Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! .....                     Tiktoker “Çevik” həbs edildi .....                     Rəis müavini olmaq istədi, 64 min manat pul verdi .....                     Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu .....                     Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı .....                     Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur .....                     10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? .....                     Putin Ermənistanla bağlı vaxt verdi .....                     Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! .....                     Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır .....                     Qara dəniz “tələsi” .....                     Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib .....                     DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata .....                     Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi .....                     Təhsildə BAĞIROVŞİNA... .....                     Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı .....                     Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. .....                     "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı .....                     Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: .....                     Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub? .....                     Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? .....                     Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? .....                     Agentlikdə sənəd qəbulu problemi .....                     Yardım üçün açılan bank hesabları niyə bloklanır? .....                     Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? .....                     Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar .....                     Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? .....                     "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... .....                     Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı .....                     Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib .....                     Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? .....                     Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? .....                     Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... .....                     Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? .....                     ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" .....                     Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR .....                     Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır .....                     "Deməli, həmin effekti yarada bilmirik..." .....                     Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                 

“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Tarix: 6-06-2026, 05:14 | Çap et

Son illər ölkənin səhiyyə sistemində bir sıra islahatlar aparılmasına baxmayaraq, hələ də həllini gözləyən problemlər var.

Xüsusilə dərman qiymətlərinin bahalığı ilə yanaşı, keyfiyyətsiz olması, bəzi həkimlərin şirkət dərmanlarına üstünlük verməsi kimi problemlər aradan qalxmayıb. Səhiyyə sistemindəki mövcud problemlərlə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, tibbi dərmanlar və tibbi xidmət sahəsində ölkədə ciddi problemlər yaşanır:

“Azad İstehlakçılar Birliyinə müraciət edən istehlakçılar və ictimai şəkildə danışmaqdan çəkinən vicdanlı həkimlər mənə müxtəlif məlumatlar verirlər. Bu sahədəki problemlər çox dərinə gedib çıxır. Dərman bazarında bəzən süni qıtlıq yaradılır. Məsələn, hər hansı bir dərman preparatı pasiyentlərə müalicə məqsədilə təyin edilir. İnsanlar zamanla bu dərmana öyrəşirlər.

Sonra dərman biznesində bir-biri ilə mübarizə aparan şirkətlər həmin bu dərmanının satışına mane olur və birdən-birə ölkədə həmin dərmanın qıtlığı müşahidə edilir.

İstehlakçılar bunu gündəlik həyatlarında müşahidə edirlər və xarici ölkələrdən gətirtməyə başlayırlar. Bilmirlər ki, bu, dərman gətirən şirkətlər arasındakı mübarizədir. Müəyyən yollarla “A” dərmanının qarşısını alır, özlərinin “B” dərmanını bazara daxil edirlər”.

AİB sədri deyir ki, digər bir problem dərmanların keyfiyyəti ilə bağldır:

“Ən yaxşı ekspertiza ictimai rəydir. Dərmanların təsirsizliyi barədə ən parlaq nümunə ölkədəki alman aptekləridir ki, onlar “Bizim dərmanlar bahadır, ancaq təsirlidir” deyirlər. Eləcə də ölkədə dərmanların yan təsirləri öyrənilmir. Hər hansı bir dərman şirkətinin Azərbaycanda rəsmi distribütörləri də olur.

Onlar dərmanın yan təsirlərini öyrənən sistem hazırlamalıdırlar. Hər hansı bir dərman Afrikada yaşayan bir insana başqa cür, Azərbaycandakına fərqli təsir edə bilər. Gərək bu təsirlər öyrənilsin, baş ofisə xəbər verilsin və dərmanın tərkibinə müəyyən dəyişiklik aparılsın. Bu işdə tibb müəssisələrinin, həkimlərin böyük rolu var. Ancaq bu, qətiyyən öyrənilmir.

Dərmanların qiyməti guya tənzimlənib. Ancaq bir sıra dərmanlar qonşu və uzaq ölkələrdən çox-çox bahadır. Məsələn, “Qalvusmed” dərmanı Azərbaycanda 75 manat, Türkiyədə 15 manat, İspaniyada 40 manat, Filippində 38 manatdır”.

AİB sədrinin sözlərinə görə, mövcud problemlərdən biri də apteklərlə bağlıdır:

“Belə ki, hazırda ölkədə aptek şəbəkəsi digər ölkələrdən 20 dəfə artıqdır. Əhalinin tələbinin də niyə olduğunu heç kim öyrənmir. Bu qidadan, ətraf mühitdən, dərmanların təsirsizliyindəndirmi?

Həkimlərdən biri mənə bildirib ki, dərman firmalarını “qapıdan qovuruq pəncərədən girirlər”. Gətirib deyirlər ki, sizə 50 faiz pul verəcəyik, bu dərmanları yazın. Hətta insanların etibar etdiyi bəzi məşhur həkimlərin adı ilə resept yazırlar. Dərman firmaları məşhur həkimlərə müraciət edirlər”. E.Hüseynov deyir ki, insanların çox vaxt hiss etmədiyi başqa bir problem də xəstə yönləndirmə sistemidir:

“Məsələn, uroloqun qəbuluna gələn bir xəstə ilə bağlı cərrahi əməliyyatlar aparan başqa bir həkimlə əlaqə yaradılır və cərrah həmin xəstənin ona yönləndirilməsi müqabilində 30-40 faiz ödəniş təklif edir. Həkimlər arasında “xəstə alveri” geniş yayılmış məsələdir. Digər məsələ isə pasiyentlərin lazımsız analiz və müayinələrə göndərilməsidir.

Həkimlər bəzi hallarda xəstələri əməkdaşlıq etdikləri klinikalara və laboratoriyalara yönləndirirlər. Məsələn, həkim bir klinikada işləyir, lakin analizlərin aparılması və ya müəyyən prosedurların həyata keçirilməsi üçün xəstəni başqa bir klinikaya göndərir və bildirir ki, yalnız həmin müəssisənin nəticələrinə etibar edir. Xəstə başqa laboratoriyadan analiz gətirdikdə isə həmin nəticələr qəbul edilmir və yenidən müəyyən edilmiş laboratoriyaya göndərilir”.

E.Hüseynov bildirib ki, xüsusən də reklam olunan bəzi həkimlərin qəbuluna müraciət edən xəstələr bu problemlə qarşılaşdıqlarını bildirirlər:

“Onlara mövcud nəticələrə baxmadan yenidən müayinə və ekspertizadan keçmək tövsiyə olunur.

Mən burada laboratoriyalarda istifadə edilən reaktivlərin keyfiyyəti, cihazların texniki vəziyyəti və onların vaxtında kalibrasiya olunub-olunmaması kimi məsələlərə hələ toxunmuram. Bunlar da ayrıca ciddi problemlər sırasındadır. Ölkədə ürək şuntlama əməliyyatlarının geniş yayılması da həkim biznesidir.

Bəzi hallarda insanların müxtəlif sağlamlıq problemləri və ağrıları şuntlama əməliyyatı ilə əlaqələndirilir və bu əməliyyat çıxış yolu kimi təqdim olunur. Azad İstehlakçılar Birliyinə müraciət edən bəzi vətəndaşlar isə şuntlama əməliyyatından sonra da xəstəliyininn aradan qalxmadığını bildirirlər.

Təəssüf ki, vicdanlı və peşəkar həkimlər bir araya gələrək vahid mövqe ortaya qoya bilmirlər. Onlarla söhbətlər zamanı tez-tez belə fikirlər səslənir ki, səslərini çıxarsalar da, onları dəstəkləyən olmayacaq. Bir sözlə, tibb sahəsi sürətlə kommersiyalaşır və vicdanlı səhiyyə işçiləri bu prosesin içərisində öz sözlərini deməkdə çətinlik çəkirlər.

Mən bu səbəbdən həm vicdanlı insanları, həm də bu sahəyə nəzarət edən dövlət qurumlarını vəziyyətə diqqət yetirməyə çağırıram. Bu sahədə ciddi islahatlara ehtiyac var. Vətəndaşlar arasında bu sahə ilə bağlı böyük narazılıq mövcuddur. Şəffaflığın artırılması vacibdir. Dərman biznesi, tibbi xidmətlər və digər əlaqəli sahələrdə şəffaflıq təmin edilməlidir.

Körpə qidalarının distribütörləri ilə pediatrlar arasındakı münasibətlər, uşaq qidalarının bəzilərinin dəfələrlə baha qiymətə satılması halları da var. Bu sahədə çox ciddi problemlər mövcuddur.

Çox təəssüf ki, illər əvvəl parlamentdə müzakirə olunmasına baxmayaraq, “Pasiyent hüquqlarının müdafiəsi haqqında” Qanunu tam təmin edən ayrıca qanunvericilik mexanizmi formalaşdırılmayıb. Mən buraya zəhərlənmə halları ilə bağlı problemləri də daxil edirəm.

Uzun illər ərzində Azad İstehlakçılar Birliyi bir çox hallarda zəhərlənmənin səbəblərini rəsmi şəkildə təsdiq edən tibbi sənəd əldə etməkdə çətinlik çəkib.

Nəticədə məhkəmə iddialarının qaldırılması və zərərçəkmiş istehlakçılar üçün kompensasiya əldə olunması da çətinləşib. Bütün bunlar ölkədə hələ də açıq qalan və həllini gözləyən məsələlərdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50
Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45
10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41
Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39
Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35
Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23
Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16
Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07
Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55
Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50
Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21
Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15
"Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10
Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07
Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05
Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04
Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43
Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24
Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru