Baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının ixracına tətbiq etdiyi məhdudiyyətləri “yanlış addım” adlandırıb.
APA xəbər verir ki, Paşinyan bu barədə “İzvestiya” qəzetinə açıqlamasında danışıb.
Baş nazir bildirib ki, bu cür qərarlar insanların Avrasiya İqtisadi İttifaqına münasibətinə mənfi təsir göstərir: “Bunun yanlış addımlar olduğunu düşünürəm, çünki onlar insanları Aİİ-yə qarşı yönəldir. Mən də Aİİ-də yüksək vəzifəli şəxs kimi bunu problem hesab edirəm. Amma biz bütün problemləri həll edəcəyik”, – o bildirib.
Qeyd edək ki, son dövrdə Rusiya tərəfindən Ermənistan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub.









