naxçıvanda sakinləri RƏSMƏN QARƏT EDİRLƏR... .....                     “Son seçkilər Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı...” .....                     Məhkum yoldaşının əfv olunmasına köməklik etmək adı ilə dələduzluq etdi .....                     "Hazırda Bakı Ali Neft Məktəbində 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır" .....                     Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib .....                     "Pul qazanın... amma haramçılıqla yox daaa..." .....                     "Heç kim gəlib soruşmur: bu qədər işi necə çatdırırsınız?" .....                     Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" .....                     Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir .....                     Şəmkirdə 26 yaşlı oğlan kafedə qətlə yetirilib .....                     Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq .....                     Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır .....                     Dörd liderin başa düşdüyü tək məqam: .....                     İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır .....                     "KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var" .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub .....                     "İşimi itirərəmsə, evimi də itirəcəm..." .....                     Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir .....                     Rusiya üstünlüyümüzü bilir, hücum etsə... .....                     Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi .....                     Bütün əsas ərzaq məhsulları bahalaşıb .....                     Bakının avtobus İŞGƏNCƏSİ... .....                     Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? .....                 

“Son seçkilər Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı...” - ŞƏRH
Tarix: Bu gün, 10:33 | Çap et

“Ermənistandakı son parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiz? Rusiyanın təzyiq və mümkün təxribatları fonunda proseslərin inkişafını necə görürsüz?”
Bu suallarla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri səsləndirib:
“Hesab edirəm ki, Rusiya bu seçkilərlə əslində istədiyinə nail oldu. Bəziləri seçkilərdə Paşinyanın qələbə qazandığını, bundan sonra rahatlıqla öz hökumətini quracağını və mühüm islahatlara gedəcəyini düşünür. Məncə isə, vəziyyət ifadə olunduğu qədər ürəkaçan deyil. Məsələ burasındadır ki, 2021-ci ildə keçirilən parlament seçkilərində Paşinyanın partiyası 69 deputat yeri qazanmışdı. Builki seçkilərdə isə həmin göstərici 61-ə endi. Nəticə etibarilə “Vətəndaş sazişi” partiyası 8 deputat itirdi. Bu isə ciddi itkidir və Paşinyanı daha zəif hala gətirir. Paşinyan əldə etdiyi bu nəticə ilə hökumət qura bilər, amma qarşısına qoyduğu bir çox prioritet məsələləri həll edə bilməz...”
Analitikin fikrincə, Paşinyanın bu səfərki hakimiyyəti dövründə 3 prioriteti var:
“Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, Rusiyaya həddindən artıq asılılığın azaldılması, dolayısıyla Zəngəzur dəhlizinin açılması və AB, ABŞ ilə əlaqələrin dərinləşdirilməsi. Bəzi erməni ekspertlər məhz bu prioritetləri əsas gətirib son seçkiləri təkcə Ermənistan hökumətinin qurulmasının deyil, həm də ölkənin strateji orientasiyasının seçimi kimi qiymətləndirirdilər. Amma əldə olunan nəticələr Paşinyana öz prioritetlərini reallaşdırmağa imkan vermir. Çünki bunun üçün Paşinyana Konstitusiyanı dəyişdirəcək qədər deputat lazımdır. Ermənistan Konstitusiyasına görə, bu, 2 yolla həyata keçirilə bilər. Ya Paşinyan öz ətrafına deputatların üçdə ikisini toplayıb məsələni parlamentdə həll etməli, ya da deputatların 5-də 3-nün səsi ilə referenduma getməlidir. Birinci halda ona 71, ikinci halda isə 65 deputat lazımdır. Paşinyanın partiyasının isə cəmi 62 deputatı var. Başqa sözlə, o, öz prioritetlərini həyata keçirmək üçün müxaliflərinin qapısını döyməlidir. Müxaliflər isə Rusiyanın adamlarıdır və onlar Moskvanın razılığını almadan Paşinyanla kompromisə gedə bilməzlər. Belə çıxır ki, son parlament seçkiləri Ermənistanın Rusiyadan asılılığını nəinki azaltmadı, əksinə, onu daha çox asılı vəziyyətə saldı...”.
Heydər Oğuz xatırladıb ki, 2021-ci il seçkilərində Paşinyanın partiyası 69 deputat yeri qazanmışdı:
“Konstitusiya dəyişikliyi üçün ona sadəcə daha 2 deputat lazım idi. Son 5 il ərzində Paşinyan bu iki əskik deputatı öz tərəfinə çəkib Konstitusiya dəyişikliyini parlament yoluyla reallaşdıra bilmədi. Referendum qərarı üçün tələb olunan 65 deputatı olduğu halda, bu istiqamətdə də hər hansı addım atmadı. O zaman zəmanətimiz nədir ki, 2021-ci ildən 2026-cı ilə qədər 2 deputatı belə, inandıra bilməyən Paşinyan indi 8-9 deputatı öz təklifinə razı sala biləcək? Beyni türk düşmənçiliyi ilə yoğrulmuş erməni xalqının ən böyük güvənc yerləri olan Moskvanın iradəsinə qarşı çıxaraq Türkiyənin və Azərbaycanın himayəsinə sığınacağına inanmaq isə sadəlövlükdür. Məncə, Paşinyan da, erməni millətçiləri də saxta sülh gündəmi ilə vaxt uzadır. İşin sonunda “Mən nə edim? Erməni xalqı mənimlə razılaşmır və mən xalqın iradəsinə qarşı çıxa bilmərəm” deyib danışıqlardan çəkiləcək, beləcə, sülh təşəbbüsləri dərin xəyal qırıqlığı ilə əvəz olunacaq...”
Siyasi şərhçinin fikrincə, Moskva heç bir halda Paşinyana öz prioritetlərini həyata keçirməyə imkan verməz və erməni xalqı isə Kremlin yeni tələblərini geri çevirə bilməz:
“Rusiya rəsmiləri İrəvanla Bakının barışmasını və bir-biriylə yaxınlaşmalarını istəmədiklərini heç gizlətmirlər də. Onlar açıq şəkildə Ermənistanın Avropaya inteqrasiyasını Rusiyanın milli maraqlarına uyğun olmadığını bildirir və Paşinyan Qərbə doğru addım atarsa, onunla bütün iqtisadi əlaqələrini dayandıracaqlarını bəyan edirlər. Bu isə Ermənistan üçün ölüm deməkdir. Rəsmi Bakı da öz növbəsində haqlı olaraq Konstitusiya dəyişikliyi baş verməsə, Ermənistanla münasibətlərin düzəlməyəcəyini və sülh sazişini imzalamayacağını açıq şəkildə dəfələrlə ifadə edib. Azərbaycanla sülh sazişi bağlanmasa, Türkiyə ilə sərhədlərin açılması İrəvanın beynəlxalq ticarət yollarının tərkib hissəsinə çevrilməsinə kifayət etməyəcək. İrəvan, uzaqbaşı, Türkiyə ilə ticarət əlaqələri qura, öz mallarını Avropaya çıxara bilər, amma Qərblə Şərq arasında kommunikasiya körpüsü yarada bilməz. Bu isə Ermənistana heç nə qazandırmaz. Ən əsası isə, İrəvan Rusiya ilə münasibətlərini kəsməyənə qədər Avropa da, ABŞ da onunla ciddi əlaqələr qurmaz, beləcə, Cənubi Qafqazın küncündə dalan dövlətə çevrilməkdən, Rusiya və İranın forpostu kimi yaşamaqdan xilas olmaz. Təbii ki, Qərblə müharibədə getdikcə zəifləyən bu iki müttəfiqlə əməkdaşlıq İrəvan üçün yaxşı aqibət vəd etmir”.
Siyasi şərhçinin fikrincə, Moskva Paşinyan hökumətinə qarşı nə qədər aqressiv mövqe tutmuş kimi görünsə də, onu qəsdən bu ikiləm qarşısında qoyan da elə Rusiyadır:
“Rusiya istəsəydi, özünə bağlı qüvvələri vahid cəbhədə birləşdirib Paşinyanı hakimiyyətdən tamamilə uzaqlaşdıra bilərdi. Hər halda Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri bunu deməyə zəmin hazırlayır. Belə ki, Paşinyan bu seçkilərdə seçicilərin 50%-ə qədərinin səsini qazana bilmədi. Halbuki, onun rəqiblərinin demək olar, hamısı Rusiya meylli qüvvələr idi. Məntiqlə, Moskva onların hamısını vahid mərkəzdə birləşdirsəydi, özünə bağlı qüvvələrə qələbə qazanmaq imkanına malik idi. Amma bu imkandan istifadə etmədi. Proksi qüvvələrinin seçkilərdə pərakəndə iştirakına “yaşıl işıq” yandırdı. Nəticədə yüyəni Qərbin əlində olan Paşinyanı özünə daha sıx bağladı. Nəhayət, Ermənistanın Qərb tərəfdən dəstəklənməsi və ona maliyyə yardımı ayrılması kimi məsələləri öz boynundan atdı. Hazırkı durumda İrəvanı “yemləyən” Qərb, ondan yararlanan isə Rusiya olacaq. Müqayisə kobud çıxsa da, bu durum ona bənzəyir ki, öz atını düşmən qonşunun tövləsində saxlayırsan, at qonşu həmcinslərinin payını yeyir, onu minən isə sən olursan. Və yaxud öz yumurtasını başqa yuvaya qoyan ququ quşu kimi öz valideynlik borcunu özgəsinə yükləyirsən. Təbiətşünaslıq elmində buna "çoxalma parazitləri" deyilir. Ukrayna savaşında böyük iqtisadi itkilərlə üzləşən Moskva, görünür, öz forpostunu saxlamaq sahəsində eynilə ququ quşları kimi müftəxorluğa üstünlük verməyə çalışır...”
“Bəs, ABŞ və Avropa İttifaqı kimi kapitalist ölkələr Kremlin bu fırıldağına aldanacaqmı? Sanmıram. Onlar da bir müddətdən sonra yəqin ki, rus rəsmiləri kimi İrəvana “iki qucaqda eyni anda otura bilməzsən, lütfən sənə ən isti gələn qucağı seç” deyəcəklər. Ermənistanın əsl fəlakəti də məhz onda başlayacaq. Dünya gücləri arasındakı bu amansız rəqabət Ermənistanı vətəndaş müharibəsinə belə, sürükləyə bilər. Paşinyan və onun xalqı üçün əsl seçim bundan sonra başlayır – ya rus qucağını, ya da Avropa vassallığından birini seçməlidir. Məncə, ermənilər üçün ən optimal yol rus-fars qucağına yox, Türk ocağına sığınmaqdır. Amma bu xəyallarını reallaşdıra biləcəklərmi? İrəvanın qarşısında dayanan ən ağrılı sual budur”, - deyə Heydər Oğuz vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs edildi
Bu gün, 12:11
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
Bu gün, 12:05
Müsavat hökumətlə dostcasına razılaşdı - TƏFƏRRÜAT
Bu gün, 11:57
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub - FOTO
Bu gün, 11:53
Milli Qəhrəman Allahverdi Bağırov: "Mən bu qisas davasında şəhid olacam" - ANIM
Bu gün, 11:52
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:43
Ermənistan MSK-ya seçkilərin nəticələrinin ləğvinə dair ərizə təqdim edildi
Bu gün, 11:38
BOKT-nin səhmdarı idarəetmədə iştirak səlahiyyəti əldə edib – TƏYİNAT
Bu gün, 11:36
Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar - Hesablama Palatasından RƏSMİ İTTİHAM
Bu gün, 11:14
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:13
Kreml şamanları rusları orta əsrlərə hazırlayırlar - Apokalipsisin hazır manifesti
Bu gün, 11:03
Zülfüqarov ermənilərin ən böyük mifini dağıtdı: - “1994 atəşkəs idi, 2020 isə kapitulyasiya!”
Bu gün, 10:56
"Avropa Birliyində ümumilikdə bizim qədər korrupsiya halları yoxdur" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:51
Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı, onu xüsusi amansızlıqla öldürmək istədi, cəzası azaldıldı – QƏRAR
Bu gün, 10:47
Nərə kürüsünü xaricə 1 690 manata satıb, xaricdən 18 manata əvəzedicisini alırıq - SİYAHI
Bu gün, 10:44
“Hacıbaba Bağırova oxşayın, paxıl olmayın, zəiflərə kömək edin, özünüzə rəhmət qazanın”
Bu gün, 10:42
Naxçıvanda sakinləri RƏSMƏN QARƏT EDİRLƏR... - AXI NİYƏ?
Bu gün, 10:39
“Son seçkilər Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı...” - ŞƏRH
Bu gün, 10:33
Məhkum yoldaşının əfv olunmasına köməklik etmək adı ilə dələduzluq etdi – QƏRAR
Bu gün, 10:31
"Hazırda Bakı Ali Neft Məktəbində 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır" - Elmar Qasımov
Bu gün, 10:24
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI
Bu gün, 10:21
"Pul qazanın... amma haramçılıqla yox daaa..." - ETİRAZ!
Bu gün, 10:15
"Heç kim gəlib soruşmur: bu qədər işi necə çatdırırsınız?" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
Bu gün, 09:59
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir - “Bloomberg”
Bu gün, 09:51
Şəmkirdə 26 yaşlı oğlan kafedə qətlə yetirilib
Bu gün, 09:47
Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq - TƏFƏRRÜAT
Bu gün, 09:45
Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır - Ataları da vəzifədə işləyib
Bu gün, 09:43
Dörd liderin başa düşdüyü tək məqam: - Moskva indi bu şərtlərlə razılaşmayacaq, amma...
Bu gün, 09:40
İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır – “Bloomberg”
Bu gün, 09:38
"KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var" - İNCƏLƏMƏ
Bu gün, 09:32
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:30
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
Bu gün, 09:25
"İşimi itirərəmsə, evimi də itirəcəm..." - İxtisar xəbərdarlığı alan işçidən SOS!
Bu gün, 09:24
Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Rusiya üstünlüyümüzü bilir, hücum etsə... - Qrinkeviç
Bu gün, 08:04
Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi - REPLİKA
Bu gün, 07:00
Bütün əsas ərzaq məhsulları bahalaşıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:55
Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
Bu gün, 06:37
Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
İlon Mask tarixdə ilk trilyonçu olub - "Reuters"
Bu gün, 06:03
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
Bu gün, 05:36
"AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU - Şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bu gün, 05:33
Vakansiyalar qul əməyi istəyir: - Təklif olunan maaşlar çox aşağıdır
Bu gün, 05:27
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
Bu gün, 05:25
Peşə Təhsili Agentliyində nə baş verir? - İLGİNC
Bu gün, 05:23
"Təcili yardıma getdim, mənə kofein vurdular..."
Bu gün, 05:03
"Quranda belə bir qadağa yoxdur!" - Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU
Bu gün, 05:01
Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? - Ekspert deyir ki...
Bu gün, 04:58
"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" - ÇÜNKİ...
Bu gün, 04:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru