Ermənistan hazırda faktiki olaraq Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarlayır və bunun nəticələrinin Kiyev üçün olduğu kimi olmaması üçün ciddi düşünmək lazımdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Vesti" telekanalına müsahibəsində danışıb.
O xatırladıb ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl Ermənistanın Ukraynanın 2013-2014-cü illərdəki təcrübəsini təkrarladığını bildirmişdilər.
"Burada ciddi şəkildə düşünmək lazımdır ki, Ukraynada baş verənlər Ermənistanın da başına gəlməsin", – deyə Şevtsov vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, regionda baş verən proseslər diqqətlə izlənilməli və mümkün risklər nəzərə alınmalıdır.









