İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... .....                     Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini .....                     Moskvaya ayaq öpməyə gedibmiş .....                     Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? .....                     "Ermənistan hara gedir?" .....                     Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı .....                     "Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." .....                     Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq .....                     Lazım gələrsə, KTMT-dən çıxacağıq .....                     Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... .....                     Ağdamda 14 milyon manatlıq layihə: .....                     Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır .....                     Afaq Bəşirqızı əməliyyat olundu .....                     Rusiya Qarabağa qayıdır? .....                     Həm baha... həm də keyfiyyətsiz... .....                     Ermənistan Rusiya qazından xilas ola bilərmi? .....                     “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı .....                     “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı .....                     Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... .....                     İki günə Ermənistanın taleyi həll olunacaq .....                     Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi .....                     Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: .....                     İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı .....                     Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? .....                     Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb .....                     TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! .....                     7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... .....                     Astarada anasını öldürən şəxs: .....                     Acqarına imperiya ambisiyaları: .....                     Tikinti materialı şirkəti zərərdən qurtula bilmir .....                     Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü .....                     Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb .....                     Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                 

Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Tarix: Bu gün, 11:18 | Çap et

Bu həftənin sonu - 7 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırda seçkilərin təşviqat kampaniyası davam edir. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 19 siyasi qüvvəni qeydiyyata alıb. Təbliğat kampaniyası sabah dayanır. 6 iyun sükut günüdür.

Bu seçkilər Ermənistan tarixi üçün çox əhəmiyyətlidir. Belə ki, seçkilərdən sonra Ermənistanın Avropaya inteqrasiyasının davam edəcəyi, yoxsa Rusiyanın orbitində qalacağı müəyyən olunacaq. İyunun 7-də keçiriləcək seçkiləri analitiklər əslində Qərb-Rusiya mübarizəsi də adlandırırlar. Belə ki, seçkilərdə əsas rəqiblər Avropaya inteqrasiya tərəfdarı olan hazırkı Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası ilə Rusiyaya bağlı olduğu bildirilən sabiq Prezident Robert Köçəryanın “Ermənistan” bloku və erməni əsilli rus iş adamı, hazırda həbsdə olan Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyasıdır.

Seçkilərlə bağlı Sorğular Paşinyanın qalib gələcəyini göstərsə də, erməni müxalifətinin də şansları mövcuddur. Eyni zamanda, seçkilər yaxınlaşdıqca İrəvana Moskvadan təzyiq və təhdidlər artıb və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı erməni və beynəlxalq mediada məlumatlar verilir.

Ermənistandakı seçkilərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, ilk diqqətçəkən məqam müxalifətin seçkiyə birləşmiş yox, parçalanmış formada getməsidir:

- 19 siyasi qüvvənin qatıldığı seçki prosesi ideoloji və siyasi proqram baxımdan kifayət qədər rəngarəng görünür. Müxalifət daxilində birliyin olmamasından qaynaqlanan bu amil hakimiyyətin əlini gücləndirir. İstisna deyil ki, bir sıra qərbyönümlü qüvvələrin ayrılıqda seçkiyə qatılması hakimiyyətin planı ola bilər. Məqsəd nə hakimiyyəti, nə iqtidarı dəstəkləyən qərarsız seçiciləri həmin qüvvələrə doğru yönəltmək və hakimiyyətin ala bilməyəcəyi səsləri parçalamaqdır.

Hakimiyyət bu qüvvələri öz ətrafına toplayaraq, birlikdə hərəkət edə bilərdi, lakin bu, həmin qüvvələri də iqtidara qarşı ittihamların hədəfinə çevirəcəkdi. Digər tərəfdən, Paşinyan komandasının seçki texnologiyasından effektiv şəkildə istifadə etdiyi müşahidə olunur. Doğrudur, Paşinyanın seçki kampaniyasında bir sıra davranışı xüsusilə qeyri-ciddi qarşılandı, lakin ümumilikdə aparılan kampaniyanı uğurlu hesab etmək olar.

Müxalifətin kampaniyası isə erməni cəmiyyətinin yorulduğu tezislər – müharibə, təslimiyyət, revanşizm kimi təhlükəli qarşılanan istiqamətlər üzərində qurulub ki, bu, seçicilər üçün cəlbedici görünmür. Seçki kampaniyasını, erməni cəmiyyətinin tələblərini və rəy sorğularının nəticələrini qiymətləndirdikdə Paşinyan komandasının qələbə qazanacağı ehtimalı ön plana çıxır.

- Paşinyanın partiyası sorğularda öndə olsa da, müxaliflərin də şanslarının olduğu, xüsusilə də Rusiyanın müdaxiləsi ilə nələrsə əldə etməsinin mümkün olacağı fikirləri var. Nə dərəcədə əsaslıdır?

- Hakimiyyət üçün əsas problem 50+1 səsin qazanılmaması, bununla da hökuməti təkbaşına formalaşdıra bilməməsi ola bilər. Fikrimcə, əsas mübarizə məhz bunun üzərində gedir. Müxalifəti dəstəkləyən Rusiya da anlayır ki, seçkidə Paşinyanı devirə bilməyəcəklər. Lakin müxalifətin parlamentdə daha çox mandatla təmsil olması və hakimiyyətin 50 faizdən az səs toplaması Moskva üçün uğurlu ssenari ola bilər. Bu, seçkidən sonra Rusiyanın Ermənistan hakimiyyətinə qarşı siyasi təzyiq imkanlarını artıracaq. Müxalifətin potensialı güclü görünmür, lakin əsas diqqət çəkən qüvvə rusiyalı milyarder Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” Partiyasıdır. Karapetyan hakimiyyətdən narazı olan elektoratın dəstəyini daha çox qazana bilər. Bu elektorat Köçəryanın timsalında keçmiş müxalifətə güvənmir, Karapetyanı isə yeni fiqur kimi qəbul edirlər. Fikrimcə, Karapetyanın Köçəryanın ittifaq təkliflərinə yox deməsi də bununla bağlı idi. Çünki onunla birlikdə hərəkət etmək narazı elektoratın inamını itirmək olacaqdı. Bu baxımdan, yalnız Karapetyanın simasında müxalifətin müəyyən şansları var. Söhbət əlbəttə, parlamentdə təmsilçilikdən gedir.

- Rusiyanın son günlər Ermənistana artan təzyiqi seçkilərin nəticələrinə nə qədər təsir edə bilər?

- Ermənistan hakimiyyəti üçün bu risk mövcuddur. Xüsusilə 2 və 3 iyun qərarlarından sonra. Rusiyanın iqtisadi rıçaqlarını praktiki müstəvidə işə salmasından sonra seçicilərdə, həmçinin erməni iş adamlarında narahatlıq yaranıb. 2-3 iyun tarixində Ermənistanın bir sıra məhsullarının Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrinə idxalına məhdudiyyətlər qoyuldu. Digər tərəfdən, Moskva Paşinyana görə Ermənistana satılan qazın qiymətinin artacağını bəyan edib. Erməni məhsullarına qoyulan qadağalardan sonra bu xəbərdarlıq Ermənistan ictimaiyyətində ciddi qarşılanmağa başladı. Bu, seçicilərin seçimlərinə təsir edə biləcək prosesdir, xüsusilə erməni iş adamlarının gizli şəkildə olsa da, Paşinyana dəstəyini azalda bilər.

Paşinyanın da Rusiyanın iqtisadi müharibəsinə qarşı əks-həmlələr etdiyini görürük. Avropa Komissiyasının Ermənistan məhsullarının Avropa bazarına güzəştli şəkildə çıxmasına şərait yaradacağı haqqında yayılan məlumatlar, Paşinyanın Ərdoğanla ticarət əlaqələrini müzakirə etməsi belə həmlələrdəndir. Paşinyan bununla erməni iş adamlarına Rusiya bazarına alternativ bazar - Avropa və Türkiyəni təqdim edir. Bu, Rusiyanın iqtisadi rıçaqlarla seçkiyə təsir planının effektini azalda bilər.

- Seçkilərdən sonra etirazların vüsət alması, Paşinyanın inqilab yolu ilə hakimiyyətdən getməsi ehtimalı nə qədərdir?

- Etirazların olacağı qaçılmaz görünür. Çünki Ermənistandakı seçkilər geosiyasi mübarizənin bir hissəsidir və məğlub olan tərəflərdən birinin digərinin qələbəsini qəbul etməsi çətindir. Bir tərəfdə Paşinyan və onu dəstəkləyən Qərb - Avropa İttifaqı və ABŞ, digər tərəfdə müxalifət və Rusiya dayanır. Rusiya seçkidə ən azı “müxalifətin parlamentdə təmsilçiliyini artırmaq, hakimiyyətin 50 faizdən az səs toplamasına nail olmaq” nəticəsini istəyir ki, bu, baş tutmasa, bölgədəki mövqelərinə olan təhlükə daha da ciddiləşəcək. Və bu seçkidə məğlub olmaq Avropa İttifaqına məğlub olmaq deməkdir. Brüssel isə Gürcüstanda mövqe itkisindən sonra Ermənistanı Cənubi Qafqazdakı dayaq nöqtəsi olaraq görür. Seçkidə gözlənilməz nəticə bunu itirməsi, Rusiyaya məğlub olması deməkdir. Bu baxımdan, hər iki tərəf istədiyi nəticəni əldə etməyə çalışacaq ki, buna nail ola bilməyən seçkidən sonra etiraz kartını işə sala bilər.

Bu seçki revanşist müxalifət üçün də siyasi mövcudluqlarını qorumaq və Rusiyanın dəstəyini doğrultmaq baxımından həlledicidir. İstənilən nəticə əldə edə bilməyəcəkləri təqdirdə etirazlarla məğlubiyyətlərini ört-basdır etməyə çalışa bilərlər. Seçkidə Paşinyan seçiləcəyi təqdirdə, inqilabla yola salınması ehtimalı zəifdir. Hazırkı hakim komanda bütün resurslardan istifadə edərək, hakimiyyəti qorumağa çalışacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25
Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini prokurorluğa təqdim edib
Bu gün, 12:17
Moskvaya ayaq öpməyə gedibmiş - ilginc açıqlama
Bu gün, 12:01
Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? - ŞƏRH
Bu gün, 11:59
"Ermənistan hara gedir?" - Overçuk
Bu gün, 11:57
Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı QƏRARI AÇIQLADI
Bu gün, 11:44
"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." - MÜRACİƏT
Bu gün, 11:39
Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq
Bu gün, 11:33
Lazım gələrsə, KTMT-dən çıxacağıq - Paşinyan
Bu gün, 11:20
Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Bu gün, 11:18
Ağdamda 14 milyon manatlıq layihə: - “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır
Bu gün, 11:15
Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır - 6 milyon ayrıldı
Bu gün, 11:12
Afaq Bəşirqızı əməliyyat olundu - əməliyyat riskli olsa da...
Bu gün, 10:58
Rusiya Qarabağa qayıdır? – Bakıya qəfil REVERANSLAR
Bu gün, 10:56
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11
Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10
İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06
Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01
Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru